dini radikalizm və ekstremizmlə mübarizə

Bəleton sikkələri

Bəleton sikkələri
Tarixeoloji araşdırmalar göstərir ki,antik dövrə aid maddi-mədəniyyət abidələrinə düzənlikdən çox dağətəyi və dağlıq ərazilərdə rast gəlinir.Çünki, dağətəyi və dağlıq zonası ehtimal ki, sözügedən dövürlərdə təbi fəlakətlərə,sel sularına,və ya bu tipdə olan digər təbii natarazlıqlara məruz qalmamışdır.ELə bu üzdən də, Azərbaycanın istər dağətəyi,istərsə də dağlıq zonasında tariximizin bütün dövürlərinə aid olan maddi-mədəniyyət nümunələri günümüzə qədər qala bilmişdir.Buna çoxlu misal gətirmək olar.Belə ki,öz qədimliyinə görə keçmiş ittifaq ərazisində 1-ci və bütün dünyada isə sayca 5-ci olan Azıx mağarası,Mezolit dövrünə aid olan Qobustan və Damcılı qayaüstü rəsmləri,Eniolit dövrünə aid olan Cəlilabad rayonundakı Əliköməktəpə abidəsi,Naxçıvandakı Tunc dövrünə aid olan 1-ci və 2-ci Kültəpə abidəsi,Xaçmaz rayonundakı Sərkərtəpə abidəsi də,məhz dağətəyi və dağlıq ərazidə yerləşir və ola bilsin ki,elə bui üzdən də bu günə qədər öz mövcudiyyətini saxlamağa müvəffəq olmuşdur.Bu prosesi cənub bölgəsinə də aid etmək olar.Lakin qeyd etmək lazımdır cənub bölgəsində yerləşən Astara,Lənkəran,Masallı və Cəlilabad rayonlarının yalnız qərb-dağaətəyi və dağlıq hissəsində bu tipdə olan maddi-mədəniyyət nümunələrinə rast gəlmək olur.Çünki,sözügedən dövürlərdə Xəzər dənizinin səviyyəsinin indikindən fərqli olması sözügedən rayonların şərq hissəsinin su altında olduğunu göstərir.Bundan əlavə Azərbaycanın fiziki xəritəsinə baxsaq Xəzər dənizinin cənub-qərb sahilinin əvəlcə su altında olan lakin indi isə sadəcə ovalıq şəklində olan ərazinin izləri xəritədə tünd yaşıl rəngdə verilmişdir.Bu xəritəyə əsaslanıb demək olar ki,o dövürdə Xəzər dənizi indiki İmişli rayonunun Bəhərmtəpə adlı körpünün ətəklərinə qədər böyük bərzəx olmuş və Araz və Kür çayları ayrıca olaraq Xəzər dənizinə axmışdır.Lakin yardımlı,Lerik , Astara,Lənkəran və Masallı rayonlarının qərb –dağlıq hissəsləri isə bu hadisədən uzaq olduğundan bu ərazilərdə daş dövrünə aid olan Buzeyir mağarası,Tunc dövrünə aid olan çoxlu sayda qədim abidələrin və qəbirsdanlıqlar günümüzə qədər qalmaqdadır.Belə ki,Lerik rayonunun Veri,Coni,Tülü və Soru əraziləri,Cəngəmiran qədim qəbirsanlığı,Orand qədim qəbirsanlılğı bu ərazilərdə qədim ilkin şəhər məskənlərinin olduğunu göstərir.Hələ XIX əsrdə istər Morqan,Miller və digər Avropalı tədqiqatçılar bu ərazilərdə qazıntılar aparmış və çoxlu sayda qədim maddi-mədəniyyət nümunələrini,o cümlədən antik dövrlərə aid olan çoxlu sayda sikkələri daşıyıb özləri ilə aparmışlar.Bu maddi-mədəniyyət abidələri içərisində qızıl,gümüş və digər sikkələr və pullar üstünlük təşkil edir.Bu tipdə abidələrin bir qismi qazıntı aparan tədqiqatçıların diqqətindən yayınsada , Sovet