dini radikalizm və ekstremizmlə mübarizə

Mətləb Məmmədoğlunun söz səltənətindən

Mətləb Məmmədoğlunun  söz səltənətindən

Mətləb Məmmədoglu 1965-ci il mart ayının 14 də Agsu rayonunun Çiyni kəndində anadan olmuşdur 10 şeirlər kitabının müəllifidir. 2011-ci ildən AYB-nin üzvüdür.Ailəlidir iki ogul atasıdır.
GEDƏNDƏ

Göynədər qəlbimi acı bir həsrət
Dagların dumanı,qarı gedəndə
Baglara bir anlıq kədər, qəm qonar
Bir agac quruyub barı gedəndə

Elin pis günündə sevinər,gülər
Nə böyük tanıyar,nə kiçik bilər
Yüz oyun oynayar,yüz dona girər
Adamın üzündən arı gedəndə

Tutmasın yaxandan hahaq böhtan,şər
Qohumlar yad olar,dostlar gen düşər
Salamlar azalar,hörmətdən düşər
Kişinin dövləti,varı gedəndə

Qocalıq canını rəndə tək yonar
Yayın istisində üşüyər,donar
Ora-burasına mirçəklər qonar
Şirin də dizindən zoru gedəndə

Bəzən gözləyərsən güman dərd olar
Ay Mətləb hər saat,zaman dərd olar
Ehtiyac üzündən yaman dərd olar
Kişinin istəkli yarı gedəndə

Mən sənin yanına haqqa gəlmişəm

Yuxuda dahi şairimiz İmadəddin Nəsiminin məzarı üstə ziyarətə getmişdim

Məzarının üstə gözləri yaşlı,
Yollarını öpə-öpə gəlmişəm.
Sən keçən yolların gülün, çiçəyin
Kollarını öpə-öpə gəlmişəm.

Nə qədər axtardım haqq tapammadım,
Harda haqlı varsa arlar görmüşəm.
Bir qalx məzarından ey əziz babam,
Mən sənin yanına haqqa gəlmişəm.

Sən soyulan günü səninlə birgə,
Haqqı-ədaləti soydular baba.
Kəsib əl-qolunu səninlə birgə,
Haqqıda məzara qoydular baba.

Seyidin, Sabirin məzarı üstə
Son dəfə gözümü sıxıb gəlmişəm.
Millətin dərdini dogma balam tək,
Bu şair köksümə sıxıb gəlmişəm.

Sən ey haqq yolunda soyulan şair,
Haqqı ayaq altda atırlar indi.
Vəzifə naminə, şöhrət naminə,
Haqqı pulla alıb,satırlar indi.

Haqsızlar,cəlladlar sussayıb qana
Min damga vururlar haqqın qoluna.
Gəlmişəm sən mənə xeyir-dua ver,
Zamanı qaytarım haqqın yoluna.

Məni haqq yolunda dara çəksələr,
Öləndə "Ənəl-həq" deyəcəm baba.
Səni görmək üçün röyalarda yox,
Bir gün ag kəfəndə gələcəm baba.

ELİN BAŞINA

Bülbülün cəh-cəhi day gülə yetmir,
Qargalar dolanır gülün başına.
Ocaqı söndürüb,közü söndürüb
Yaman dolanırıq külün başına.

Guya ki yüz ölçüb,bir yol biçiblər
Aslanı boynundan dara çəkiblər.
Çaqqalı meşəyə hakim seçiblər,
İp salıb pələngin,filin başına.

Oxu Məmmədoglun sən varaq-varaq ,
Çəkilib qəlbinə çalın-çarpaz dag.
Agsaqqallıq edir hər saqqalı ag,
Daş düşüb obanı,elin başına.

SÖYÜLƏSİ İMAN İLƏ

Bilməm nədir günahımız,
Yandırır canı ahımız,
Hara gedir sabahımız,
Rüşvət,yalan,böhtan ilə.

Aga kəsir qulun haqqın,
Sındırıblar qolun haqqın,
Yaman azıb yolun haqqın,
Yol gedirik şeytan ilə.

Böhtan-şər qol-qola gedir,
Düz baxıb dal-dala gedir,
İt pişiklə yola gedir,
İnsan getmir insan ilə.

Ürəklərdə bitən dərdi,
El-obadan köçən dərdi,
Sagalmayan Vətən dərdi,
Dövr edir canda qan ilə.

Girov qoydular torpaqı,
Söndürdülər çox ocaqı,
Alacagıq Qarabagı?
Hansı qeyrət,vicdan ilə?

Gələn gəlir zəli kimi,
Cəhənnəmin yeli kimi,
Əl çalırıq dəli kimi,
Yaşayırıq güman ilə.

Üz çevirdik hər an Haqqdan,
Məmmədoglu de alış,yan
Köçəcəyik bu dünyadan,
Söyüləsi iman ilə.

YAŞA ÜRƏYİM

Vətən torpaqı tək paralanıbdır,
Min dəfə dəyibdir daşa ürəyim.
O qədər arzusu, istəyi var ki,
Qorxuram vurmaya başa ürəyim.

Ölməyib ümüdü, hələ gümanı
Mən qurban edərəm yolunda canı.
Bütöv görmək üçün Azərbaycanı,
Barı bir olaydı qoşa ürəyim.

Susmaqa tələsmə,yox,belə qalmaz
Aman belə qalmaz, ah belə qalmaz.
Sən inan Mətləbə - çox belə qalmaz,
Çırpın,dözümlü ol ,yaşa ürəyim.

Oxunub: 1 441
Oxşar xəbərlər
SON XƏBƏRLƏR