» » Nuray Dənizin maraq otağı silsiləsindən

Nuray Dənizin maraq otağı silsiləsindən

Məhv olan Atlantida haqqında bilmədiklərimiz — 10 MARAQLI FAKT


Nuray Dənizin maraq otağı silsiləsindən


Atlantida haqqında bilməyən, eşitməyən insan demək olar ki, yoxdur.
Bu qitə bir sutka ərzində suyun dibinə gedib. Bu barədə kim məlumatlıdır? Atlantida əslində olubmu? Başqa nələr bilirik?
Atlantida haqqında qədim yunan filosofu Platon məlumat verib. Onun "Timey” və "Krit” əsərlərində bu barədə bilgilər var. Kitablar eramızdan əvvəl 360-cı ildə yazılıb.
Platon əsərdə yazır ki, yunan müdriki Solon Misir sarayında kahin kimi xidmət edəndə bu məsələni öyrənib. Yunanıstana qayıdanda Solon bunu qohumu Dropidə danışıb. Dropid isə oğlu Kritə bəhs edib. Krit bunu nəvəsinə, nəvəsi isə Sokrat və dostları ilə bölüşüb.
Bu siyahını tarixi və elmi fakt kimi yox, Platonun hekayəsi kimi qəbul etmək olar. Biz Atlantidaya inanmalıyıqmı? Hələlik elm dəqiq bir şey demir. Amma itirilmiş şəhərlər tapılır və tapılmaqda davam edəcək.
Bizə yer məlumdur
Atlantida haqqında çoxlu kitablar yazılıb, sənədli filmlər çəkilib. Bəziləri Santorini, bəziləri isə Bimini Atlantidanı gizlədən yer kimi göstərir. Əgər Platonun mətninə baxaq: "Altantida Atlantik okeandan çıxdı. Ada Herakl sütunlarının qarşısında olub”.
Herakl sütunları isə Hibraltar boğazında, İspaniya və Afrikanı ayıran dar dəniz zolağında yerləşir.
2011-ci ildə arxeoloq Riçard Froynd və onun komandası Atlantidaya bənzər şəhərlər tapıblar. Şəhərlər İspaniyada, Donana milli parkındakı bataqlıqda aşkar edilib. Məlum olub ki, parkın yerləşdiyi Kadis şəhəri Herakl sütunları ilə üz-üzədir. Bu isə alimi Atlantidanın bataqlıq altında olduğu fikrinə sövq edib.
Bu tapıntı isə mətndəki süjetlə üst-üstə düşür:
"Bu hissələrdə dəniz keçilməzdir. Çünki yolda palçıq var”.
Kadis həm də Qərbi Avropanın ən qədim şəhərlərindən biridir. Ehtimal edilir ki, şəhər eramızdan əvvəl 700-cü ildə finikiyalılar tərəfindən salınıb. Bəzi mənbələr isə bu tarixin e.ə. 1100-cü il olduğunu qeyd edir.
Yunan əfsanələri isə şəhərin daha qədimə aid olduğunu bildirir. Qədim dövrlərdə şəhərin adı Qades olub. Mətndə isə Qades vətəndaşlarının Qadeyr adlandırdığı şahzadə-atlantdan söz açılır. Atlantidanın uzaq şərq hissəsi bu şahzadəyə məxsus olub. Adanın bu hissəsi müasir Kadisə baxmalı idi. Bu səbəbdən tarixə əsasən, Kadis və ya Qades şahzadənin şərəfinə adlandırılıb.
Atlantida yarımtanrı adını daşıyır
Bir çoxları elə düşünür ki, Atlantida adını Atlantik okeanının şərəfinə alıb. Amma əslində tam əksinədir. Əfsanəyə əsasən, yunanların dəniz tanrısı Poseydonun Klito adlı qadın-atlantdan 5 əkiz oğlu olub.
Poseydon 10 oğlunun hər birinə adanın müxtəlif yerlərini verib. Qadeir oğlanlar arasında yaşa görə ikinci idi. Onun böyük qardaşı Atlas şəhəri öz adına adlandırdı. Atlas sonradan bütün adanı ələ keçirdi və ətrafdakı okean da onun şərəfinə adlandırıldı. Onun övladları da Atlantidanı idarə etməli idilər.
Tarixin yarısı yoxdur
Biz bilirik ki, Platon Atlantida haqqında iki kitab yazıb. Bu gün "Timey”in tam, "Krit”in isə yarı versiyasına sahibik. "Yunan tanrılarının başçısı Zevs bütün tanrıları yığdı və dedi”... məhz bu yerdə kitab yarıda qalıb.
