» » Rauf İlyasoğlunun söz xəzinəsindən

Rauf İlyasoğlunun söz xəzinəsindən


Məni namərdlərdən soruşma ,qaga

Yanında hərlənən şərlatanlardan ,
Məni namərdlərdən soruşma ,qaga .
Dostuna pul atıb söz satandan yox ,
Seyrələn mərdlərdən soruş ,a qaga .

Birinin gözümdə mərdliyi çoxdur ,
Birinin gözümdə qiyməti yoxdur .
Ələddin düşmənə bir nizə ,oxdur ,
Məni namərdlərdən soruşma ,qaga .

Mühasib dagidir ,tari- mar edir ,
Tenderlər ,elanlar araga gedir .
Pul üstə gədələr bir - birin didir ,
Məni namərdlərdən soruşma ,qaga .

Biri işin bilən qurtdur ,zəlidir ,
Biri lovga ,yaltaq ,pulgir , dəlidir .
Dosta yanan Sabir ,
Nəcəf ,Əlidir ,
Məni namərdlərdən soruşma ,qaga .

Raufu mərd dostlar hər zaman yoxlar ,
Yuxusuz gecədə gül ətrin qoxlar .
Şeytanlar şeytanin tərəfin saxlar ,
Məni namərdlərdən soruşma ,qaga .

Qeyrətini saxla sən

Mühakimə eyləyir ogrular dogruları ,
Yarməmməd, lal Hüseyn, yastı Salman kimilər .
Ədəbiyyat bilməyən özü ədəb öyrədir ,
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər .

Aranı qatanların aqibəti bilinər .
Adı gözümdən düşər , ürəyimdən silinər .
Şəbədə gəzdirməyə adət edən o kəslər ,
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər .

İkiüzlü olanlar bir xəzələ dönəcək ,
Alçalacaq ,insanlıq zirvəsindən enəcək .
Xainlər tez əriyən bir şam kimi sönəcək ,
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər .

Gəl düşmə el gözündən , qiymətini saxla sən ,
İnsanlıgın zinəti ,qeyrətini saxla sən .
Nə agsaqqal sanırsan, nə də hörmət bilənsən,
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər.

Şişqarın girdə başa bil ki, bəla gətirər ,
Zəvzək arvad ərini çərlədib tez itirər .
Sancın tutsa , həkimə görən kimlər yetirər ?
Yarməmməd , lal Hüseyn, yastı Salman kimilər .

Sərxoş olub yatanlar günaha da batırlar ,
Torpaq alıb satanlar namusu da satırlar .
Hər zaman yalan deyib mərd qolunu çatırlar ,
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər .

İmtahan vaxtı yenə suyu bulandırırlar ,
Qan çıxmayan yaranı eşib sulandırırlar .
Əsas hədəfdən bizi niyə yayındırirlar ,
Yarməmməd , lal Hüseyn , yastı Salman
kimilər.

Ləyaqətin uduzan eldə rüsvay olacaq ,
İtirəcək huşunu , əl qoynunda qalacaq .
Ədalətin hökmüylə cəzasını alacaq ,
Yarməmməd ,lal Hüseyn , yastı Salman kimilər .


Əhsən deyək millətini sevənə

Qəbirsanlıq özəlləşib ,bilginən,
Qismətini gəl fagırla bölginən ,
Bahalaşıb çadır xərci, ölginən,
Əhsən olsun torpagını sevənə ,
Millət gərək millətinə güvənə .

Kasıb evdə uşaq başı qatırsa ,
Deputat ki ,iclas vaxtı yatırsa ,
Milli Məclis pensiyanı artırsa ,
Əhsən olsun millətini sevənə ,
Millət gərək millətinə güvənə .

Xalqa qənim kəsiləni güdəsən,
Maaş ilə işıq ,qazı ödəsən,
Dükanlardan nisyə alıb dilənsən ,
Əhsən deyək dostu darda sevənə ,
Millət gərək millətinə güvənə .

Alver edən dönüb olub biznesmen ,
Katibəli ,cip, villalı centlmen .
Dükanların adı market ,supermen ,
Əhsən deyək şairləri sevənə ,
Millət gərək millətinə güvənə .

Soyqrım törənən yerdi Xocalı

Toplardan o gecə mərmi atıldı ,
Xainlər düşmənə necə satıldı .
Əzəli torpagım yada qatıldı ,
Odlara qalandı yurdum Qaralı ,
Soyqrım törənən yerdi Xocalı.

Ruslar erməniylə hücum etdilər,
Hər alçaq işlərə birgə getdilər ,
Qırgını törədib, qaçıb itdilər ,
Qarda donmuş şəhid, neçə yaralı ,
Daglar qan agladı ,yandı Xocalı .

