» » QADINLAR GİZLİ AĞLAR

QADINLAR GİZLİ AĞLAR

QADINLAR GİZLİ AĞLAR Qadın göz yaşı payızın selinə bənzər. Onların hər bir hıçqırtısı şimşək çaxdırar... Göy üzü tutular, dolmuş duluda bənzər qadın göz yaşı. Onların göz yaşları payızın selini xatırladar. Qadın göz yaşları...
Hər kəs buna bir cür fikirlə yanaşar. Bir kimsə zəiflik əlamətidir deyər, bir başqası isə tam başqa fikirlə yanaşar qadın göz yaşlarına. Qadın ağlarsa yeniləşər, bərkiyər, daha da möhkəm olar deyər. Mənsə qadın göz yaşlarında onların dolğunluğun, onların mübarizliyin, onların savaşın, onların ayaqlar üzərində daha da möhkəm durmasını görürəm. Bir qadını ağlatmaq o qədər də çətin deyil ki, o, kövrək olar bir həzin musiqi dinlərkən, bir kinofilim izlərkən belə ağlar zərif qadınlar. Bir qadın ağlatmaq o qədər də çətin deyil ki, ... Amma bir qadın ürəkdən ağlayırsa, demək ki, ağladan o qəlbi elə incitmiş ki, o yıxılan xəyallarına ağlar, puç olan arzularına ağlar, dəfn olunan sevgisinə, yanan kül olan qəlbinə ağlar. O, xəyanətin qurbanına çevrilərkən ağlar... Taleyin vurduğu yaranın sağalmazlığını duyduğu üçün ağlar, zərif qadınlar. Çox göz yaşı tökən qadınlar təkliyyə üstünlük verən qadınlardır. Heç kimə güvənə biilməyən, hər zaman sevdiklərindən xəyanət zərbəsi alan, insanlara güvənini itirən qadınlardır gecələr ağlayan. Bu o qadınlar ki, daha sevgiyə inanmaz, daha bir kimsəyə güvənməz. Onlar qarşılaşdıqları haqsızlıqlardan barışmayaraq sərtləşərlər... Bəzəndə körpə saf mələyə dönərək uşaqlaşarlarlar... Kövrək qadınların qəlbinə nəzər sala bilsəz orada o qədər inciklik, xəyanət istirab yüklənmiş olduğunu görərsiz, və onlar eşqin olmadığına inanarlar. Və həyatlarını dəyişən məhəbbəti yorğun ruhlarına belə yaxın buraxmaqdan qorxarlar... Zərif qadınların göz yaşları mənə payızda xəzan olmuş çiçəkləri xatırladır.Tənha qadınların sevinci artmaz, kədəri azalmaz. Narahat yaşantılarına , tənha gecələrinə , kimsə şərik çıxmaz... Çox göz yaşı tökən qadınlar mübariz olar, amma çoc kövrək olarlar. Göz yaşına sarılan qadınlar təkliyyə üstünlük verən qadınlardır. Onlar bir kimsəyə deyil özlərinə güvənərək tənhalığa sarılarlar. Nədən bu qədər tək qadınlar var, nədən, nədən ? Heç bu haqda düşünən oldumu? Heç deyən oldumu, nədən bu qadınlar kimsəyə güvənməz, kimsəyə arxalanmaz nədən? Nədən bu qədər tək qadın var? Hislərində yanılanlar, aldanarlar, bir daha incilən qəlblərinə bir kimsəni yaxın buraxmayanlar var, nədən? Onlar artıq bir kimsəyə güvənməzlər, bir insana qəlb açmazlar və təkrar yaşadıqları acını yaşayacaqlarından qorxarlar... Onlar məhəbbətdən qaçarlar. Həyatlarını tək sürərlər, gecələri yataqlarında tək ağlarlar. Ağlayan qadın nə edərsə özünə edər, zülüm edər, yandırar qəlbin, sındırar arzuların, bitirər hər şeyi. Özü ilə eşq arasında sədd qoyar. Amna sorsaq ki, kimdir günahkar? Hər kəs fərqli cavablar deyərlər. Kimi həyatıdlr deyər, kimisi taleydir, kimisi isə qismətdir deyər. Yalnız bir kimsə kişilərdir deməz, nədən?Onların arzuların puç edənin kim olduğunu nədən deməzlər. Nədən bir kimsə məhv etdiyi qadın taleyinə nəzər salaraq bu əsərin yaradıcısı mənəm demir, nədən? Çox ağlayan qadınlar baş tutmayan arzulara ağlar. Bir sahibsiz ünvana ağlar, yarı yol ayrıcında tək qalan ömrünə ağlar. O, elə ağlar ki, gözlərdə göz yaşı donar. Amma o, bu ağrısın bir kimsəyə bildirməz. O, tək ağlar, yalqız ağlar. Belə məğrurdur bizim qadınlar... Onlar qəlblərini ağrısı ilə dörd divar içinə hörərək, keçilməsi üçün nə qapı , nə də ki, pəncərə qoyarlar... Budur zərif adlandırdığımız qadınlar.

Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31