dini radikalizm və ekstremizmlə mübarizə

Bəz qalası.Babək qalası,yoxsa Bay bek qalası

Bəz  qalası.Babək qalası,yoxsa Bay bek qalası
Bəz qalası Lerik rayonunun Buzeyir kəndi yaxınlığında,talış dağlarında yerləşir.belə ki,Bu qala Azərbaycan və İran ərazisində mövcud olan Bəzz qalalarının ən əsasıdır Xürrəmilər hərəkatının rəhbəri Babək Xürrəmidin məhz bu qalada yaşamış və bu qalanı özünə əsas istehkam və qala şəhər mərkəzi seçmişdir.Belə ki,tarixi mənbələrdə bu qala “Bərz” qalası kimi qeyd edilməkdədir.Məsələ burasındadır ki.”Bərz” və ya “Barz “ sözü talışca olub “hündürlük” deməkdir.Yəni “Barzə ğələ” dedikdə “hündür qala “ nəzərdə tututlur.Bu adda mövcud olan bütün qalaları eyni mənşəli hesab etmək olar.Çünki,bütün yerlərdə mövcud olan “Bərz “ adında olan qalalar hər yerdə olduğu kimi dağların hündür yerlərində yerləşmişdir və elə bu səbəbdən də bütün bu qalalar talış dilində “Bərz-Barz”(yəni hündür) adını almışdır.Belə ki,Talış bölgəsində mövcud olan və bu tipdən olan bütün qalalrın adı və mənşəyi eynidir.Ümumiyyətlə talışların məskun olduğu həm Peştəsər .həm də,Həştadsər sıra dağlarındakı babək qalalrının əvvəlki adları “Barz” qalası olmuş və sonradan “Babək qalası” adı ilə əvəz olunmuşdur.Bu adda qala İranın Ərdəbil ostanının Öəley-i Bər qəsəbəsinin 3 km.cənubunda yerləşir.Belə ki bu qala da,xalq qəhrəmanı Baəbəkin sığınacaqlarından biri olduqları söylənilir.Qala strateji cəhətdən 2300-2600 metr yüksəklikdə yerləşir.Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.Ərəb coğrafiyaçısı Əbu Duləf(X əsr) yazır: “Bəzz qalası Babək xürrəminin əsas sığınacaqlarındandır.Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb”(Bax:Əbu Düləf.göstərilən əsəri).Divarların hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var.Həmçenin qala ərazisindən təndirlər,çıraqlar,gil qablar,silahlar və digər əşyalar tapılmışdır.Hazırda hər il Babəkin doğum günündə İran Azərbaycanı Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə qalaya yürüş olur.
Lakin bir məsələni qeyd etmək lazımdır ki,Əbu Duləfin təsfir etdiyi Bəzz qalası Ğəleybərdəki qala yox Lerik rayonu ərazisindəki Bəz qalasıdır.Çünki,İranın Ərdəbil ostanının Ğəleybər qəsəbəsi yaxınlığında yerləşən qala nə Bəzz qalası,nə də Babək qalası.Beləki,Ğəleybərdəki qala Babək yox Bey bək qalasıdır və hal hazırda yerli əhali tərəfindən də belə adlandırılmaqdadır.Belə ki,İranınƏrdəbil ostanının Qaradağ rayonun Qəleybər məntəqəsi yaxınlğında yerləşən qala Babək yox Bay bək qalasıdır və onun faresca yazılışı da bunu təsdiq edir.Yazılış belədir: « ک- بای کلیبر”,yəni ,Kəleybər ,Bay bek qalası
Çünki,xalq qəhrəmanı Babəkin ərəb qrafikası ilə adının yazılışında “be”,”əlif-özündən əvvəl gələn be hərfinə birləşmiş halda”,” sonra boşluq və sonra isə “be”,”kaf” hərfləri var.Dolayısı ilə Babəkin adı ərəb mənbələrində “be” hərfi,”əlif” hərfi,”be” hərfi və “kaf hərfi ilə yazılır və onun ərəbcə yazılış forması belədir:

Yazılışından da göründüyü kimi ərəb mənbələrində adı çəkilən xalq qəhrəmanı Baəkin adının yazılış forması ilə İranın qəleybər məntəqsi yaxınlığında yerləşən dağdakı baybək qala adının yazılışı arasında yerlə-göy arasında fərq var və bu adlar birir-birinə ümumiyyətlə oxşamır.
Aşağıda isə bu həör iki sözün yazılış formasını veririk və özünüz aydınlaşdırın.

Burada birinci verilən Kəleybərdə yerləşən Bay bək adlı qalanın yazılış forması,ikinci isə xalq qəhrəmanı Babəkin adının yazılış forması verilib və bu da İranın Kəleybər mahalındakı qalanın babək qalası olmadığını və onun yanlış olaraq Babək qalası adlandırılmasının sübutudur.

.Odur ki,müəyyən insanların İranın Ərdəbil ostanındakı yanlış olaraq Babək qalası sandıqları Bey bək qalasına yürüşlərinin heç bir tarixi əsası yoxdur və heç bir mənbəyə dayanmışr.Bəzz qalası haqda elmi araşdırmalar ,məqalələr və s. mövcuddur.Belə ki,tahir Nəvahi “Bəzz qalası” adlı Azərbaycanın ilk dini-bədii romanını yazıb.(Bax-) Daha sonra akademik Ziya Bünyadovun elmi araşdırmaları var(Bax-)Tədqiqatçı E.Raft(E.M.Wright) öz elmi əsərində Bəzz qala-şəhərini Xürrəmilər hərəkatının mərkəzi hesab edir.
Ət-Təbəri isə öz əzərində yazır ki,Bəzz qalası “Babəkin şəhər və vilayəti “olub.Əl-Biruni yazır ki,”Bəzz-Babək əl-Xurrəminin ölkəsidir.”.


Tədqiqatçı-Tarixçi- Aqşin Mistanlı.

Ədəbiyyat.
1. "Bəzz qalası" – Tahir Navahının yazdığı dini-tarixi roman. Əsərin redaktoru Orxan Əli (Cəfəri), məsləhətçisi Seyid Musarza Musəvidir (Kəlbi).
2. Буниятов З. O местонахождении средневековых городов-крепостей Базз и Шеки. КСИНА АН СССР. М., 1961. Вып. 47. с. 89-93.
3. Буниятов З. О локализации города-крепости Базз. Извлечения АН Азерб. ССР., сер. общ. наук, 1959, № 5.

Bəz  qalası.Babək qalası,yoxsa Bay bek qalası
Bəz  qalası.Babək qalası,yoxsa Bay bek qalası

Oxunub: 4 120
Oxşar xəbərlər
SON XƏBƏRLƏR