dini radikalizm və ekstremizmlə mübarizə

Şikəst olmaq...

Şikəst olmaq...
Şikəst olmaq heç də fiziki əngəllik demək deyil. Var düşüncə şikəsti , var ruhun şikəsti , var insanlığın şikəsti... Tanrının dünya üzünə bəxş etdiyi ən ali varlıqdır insan. Lakin insan olmaq üçün ruhumuz insani keyfiyyətlərlə zəngin olmalıdır... Insanın ruhu necədirsə , düşüncəsi də odur . Ruhun gözəldirsə gözəl şeylər düşünürsən , ətrafına gözəllik bəxş edirsən . Ruhun xəbisdirsə bunun əksini edirsən. Insanları mənfi auranla özündən diksindirirsən . Bu həyatda hər kəs daşıya bildiyi yükü çəkir . Bəzən daşıya biləcəyindən ağır yükü də var bu dünyanın( daşıdığım kimi) . Insanın istər saflığından , istər sadəlöhvlüyündən , bəzən güvənindən , bəzən də ağlsızlığından OD ayaqlayacaq qədər fədakarlıqla atdığı addımları olur (mənim kimi). Peşman olsa nə fayda , olmasa nə fayda ...
Bəşəriyyətin günahsızı , səhvsizi yoxdur . Bizlər insanları qınamaqda mahirik . Çünki özümüzün etdiyimiz günahlar gözümüzdə səti görünür . ( ayranımıza turş demirik). Hər zaman qarşımızdakı insanı qınayaraq hətta Allahlıq iddiamızla mənşər ayağına çəkməyi sevirik. Lakin bir dönüb geri baxmırıq . Mən kim olmuşam , indi kiməm , məni nə gözləyir və mənim övladlarım böyüyür . Axı unutmayaq ki , bu həyat BUMERANQDIR . Yaşatdıqlarımızı yaşayacağıq . Biz köçsək də bu dünyadan , övladlarımız yaşayacaq . Mütləq Allah daddıracaq , mütləq yaşadacaq .
Tanrı bizi qınayır . Bəndəmə bu qədər gözəlliklər bəxş etdiyim , lakin onu incitmədiyim halda Sən kimsən ki , MƏNIM yerimdəki kimi hiss edirsən özünü ?! Sən bu qədərmi məsumsan ?!... Xeyir , kimsə məsum deyil . Hər kəs öz çapında yetərincə səhvin , günahın sahibidir ...
Haqq mütləq yerini tapır , geci tezi var bunun . Bundan əmin olun ki , siz haqlısınızsa görəcəksiniz qarşılığını , haqlısınızsa mütləq mükafatınız veriləcək . Sadəcə SƏBR ... Zamanı gözləyək .
Hər birimiz bu dünyanın qonağıyıq . Həm də çox qısa zamanın qonağı . Insan kimi yaşayaq , insan kimi dəyərli köçək bu dünyadan . Onsuz da dünya üçün hər birimizin Uca Tanrıya veriləcək böyük hesabımız var . Hər kəs çəkə bildiyi , bilmədiyi yükü qədər cavab verəcək .Nə qədər ki , bu həyat mükafat olaraq bizə verilibsə onu zövqlə yaşamağa cəhd edək . Paxıllıqsız , qısqanclıqsız , xor xislətsiz .Əksi olaraq könül xoşluğu ilə yaşayaq .
Qeyd etdiyim kimi , əsas ruhumuz , düşüncələrimiz şikəst olmasın . Insanlığımız ali olsun.
Sizlərə sevgilərimlə...

Könül Məmmədzadə

Oxunub: 1 029
Oxşar xəbərlər
SON XƏBƏRLƏR