dini radikalizm və ekstremizmlə mübarizə

PROFESSOR NİZAMƏDDİN ŞƏMSİZADƏNİN GƏNC YAZAR HAQQINDA FİKİRLƏRİ

PROFESSOR NİZAMƏDDİN ŞƏMSİZADƏNİN GƏNC YAZAR HAQQINDA FİKİRLƏRİ
Son illərdə ədəbi prosesə istedadlı gənclərin axını başlanıb. Mətbuata yol açan imzalar demək olar ki, özünü doğruldur. Dəyərli,düşündürücü nəsr əsərləri ilə yanaşı öz məzmun və ideyasına,poetik gözəlliyinə görə maraqlı şeirler yaranır. Oxucu qəlbinə yol tapan, gənc şairlər də artıq imzaları ilə tanınmaqdadırlar.
Fikrin daha parlaq,daha emosianal,canlı ifadəsi olan poeziya oxucu qəlbini ələ alır,onu təsirləndirir.
Ana mövzusu gənc şairlərin qələmində özünəməxsus şəkildə bədii ifadəsini tapır. Bu mövzuda yazılan yüzlərlə əsərdə ana məhəbbəti ,ülfəti,ucalığı ,müqəddəsliyi poetik bir dillə verilir. Hər bir ana şeirində insan qəlbini ,qanını coşduran ,onu kövrəldən,ən qəddar ürəyi belə yumuşaldan misralar dəyərlidir. Gənc şair Rəşad Mahmudoğlunun “Ana “ şeirində olduğu kimi... Bu “gəldi gedər “ dünyada hamının “ gəldi gedər “olduğunu artıq dərk etmiş gənc şair qorxu,həyəcan içindədir : “ Məgər bu dünyadan sən də gedərsən ? “- deyə sorur. Yolunda hər cəfanı çəkməyə hazır olan şairlər anasının ölümünü görməmək üçün bəzən misralarında özünə də ölüm arzulayırlar. Rəşadın deyimi öz orijinallığı ilə ürəyi “fəth” edir :
Desəm ki,anamdan qabaq ölüm mən,
Bu da anam üçün ölümdən betər.
Ana üçün övlad itkisinin nə demək olduğu “ölümdən betər “ ifadəsində ümumiləşdirilir. Bir xoş təbəssümü “ dərdinə dərman“ ana böyük varlıqdır :
Ən ali kürsüdən verilən fərman,
Sənin hüzurunda baş əyər ,ana !
Yaradan qarşısında baş əyən,diz çökən insan bilir ki, ana ona elə bir “borc “ verib ki, o borcu heç bir övlad qaytara bilməz . Ana borcu borclardan ülvi,müqəddəsdir. Dünyaya gətirdiyi bir övlad kimi Rəşad ana önündə
Mən oğul sanaram özümü hər an,
Əgər anam məndən inciməmişsə,
Rahatlıq taparmı içimdə vicdan,
Halallıq ünvana yetişməmişsə.
Və yaxud , Yunis İmrə ruhlu misralarında Rəşad artıq poeziya aləmində olduğundan bəlkə də bu təvazökarlığı ilə xəbərsizdir. Misralar dolğun , fikirlər bitkin ,poetik ifadə imkanları, onun şair qəlbinn, lirik duyğularının ifadə imkanlarının özəllikləri diqqəti çəkməyə bilməz:
Çəkməyən can ağrısını
Yarımcandan xəbərsizdir.
Və yaxud:
Can evində ağrıların ,
Yuvası bir şana bənzər.
Üfüqlərin qızartısı,
Gözümdəki qana bənzər.
On bir ayın sultanı mübarək Ramazana həsr etdiyi misralarda Mövlanə ruhu hakimdir:
On bir ayın sultanına ,
Könüllərdən salam olsun.
Qəlb saflığı,ruh paklığı,
Arxam olsun,qalam olsun.

Mehr-ülfət ayıdır bu,
Müqəddəs kitabdan gəlir.
Uca Tanrı dərgahına
Edilən xitabdan gəlir.

Namazl pak,orucu pak,
Ramazan ruhdan gəlir.
Əyan olub Peyğəmbərə-
Qiyamətdən nuhdan gəlir
Rəşad Mahmudoğlunun şeirlərində kiminin gözündə”zimistan”, kiminin gözündə “laləzar” olan dünyada gördükləri bunlardır:
Gələn can istəyir,gedən can deyir,
Baş aça bilmirəm necə bazardır.
Ümid edirəm ki, Rəşad ədəbi aləmdə öz sözünü deyəcək və dərin iz qoyacaq.

AMEA-nın müxbir üzvü,professor Nizaməddin Şəmsizadə.

PROFESSOR NİZAMƏDDİN ŞƏMSİZADƏNİN GƏNC YAZAR HAQQINDA FİKİRLƏRİ

Oxunub: 1 040
Oxşar xəbərlər
SON XƏBƏRLƏR