» » Qıy vuran qartallar yurdumuza səhahət

Qıy vuran qartallar yurdumuza səhahət


Azərbaycanın hər qarış torpağı bizə əzizdir, doğmadır. 1977-82 ci illərdə Azərbaycan Texnologiya İnstitutunda ( indiki ATU) bir qrupda( 817a) oxuduğumuz tələbə dostlarımızla tez- tez təbiətin qoynuna çəkilib gənclik illərimizə qayıdırıq. Növbəti səfərimiz Ağcakəndə oldu. Bum- buz bulaqları gəzdik.Soyuq bulaqdan bir nəfəsə su içmək qeyri mümkündür. Qurtum - qurtum içdiyimiz diş göynədən saf su həyatdır.
Tələbə dostumuz Qoca qardaşımızın halal süfrəsində təam etdikdən sonra , o tələbə dostlarını gözəl bir məkana gətirir.
Qoca müəllim bizi alaçıqda məskən salan Kəlbəcərli dostlarla tanış edir. Qoyun quzu mələşməsi, alabaşların yersiz yerə hürməməsi, arıların təbii çicəklərdən şirə çəkərək işləməsi, qırmizi ,xınalı, mamirlı qaya parcalarında, çəmənliklərdəki bu gözəlliklər bizi sanki ofsunlayır.
Yenidən süfrə açılır.
Fazillə İbrahim becə balını kərə yağına qatıb necə iştahla yeyirlərsə, sifətlərinin qızarmasından hələ xəbərləri yoxdur. Amma sudan içdikcə yenidən iştahımız açılır. Çeşmənin gözündən içdikcə içirik. Allahın bizə bəxş etdiyi bu gözəl neməti, ruzi bərəkəti qiymətləndirməmək günahdır.
Xalis beçə balını ciyəyə qatmağın ayrı ləzzəti var imiş. Hələ qırppuğumlu kətəyə qatılan nehrə yagında sacda bişirilən bu neməti isti - isti təam etməyin ləzzəti bam başqadır. Qırpbuğumlü kətəni qoyub kənd çolpasına, kababa hələ girişən yoxdur. Öz aramızdir, şəhər əhli bu nemətlərdən məhrumdur. Bakıdan ,Gəncədən gələn tələbə dostlarımız ağzımızın tamın dəyişdirməliyik, ya yox? İbad isə göy otluqda bərk yuxuya qərq olubdur. Hələ tələbəçilik illərindən yüksək təşkilatçılıq qabiliyyəti olan Qoca qardaşımız bu gün də öz yüksək insani keyfiyyətləriylə qonaqlərvərliyini göstərməklə son tikəsini də dostlarıyla bölüşür.
Oz aramızdir, 40 ildən çoxdur ki, dostluğumuz davam edir, tez- tez bir - birimizlə əlaqə saxlayır, dərdləşirik. 40 il dostluq etmək hər kəsə nəsib olmur. Çünki bu dostluq təmənnasiz qurulubdur. Unudulmaz tələbəlik, əsgərlik illərinin dostluğu isə heç zaman yaddaşlardan silinmir.Sufrə ətrafında kohnə xatirələr yada düşür. Xeyli deyib gülürük.
Bu gözəl Qurban bayramı ərəfəsində bizi bir yerə yığan və bizə gözəl günlər yaşadan Qoca qardaşımız başda olmaqla məzun dostlarımıza can sağlığı arzulayırıq.
Bu bərəkətlı, ot - ələfi bol olan yaşıllıqlar qoynunda mal- heyvan da ac qalmaz. İlahi, ilin bu ayında ota, nemətə bir baxın. Maşallah. Təbiətimiz necə gözəlmiş. Bunu duymaq, hiss etmək lazımdir.
Qıy vuran qartalları seyr etmək ayrı ləzzət verir.
Şəmsəddin qardaşımız bildirdi ki toyuq çücəni qıy vuran qartallardan gözləyirik.
Çünki yuksəklikdən qartal sürətlə şığıyaraq şikarını bir andaca caynaqlarıyla havaya qaldırıb əlçatmaz zirvələrə aparır.
Dəniz səviyyəsindən xeyli hündürdə olan soyuq bulaqda hava necə də təmiz və safdır.
Əsgərlərimiz düşmənlə üz - üzə dayanaraq sərhəddə hər an ayıq- sayıqbdayanaraq vətənimizin keşiyini çəkirlər.
Dağın o biri tərəfi isə mənfur, riyakar , işğalçı ,bədnam qonşularımızdır.
Meşə isə aşagıda qalıb,cünki biz alp çəmənliklərindəyik. Bu məkanda minbir ətirli ot , gül- çiçək ətirli təbiət bizi sanki ovsunlayır. Kəklikotu, qırpbuğum , gicitkan, yovşan, dağ nanəsi, ,əvəllik, dəvə dabanı və sair bitkiləri saymaqla qurtarmır.
Üzüm yarpağıyla bükülmüş dolmayla dəvə dabanı yarpaqlarına bükülmüş dolmanın insan sağlamlığına daha çox xeyiri var
Fazil qardaşımız məlahətli səsiylə məclisimizə xoş ovqat qatır. Tələbə dostlarımın xahişi ilə dediyim şeirlər telefonların yaddaşına köçürülür.
Əzəmətli dağlarımız , mamır bitən qayalarımız Allahın yaratdığı bənzərsiz rəsm əsəridir. Bu əsərə tamaşa etməyə qıy vuran qartal gözü lazımdir ki, baxdıqca baxa.
Əlbətdəki vətənimin hər qarışı bizə doğmadır, əzizdir . Dağlara baxıb dağlar şeirini söyləyirəm;

Ürəyimdə məskən saldın,
Öz elimdə qalım ,dağlar,
Doğma elə həsrət qaldım
Gör ,qadanı alım dağlar.

O kəklikli dağ dərələr,
Qizlar gül çicək dərələr,
Bağlanıbdır bənd bərələr,
Bil ,qadanı alıb dağlar.

Döz bu dərdli ağılara,
Baş əymə sən yağılara,
Zərbə vuraq " dığalara"
Gör, qadanı alım dağlar,
Gül, qadanı alım dağlar.


Dostların təkrar xahişi ilə dağ havasinda bir neçə vətənpərvər ruhlu şeirlər bulaq kimi yaddaşımdan süzulub axar sulara sanki qovuşur . Bu gözəl günləri bizə yaşadan tələbə dostumuz Qocaya təşəkkür edirik. Çunki hər avtomobil bu dağ yolunu qalxa bilməz. Qoca qardaşımız isə bizi bu gözəl mənzərəylə tanış etdi və dağ yoluyla bizi müğama qulaq asa - asa elə rahat mənzil başına çatdirdı ki, ruhumuz da incimir.
Ruslan,Qoca , Əlövsət, Şahbaz, Hicran, İbrahim İbad ,Fazil və digər dostlarla gözəl bir gün yaşadiq, dünyasıni dəyişən doğmalara Allahdan rəhmət dilədik, hər kəsə, övladlara, nəvələrə cansağlığı arzuladıq .
Qarabağımızın azad olunmasıni, tilsimli düyünlərin açılmasını Allahdan dilədik, ordumuza ,dovlətimizə güc ,qüvvət ,xalqımiza birlik, əmin amanlıq arzuladıq.
Düşmənimiz isə çox hiyləgər və məkirlidir. Rus imperiyasının köməyilə


Rauf İlyasoğlu
şair publisist


Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031