dini radikalizm və ekstremizmlə mübarizə

Qalibə İlisulunun söz xəzinəsi

Qalibə İlisulunun söz xəzinəsi

Sən şeirsən sevgilim
Sevgilim baxdım sənə
Oxundun kəlmə -kəlmə ,
Sevgimizdən yarandı
Bax indi yeni nəğmə.

İşvəli baxışların
Taleyimin qədəri.
Apardı ,yox elədi ,
Nisgilimi, kədəri.

Yazılırsan ömrümə
Hərgün yeni şeirdək,
Bilsəninçün çırpınır
Sinəmdəki ,bu ürək.

Nə susub dayanacaq
Nədəki,yorulacaq,
Hər gün sənin eşqinə
Min nəğməoxuyacaq.

Türkqadınım
Sən Atatürk adında
İstiqlalı doğurdun
Ellərə qurtuluşçün
İstiqbalayürüdün .

Cəbhələr keçdin min-min
Atınla əldə süngün
Sən öncərgələrdəydin
Dilində zəfər himnin .

Dik tut başınhər an sən
İrəliyəgedirsən
AsenasanTomrissən
Qorxaqlaragülürsən .

Söz verdin sözün bütün
Səddin sərhəddin bütün
Önündə diz çökdürən
Müzəffər ordun təkin.

Sipər etdin sinəni
Al bayraq sancağına
Sədaqətli oldunsən
Andına bayrağına.

Səni duyanlar duyur
Türk qadınım şərəfim
Səni qucaqlayır bax
Böyük türk məmləkətim
Böyük türk səltənətim.

Ana
Şəhidlərimizin dilindən

Gözümdə yaş oldum ana
Qəlbində daş oldum ana
Vətənimə can-can verdim
Tarix yaddaş oldum ana.
Layla çal-çal uyut məni
Oxşa sən bir ovut məni
Çevir ana sən başına
Qollarında yatırt məni.

Salam söylə sevgilimə
Sevirəm söyləsin mənə
Uyuyaram rahat-rahat
O sevirəm kəlməsinə.

Yaş tökməsəndə üstümə
Ağır gedir bu şəstimə
Ölmədimki,mən qurbanam
İstiqlalın nəfəsinə.

Mən vətənin övladıyam
Şəhidi istiqbalıyam,
Yağı düşmən sipəriyəm
Ürəyindəki yağıyam.

Bükülmüşəm bayrağıma
Tikan batmaz ayağıma
Ay ana gücü çatmaz
Kimsə girə otağıma.

Canıma can qatananam
Qəbrim üstə yatananam,
Məni yerlərdə doğan
Göylərə üz tutananam.

İlahinin dərgahında
Öncərgədə duran mənəm
Bu gün sənə vətənimə
Sahib duran əsgərinəm.

Ana mən mən ölmədimki,
Yolum hələ indi başlar.
Sal qollarını boynuma,
Dua et alqışım olar.

Ağuşun nə isti ana,
İndi sənə darıxmışam.
Sən vətənin anasısan,
Qucağına doğulmuşam.

Vətən səni vətən məni gözləyir

Yolumuza qollarını səribən
Qucaq-qucaq qızılgüllər dəribən
Qız,gəlinlər pişvazına gəlibən,
Vətən səni,vətən mənigözləyir.

Səhər tezdən duvaq çəkib üzünə
Gilə-gilə damcı düzüb gözünə.
Yeddi rəngdən qurşaq çəkib belinə
Vətən səni,vətən məni gözləyir.

Yer versədə qoynunda hər qonağa
Səni çəkər məni çəkər sınağa,
Övladını sinəsinə sıxmağa
Vətən səni,vətən mənigözləyir.

Adı gözəl,özü gözəl diyarım
Həm canımdı,həmciyərim, həmyarım
Üzün çevir bir bəri gəl a zalım
Vətən səni,vətən məni gözləyir.
Vətən səni,vətən məni gözləyir

TürkəmTuranam
Türkəm Turanam
Qan püskürür yaram
Vətənəm bayrağam
Sinəmdə ayparam.


Oğuzlara qardaşam
Düşmənimə yadam
Uğrunda şəhid düşdüm
Obayam torpağam .

Mən istiqlalam
İstiqbala varam
Mən istərəm
Qaranlıqları boğam

Dərsim Ata türkdən
Doğuşum Ötü gendən
Dəyişilməz soyum
İlk türkirqimdən.

Mən buyam beləyəm
Azad göylər dəyəm
Birlikdir amacım
Hər bir eldəyəm.

Türkəm Turanam
Qan püskürür yaram
Vətənəm bayrağam
Sinəmdə ayparam.

Qalibə İlisulu

Oxunub: 975
Oxşar xəbərlər
SON XƏBƏRLƏR