dini radikalizm və ekstremizmlə mübarizə

İlahiyyatçı-yazar, Tural İrfanın “Kamikadze-1” adlı yeni kitabı təqdim olunacaq

İlahiyyatçı-yazar, Tural İrfanın “Kamikadze-1” adlı yeni kitabı təqdim olunacaq
İlahiyyatçı-yazar, Azərbaycan Yazıçılar Birliyinin və AJB-nin üzvü Tural İrfanın “Kamikadze-1” adlı yeni kitabının təqdimatı mart ayının 27 də, saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçiriləcək. Kitab “Şərq” qəzetinin baş redaktoru A. Aşırlı və millət vəkili Q. Paşayevanın “Ermənilər törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabının təsiri ilə yazılıb. “Kamikadze 1” sənədli romanı erməni vəhşiliyinin ifşası, xalqımıza qarşı düşmənlərimiz tərəfindən törədilmiş soyqırımlardan bəhs edir. Vətənpərvərlik ruhunda yazılmış əsərin süjet xəttini 1990-cı ildə Qazax rayonunun Bağanıs-Ayrım kəndinin erməni işğalına məruz qalması, erməni daşnaklarının kəndi yandıraraq bir körpəni oğurlayıb aparmasından, onu erməni ruhunda böyüdərək kamikadze kimi yetişdirib Azərbaycanda terror aktlarının iştirakı üçün göndərməsi təşkil edir.

Kitabın redaktorları DGTYB başqanı Ə.Qoşalı və “Cümhuriyət” qəzetinin baş redaktoru R.Becanov, rəyçiləri professorlar M.Qasımlı, N.Məmmədli, məsləhətçilər ilahiyyat alimi Hacı Sabir Həsənli, tarix elmləri doktoru D.Əzimli və folklorşünas alim S.Qəniyevdir.
Təqdimatda Azərbaycanın bir sıra ziyalıları, alimləri və media nümayəndələri iştirak edəcək. Həmçinin, Azərbaycanın tarixinə, dəyərlərinə diqqət göstərən, ədəbiyyata və yaradıcılığa dəyər verən kəs tədbirə dəvətlidir, təqdimata giriş sərbəstidir.

Oxunub: 826
Oxşar xəbərlər
SON XƏBƏRLƏR