Saqqallı canılər kəndə darışdı,
Xocalı fəryadı ərşə qarışdı,
Şəhər bir gecədə yandı, alışdı,
Körpələr döşənib yerdə saralı ,
Soyqrım törənən yerdi Xocalı .

O gecə Qarqar da qan aglayırdı,
Ruhlardan ayrılan can aglayırdı ,
Ah çəkən ahlar da can daglayırdı ,
Qovdular meşəmdə ceyran ,maralı ,
Soyqrım törəndi , yandı Xocalı.

İnsanı agactək edib qol-budaq ,
Bədəndən ayrılan baş , ayaq ,qalaq,
Nə qədər qırıblar ,gör qalaq - qalaq ,
Analar baladan qaldı aralı ,
Soyqrım törənən yerdi Xocalı.

Anası erməni ,satqın, qurumsaq ,
Sirrini verirdin dayına ,sarsaq .
Yaram sagalsa da qopardın qaysaq,
Qaçmaga kimsənin oldu macalı ,
Soyqrım törənən yerdi Xocalı.


Xocalı faciəsi

Xocalı, Soyqrım ! İlahi görən ,
Yer üzündə belə gəzmək olarmı ?
Süngüyə sancılan körləni görən,
Yaşamaq olarmı , dözmək olarmı?

İsməti taptanan qızlar ,gəlinlər ,
Dərisi soyulan kişilər ,ərlər,
Şirtək döyüşərək ölən əsirlər ,
Qəddini dik tutub gəzmək olar ?

Balanı yandırdı ana yanında ,
İt qanı axırdı "hayem"qanında ,
Əsir nə gündədir ,yarım canında ,
Qansız alçaqları əzmək olarmı?

Xocalı dayandı ,məgrur yaşadı,
Onlar ürəkliydi , xalqla qoşaydı ,
İgid qanları da aşıb- coşardı,
Şeytan hiyləsinə dözmək olarmı?

Dəhşətli o gecə düşdü yadıma ,
Xocalı gətirdi pənah Agdama ,
Qoçaq Alı (1)yetdi girov dadına ,
Erməni gözündən Allah ,qan dama ,
Əsl soyqrımi edib Agdama .

1)Alı - hamımızın Ali deyə müraciət etdiyimiz igid sərkərdə ,Naxcıvanik Aranzəmin yuksəkliyini düşməndən azad edərkən şəhidlik zirvəsinə yuksəlmiş batalyon komandiri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bagırovun rəhbərliyi ilə minlərlə əsir düşən xocali sakini , vəhşi , qansız erməni işgəncəliyindən azad edildi və minlərlə şəhidlərimiz düşməndən alınaraq Agdamin Uzun dərə deyilən ərazisində dəfn edildi .
Bu igidlik o dövrdə əslində vəzifə borcu olan, lakın öz səlahiyyətini yerinə yerirməyən on xarici işlər nazirliyinin də işini görən belə qeyrətli ogulların xidmətləridir, bu cəsarət danılmazdir .


Övlad ata anaya qüssə qəm yaşatmasin,
Elə etsin o gözlər heç zaman yaşarmasin ,
Şeytan səni yolundan azdirib aşırmasın ,
Qaytara bilərsənmi ata ana borcunu .


Var - dövlətin olsa da sənin dəryalar qədər ,
Ata ana zəhmətin əsla ödəyə bilməz.
Elə et ki keçməsin ömrün mənasız hədər ,
Qaytara bilərsənmi ata ana borcunu .


İtbaz xanım

Gözəl , göyçək bir xanım ,
İtə qulluq edirdi .
Hər gün çimizdirərək ,
Işə birgə gedirdi .

Öz saçının rəngində ,
İtın də saraldırdı ,
Qiyafəsin dəyişib ,
Çox yerin qaraldırdı .

Dogmaca atasını
Öpməmişdi bu qədər .
Ərindən bu sevgini
Görməmişdi o qədər .

Deyirdi: " bu it mənə
Ərimdən də əzizdir .
Özümə çox oxşayır ,
Gör necə də təmizdir ."

Öz ipək köynəyindən ,
İtə bəzək vururdu .
Sinəsində gəzdirib, .
Hörük saçın bururdu .

İtinə pasport alıb ,
Bir yataqda yatırdı .
Həyatından zövq alıb ,
Öz. başını qatırdı .

Ana dilin unudub,
İtə təlim keçirdi .
Metiz , zərif parçadan,
Ona libas biçirdi.

İtlər vəfalı olur ,
İti çəkmə pis yola .
Səbiri daşıb , dolar ,
Həsrət qoyma sən yala .

Gəl, qudurtma itini ,
Çagırarsan İtbaz.
Get təmizlə bitini ,
Bu millətə olma Paz .


RAUF iLYASOĞLU

Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031