dini radikalizm və ekstremizmlə mübarizə

ÖLÜM SEVİNMƏSİN...

ÖLÜM SEVİNMƏSİN...
Bir-birimizi çoxdan tanıyırdıq.Hələ Azərbaycanda Silahlı Qüvvələri tam olaraq formalaşmamışdı.Demək olar ki, Sovet İmperiyasından ayrılan ölkəmin özünümüdafiə batalyonlarının yaranmasında böyük ziyalımızın xidmətləri danılmazdı.Məmləkətimizin ağrılı-acılı günlərində dinclik tapmayann bir qurup ziyalılarımız əlindən gələn maddi mənəvi yardımı ilə Vətən torpaqlarını müdafiəyə qalxan oğullarımızla demek olar ki, sıx təmasda olur,onlara geyim,ərzaq və ruh verirdilər.Bu ziyalıların önündə gedən böyük şairimiz Dəmir Gədəbəylinin böyük xidmətləri danılmazdı.Dəfələrlə hərbi hissələrdə görüşmüşdük.Hər əskərin dərdini-sərini böyük ürəyinə yığar,imkan olduqca onlara kömək əlini uzadardı Dəmir Gədəbəyli. 2005 ci ildə bizi daha da bir-birimizə yaxınlaşdıran Milli Məclisə millət vəkili olmaq arzusu oldu.Hər ikimizin namizədliyimiz ayrı-ayrı seçki dairəsində qeydə alınmış olsa da tez-tez görüşürdük.Bu dağ vüqarlı adamı ilk gördüyüm gün Ağrı dağına bənzətmişdim...Adam var ki,tanıdıqdan sonra gözündə cılızlaşır,hətta tanıdığına peşiman belə olursan.Mən elimin ağsaqqalı,bir çox mahnıların söz yazarı,böyük şairimiz Dəmir Gədəbəylini tanıdıqca onun nə qədər böyük bir ürəyin sahibi olduğunu hiss edir,hər dəfə gözümdə bir daha ucalırdı...Bəzən Gədəbəyin ziyalıları bir araya gələr,hansısa bir tədbir və ya əlamətdar bir gündə süfrə başına əyləşər,Dəmir müəllimin başına toplaşardıq.O sanki bizim Dədə Qorqudumuz idi.Onunla öyünərdik,qürur duyardıq.Məclislərimizin yaraşığı böyük şairimiz son ikinci il idi ki,qardaş itkisi ilə barışa bilmirdi.Hamımızın tanıdığı, "Kirpi"jurnalının baş redaktoru Polad Qasımovu itirdikden sonra Dəmir Gədəbəylinin üzündən qəm əskik olmadı.Qardaş itkisindən yanıb qovrulan şairin qələmi onun göz yaşlarını misralara düzürdü...Qardaşını vəfasızlıqda ittiham edirdi...İki gün öncə yanına getdim.Hər zaman gözümdə Ağrı dağının əzəmətini xatırladan şairin yatağa düşmısini gördükdə göz yaşlarımı saxlaya bilmədim.Ağlamamağa çalışdım,göz yaşlarım içimə axdı.Qan verməyə getmişdim,verə bilmədim.Götürmədilər ki,qanın azdı...Nə qədər üzüldüyümü bir mən bildim,bir Allah...Məndən bəzi dostları soruşdu...Demək olar ki,sağalacağına ümid edirdim,çünki üzündə ölüm işartısı yox idi.Ailəsi,hətta nıticəsini də ziyarətə gələn gördüm.Bir-bir məni ailə üzvləri ilə tanış etdi.Xeyli söhbət etdiik,gəlmişdən-getmişdən,keçən günlərdən,gələcəklərdən çox danışdıq.O bir dərya idi.Söhbətimizdən doymasam da ayrılmalı idim,bəlkə doğmalarının da söhbətə ehtiyacı var deyə "gedirəm,yenə gələcəm"dedim.Öpüşüb,görüşüb "Allaha əmanət ol,Dəmir müəllim" dedim.Otaqdan çıxanda isə göz yaşlarıma boğuldum.Sən demə bu son görüşümüz imiş...Bu gün bir tələbəsini gördüm.Sabah o tələbəsi ilə gedəcəkdik yanına.Müəlliminə qan vermək üçün məni gözləyən o insana necə deyim ki "qan verməyə deyil,vida mərasiminə gedək"...Polad müəllimi vəfasızlıqda günahlandırırdın,şair,bəs sən niyə vəfasız oldun?..Ölümə meydan oxuyan adam,ölümünlə bizi niyə yandırıb yaxdın?..Yaralarından qan axan torpağıma ruh vermək üçünmü torpağa can atdın?..Məkanın cənnət olsun,ürəyimizdə öz heykəlini ucaldan şairim,ey türk dünyasının əvəzolunmaz ustadı!!!

Aybəniz Qafarlı

Oxunub: 790
Oxşar xəbərlər
SON XƏBƏRLƏR