» » “Kitabi-Dədə Qorqud” dastanının nə vaxt yaranmasının və necə formalaşmasının Azərbaycan türkləri üçün qaranlıq qalan tərəfləri

“Kitabi-Dədə Qorqud” dastanının nə vaxt yaranmasının və necə formalaşmasının Azərbaycan türkləri üçün qaranlıq qalan tərəfləri

“Kitabi-Dədə Qorqud” dastanının nə vaxt yaranmasının və necə formalaşmasının Azərbaycan türkləri üçün qaranlıq qalan tərəfləri
“Kitabi-Dədə Qorqud” dastanı biz Azərbaycan türklərinin, bəlkə də, demək olar ki, bütün adət-ənənələrini, mentalitetini, mədəniyyətini, şanlı və parlaq keçmişini, qızıl hərflər ilə yazılmış tarixini, alicənablığını özündə ehtiva edən çox gözəl, qiymətli və dəyərli bir irs toplusudur. Sadəcə olaraq, qorqudşünasların arasında bu dastan ilə əlaqədar olaraq neçə illərdir ki, ixtilaflı qalan, fikir ayrılığı yaradan və hələ də çözülməmiş məsələlər vardır. Məsələn, bu dastanın ərsəyə gəlməsi haqqında üç müxtəlif fərziyyə söylənilir: ya eramızdan əvvəl, ya VII əsrdə və ya da ki, XII əsrdə formalaşdığı güman olunur. Lakin dastandakı bir sıra nüanslar onun məhz XII əsrdə meydana gəldiyini sübuta yetirir.
Bildiyiniz kimi, dastanda Oğuz türkləri qıpçaqlar ilə üz-üzə gəlir və vuruşurlar. Azərbaycan tarixinin VII əsr dövrünə baxsaq, görərik ki, həmin zamanda qıpçaqlar bura hücum etməmişdir, onlar XII əsrdə IV gürcü çarı Georginin əmri ilə Cənubi Qafqaza, xüsusilə Azərbaycana köçürülürlər. Azərbaycan türklərinin qıpçaqlar ilə toqquşması da elə sırf o dövrə təsadüf edir. Buradan da anlaşılır ki, dastanda Oğuz türklərinin qıpçaqlar ilə savaşması XII əsrdə baş vermişdir, dastanın yetkinləşməsi də o dövrə aiddir.
Sonra dastandakı dini adlar da diqqəti xeyli çəkməkdədir: Məhəmməd, Əbu Bəkr, Osman, Əli, Həsən, Hüseyn, Fatimə, Aişə, Zübeydə. Bu adların VII əsrdə Azərbaycanda tez bərqərar olması elə də ağıla batan deyildir. Sadaladığım adlar artıq XII əsrdə Azərbaycanda doğmalaşmışdı. Bundan əlavə, hər zəfərdən, hər qalibiyyətdən sonra dədəmiz Qorqudun gələrək, Oğuz xanının qarşısında soy soylaması və “Allah yığıb-yığışdırsın, saxlasın günahlarını, adı gözəl Məhəmməd Mustafanın üzü suyuna bağışlasın xanım hey!” deməsi də tam şəkildə aydın bir sübutdur. Bəli, bu dastan XII əsrdə formalaşmışdır. Bunun üzərində bu qədər baş sındırmağa ehtiyac yoxdur.

Ərtoğrul Mehdizadə
Oxşar xəbərlər
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930