» » Əyyub Məmmədovun söz xəzinəsindən

Əyyub Məmmədovun söz xəzinəsindən


“Şəhriyar”

Bir dahi uyuyur qonşu torpaqda
Adı Şəhriyardı, özü dəryadır.
Sözü, kəlməsi dürri-yektadır
Amalı türk olan bir bəxtiyardır.

Bir görmək istədi, öz millətini
Çəkdi daxilində acı zilləti.
Qəlbi bu eşqlə hey çırpınırdı,
Gözündə qor kimi şimşək çaxırdı.

Yanıb odlanırdı,sözdə,sətirdə
Bir xalq, dövlət,torpaq üstündə
Vahid birliklə,ulu vəhdətlə,
Şamtək əriyirdi şeir, qəzəldə.

Azadlıq məlhəmin çəkib yaraya
Vətən nisgilinə dərman edirdi
O taylı-bu taylı doğma elinə,
Ürəyi qubarlı salam deyirdi.

Heydərbaba onsuz qalıb gileyli
Öz elində olub indi yadelli
Sarıbaba düşüb xeyli aralı,
Səsi gəlmir qəlbi olub yaralı.

Neçə əsər yazılıbdır şəninə
Mahnı qoşub, söz deyiblər şeirinə
Adı düşmür cavan, qoca dilindən,
Öyrənirlər daim onu dərindən.


Gecikirsən, ay ürək

Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən, ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən, bir az tələs, ay ürək.

Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək.
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən, sil dərdini, ay ürək.

Hiss edirəm içində bir boşluq var.
Vaxt ötsə də, dola bilmir bu ürək.
Çox sakitsən bilirəm ki, sözün var
Töküb, boşalt öz içini, ay ürək.

Pünhan tutmusan neçə sirrini,
Bilirəm, vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən, üsyan elə, ay ürək.

Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən, aman yoxdur, ay ürək.

Əyyub Məmmədov, jurnalist,-şair
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930