dini radikalizm və ekstremizmlə mübarizə

BAXIŞLARIM...

BAXIŞLARIM...

Gözlərim yaxanda gözmuncuğudur...
Aldı bədnəzərdən öc, baxışlarım.
Qucdu xəyalımın qolları səni,
Öpdü ləblərini ac baxışlarım.

Qadan ürəyimə axdıqca-axdı,
Cazibən dünyamı başıma yıxdı.
Eləbil illərin heyfini çıxdı,
Qapanda hüsnündən bac, baxışlarım.

Süründüm arxanca, imək istədim,
Ürək sözlərimi demək istədim.
Bişirib, iştahla yemək istədim,
Qovurdu qəlbini sac baxışlarım.

Çəkmədim cəfanı boşu-boşuna,
Nazın QAFQAZLInın gəldi xoşuna.
Könül evimdəki sultan başına,
Qoydu məhəbbətdən tac, baxışlarım...

Yaşar QAFQAZLI

Oxunub: 893
Oxşar xəbərlər
SON XƏBƏRLƏR