» » BİR MƏN OLDUM, BİR DƏ SƏN...

BİR MƏN OLDUM, BİR DƏ SƏN...

BİR MƏN OLDUM, BİR DƏ SƏN...

Qoxlamadıq vüsal adlı o, güldən...
Yarımadıq nə ömürdən, nə gündən.
Ümidləri taladılar könüldən,
Talan olan bir mən oldum, bir də sən.

Qışa döndük, yağan qara bənzədik,
Yaza döndük, bağda xara bənzədik...
Xəzan vurdu, buludlara bənzədik,
Dolan olan, bir mən oldum, bir də sən.

Dastan idik, ozanların dilində,
Bəzək idik, sevənlərin telində.
Çiçək idik, xoşbəxtliyin əlində,
Solan olan bir mən oldum, bir də sən.

Çalışdıq ki, bədnəzərdən sovuşaq,
Tələsdik ki, bu zirvəni tez aşaq...
Süründük ki, eşq yolunda, qovuşaq,
İlan olan bir mən oldum, bir də sən.

Qoruyardıq sevgimizin irsini...
Nə biləydik, görəcəyik tərsini?
Yetərincə məhəbbətin dərsini,
Alan olan bir mən oldum, bir də sən.

QAFQAZLIya sorma, nədi bu sevgi!
Zənn eylə ki, bir səhnədi bu sevgi...
Bizim üçün əfsanədi bu sevgi,
Yalan olan bir mən oldum, bir də sən...

Yaşar QAFQAZLI
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031