dövləti qurulduqdan sonra yerlərdə təsərüfat işləri ilə bağlı aparılmış şumlama zamanı üzə çıxmış və yerli sakinlər tərəfindən mənimsənilmiş və bir qismi də,yoxa çıxmışdır.Buna misal olaraq Sınovli,Haftoni,Veravul,Girdəni və digər məntəqələrdə yerləşən həm qədim qəbiristanlqlarda ,həm də kurqanlarda tapılan qədim pulları göstərmək olar.Bu yaxınlarda isə Lənkəran rayonunun Bəleton kənd sakini tərəfindən təqadim olunan qədim sikkə diqqətimi buraya yönəltdi və bu konsepsiyanın doğruluğunu bir fakt kimi təsdiq etdi.Belə ki,Bu gümüş sikkəni Lənkəran rayonunun Bəleton kənd sakini Quliyev Mirələm Baloğlan oğlu qoruyub saxlamışdır.Belə ki,Quliyev Mirələm Baloğlan oğlu 1957-ci ildə Lənkəran rayonunun Bəleton kəndində anadan olmuş və halhazırda orada yaşamaqdadır.Onunla apardığm musahibədə aydın olduğu ki,busikkəni onun atası Quliyev Baloğlan hələ 1940-cı- ildə kənd ərazisində təsərüfat işləri ilə bağlı aparılan şumlama işləri zamanı tapmışdır.O, bu hadisəni belə xatırlayır:
“Atamın deyirdiki , şumlama zamanı kotana nəsə bir şey ilişdi,amma fikir vermədilər,lakin şumlamanın ikinci qayıdışında nəsə parçalanıb üzə çıxdı.Bu zaman ətrafda olan camaatın hamısı qaçıb gəldi və həmən yeri arıtlayandan sonra kotanın dəmiri ilə ortadan ikiyə bölünmüş bir bəsti tapdılar.Kotanın zərbəsi ilə içi ağzına qədər dolu olan sikkələr ətrafa səpələnmişdi.Bunu görən camaat tez daraşıb həmən sikkəlrədən hərə bir ovuc götürdü.Mən də bir ovuc götürdüm.”.Beləliklə Mirələm Quliyevin atası Baloğlan Quliyevin götürdüyü bir ovuc gümüş sikkədən sadəcə ikisi günümüzə qədər Mirələm müəllim tərindən qorunub saxlanılmışdır.Bu pulların arxa tərəfində aramey əlivbasına bənzər yazılar var.Bu yazılarla bərabər burada şiş uclu papaqların əksi olduğundan bu bulları son Parfiya və ilk Sasani dönəminə aid etmək olar.Lakin qeyd etmək lazımdır ki,bu yazılar ərəb hərflərinə də bənzəyir və hətta orada ərəb əlifbasının “mim” hərfi açıq aşkar görünür.Bundan əlavə aşağıdakı şişuclu papağın üst hissəsində ərəbcə olan “allah” sözü də açıq-aşkar görünməkdədəir.Pullların ön hissəsində isə böyük dairə əks olunmuş və bu dairənin içində hansısa bir insan təsfiri var və ehtimal ki,Bu hökmdar təsviridir.Lakin bu pulun üstündəki hökmdar təsfiri ellinizm mədəniyyətinə xas olan Selevkilərə bənzəyir.Bundan əlavə insan təsfirinin yuxarı hissəsində altıgüşəli ulduz və altında aypara təsviri var.Bu tipdə pullar təkcə Bəleton ərazisində deyil,eləcə də Lənkıran rayonunun digər dağlıq kəndlərində yerləşən qədim abidələrdə tapılmış ,lakin yoxa çıxmışdır.Ümid edirik, ki,AMEA səsimizi duyacaq və zəngin tarixə malik olan bu ərazilərdə arxeoloji qazıntılar aparacaqdır.

Aqşin Mistanlı- Tədqiqatçı-tarixçi,AYB-nin üzvü.

Bəleton sikkələri

Oxunub: 1 204
Oxşar xəbərlər
SON XƏBƏRLƏR