dini radikalizm və ekstremizmlə mübarizə

Qalibə Cəfərlinin söz xəzinəsindən

Qalibə Cəfərlinin söz xəzinəsindən
YAZILMAMIŞ MƏKTUBLAR

AÇMA GƏL ,SƏN SİNƏMİ
ORDA BİLSƏN NƏLƏR VAR,
YARIMÇIQ YAZILMAMIŞ
AÇLMAMIŞ MƏKTUBLAR.

BƏZİSİNDƏ BİR SƏTİR
BƏZİSİNDƏ BİR KƏLMƏ,
BƏZİSİNDƏ VERGÜLDÜR
YADA Kİ ,VAR CÜT NÖQTƏ.

ANCAQ DAHA ÇOX YERİ
ABZASLA XƏTT TUTUB BAX,
ƏN ÇOX MƏNİ İNCİDƏN
SUAL İŞARƏSİDİR AX.

YAZMAĞIN MƏNASI YOX
ONLAR SƏNƏ ÇATNAZ Kİ,
YARIMÇIQ MƏKTUBLARLA
SƏNİN İŞİN OLMAZ Kİ,

GƏLMƏZ Kİ ,ÜNVANINA
OXUNMAMIŞ YAŞAYIR,
ONLARIN TAMAMI YOX
YARIMÇIQ AD DAŞIYIR.

..KONLUM PERISAN ...DUYGULU ...XATIRELER LAL YUXULU ...SEVGILER SIRIN ...SEVGILER QORXULU ...HEYAT SIIR ... MOCUZE QOXULU ...

XATİRƏMDƏN ÇIXIB GƏL

BƏSDİR DAHA YUBANDIĞIN
XATİRƏMDƏN ÇIXIB GƏL ,
YAZ SELİDƏK SELLƏNİBƏN
ŞIR-HAŞIRLA AXIB GƏL .

KÜSKÜN -KÜSKÜN BƏNÖVŞƏDƏK
YOLLARIMA ÇIXIB GƏL,
ÇÖLƏ-DÜZƏ GÜNƏŞ KİMİ
TELLƏRİNİ YAXIB GƏL.

SEVGİLİNƏM SƏNİNKİYƏM
HƏSRƏTİMİ SÖKÜB GƏL.
ÖTƏN AYI,İLİ YAD ET
ƏN XOS ANI BÜKÜB GƏL.

ƏLLƏRİNDƏ TƏP-TƏZƏ TƏR
BİR DƏSTƏ GÜL TUTUB GƏL.
BU GÜNLƏRƏ RƏRÇİM ELƏ
O GÜNLƏRİ QATIB GƏL .

AYRILIĞI ACILARI
GÖZ YAŞIMI SİLİB GƏL ,
ÖLƏNƏDƏK YOL GÖZLƏYƏN
İSTƏKLİNƏM BİLİB GƏL
İSTƏKLİNƏM BİLİB GƏL

Sensizlik silsiləsindən ...
Sən gedəli ...

Sən gedəli təzə şeir yazmadım
Yazmadım təzə şeir
Sən gedəli …
Nə yazaydım həsrətindən
Yağmurlarınımı …
Necə qətrə –qətrə
Əridiyimimi …
Yollarına yarpaq kimi
Səpildiyimi …
Sən gedəli …yazmadım
Təzə şeir …
Hamısı köhnəydi ..
Nə yazaydım her şey
Sən oldugun kimiydi …
Təkcə sən getmişdin
Ürəyin ürəyimdə idi
Evvəlki kimi …
Ürəyin ürəyimdə idi
Evvəlki kimi …

Qalibə Cəfərova

Oxunub: 863
Oxşar xəbərlər
SON XƏBƏRLƏR