Platonun bu hissəni qəsdən yarıda saxladığı və ya mətnin sonradan itdiyini dəqiq bilmirik. Platon isə Atlantida haqqında üçüncü- "Germokrat” kitabını yazmağı planlaşdırırdı. Bu teoriyanı sübut edən bir neçə fakt var. "Krit” kitabında deyilir: "Krit, biz sizin arzunuzu yerinə yetirəcəyik və Germokrata da sizə və Timeyə verdiklərimizi verəcəyik”.
Bundan başqa hər üç kitabın adı gizli ismarış da verə bilər. Timey sözü qədim yunan sözü olan "tio”dan gəlir və oxumaq deməkdir. Krit sözü qədim "krima” yunan sözündən gəlir və mənası məhkəmə deməkdir. Germokrat isə "Hermes” sözündən gəlir və yunan tanrılarının elçisi deməkdir.
Timey Afinanı tərənnüm edir. Krit isə Zevsin Atlantida məhkəməsi ilə başa çatır. Germokrat nə deyə bilərdi? Biz Germokrat haqqında nə bilirik? O, hərbi lider idi və Pelopon müharibəsində Sirakuzun Afinaya qarşı müdafiəsini təşkil edib. Atlantida tarixinə bənzəyir. Afina şəhər dövlətləri Atlantidanın hücumuna qarşı mübarizə aparıb.
Atlantida barədə
Solon qədim yunan filosoflarının ən müdrükü sayılır. Mətnə əsasən, Solon Atlantida barədə Misirdə məlumat əldə edib. O, kahinlərdən ən qədim məlumatları almaq istəyib. Bunun üçün isə kahinlərə ən qədim yunan tarixini danışıb. O, Subasmadan və ilk insandan bəhs edib. Solonu dinləyən kahin deyib:
"Solon, sizin aranızda yaşlı insan yoxdur. Sizin təfəkkür cavandır. Sizin aranızda ənənələri daşıyan və ötürən qədim təfəkkür yoxdur”.
Sonra kahin deyib ki, Solonun doğma şəhəri Afina düşündüyündən də qədimdir. Misirlilərin qədim mətnlərinə əsasən, Says şəhəri (Solon və kahinin olduğu şəhər) 8000 il əvvəl inşa edilib. Bu mətndə həm də qeyd edilib ki, Afina Saysdan da min il əvvəl inşa edilib. Bu dövrdə afinalılar atlantlarla müharibə aparıblar.
Solon eramızdan əvvəl 630-560-cı illərdə yaşayıb. Əgər bu tarixçə düzdürsə, Atlantida eramızdan əvvəl 9.500-cü ildə məhv olub. Deməli, Atlantida müasir Türkiyə ərazisindəki Göbəkli Təpə məbədi ilə eyni yaşdadır. Göbəkli Təpə eramızdan 10 min il əvvəl inşa edilib və dünyanın ən qədim məbədidir.
Platona görə
Yuxarıda da qeyd etdik, bunu tarixi fakt kimi qəbul etmək olmaz. Amma Krit kitabında tarixçənin doğru olduğu iddia edilir: "Qəribə də olsa, Solon tərəfindən təsdiqlənən hekayəni dinlə”.
Platon açıq-aşkar deyir ki, bəzi miflər simvolikdir. Kitabında isə Atlantidanın mifik yox, real olduğunu iddia edir.
Atlantida imperiya olub
Bəziləri düşünür ki, Atlantida okean suları ilə əhatə olunan ada olub. Amma Platon bildirir ki, Atlantida imperiya olub və adadan idarə edilib: "Atlantida adasında böyük və gözəl imperya var idi. Bu imperiya bütün adalar və qitənin digər hissəsinə hökmranlıq edirdi. Atlantida sakinləri Liviyanı, Misirə qədər olan ərazini, Tirreniya və Avropanı da fəth etmişdilər”.
Tirreniya mərkəzi İtaliyanın başqa bir adıdır. Bu isə o deməkdir ki, Atlantida müasir Toskana və Avropada qurulub. Afinalılar belə böyük imperiyaya necə qalib gəliblər? Yəqin bunu Platonun özü də bilməyib.
Amerika barədə məlumatlı idilər
Ehtimal edilir ki, Platon Atlantidanı fəlsəfə xətrinə ortaya atıb. Misirli rahib deyib: "Bu adadan digər adalara yol var idi. Bu yol ilə əsl okeanın əhatə etdiyi qarşıdakı qitəyə keçmək mümkün idi”.
Atlantik okeanının digər tərəfində hansı qitə var idi? Bu qitə o qədər böyük olmalı idi ki, böyük bir okean əhatə etsin. Bəlkə də qədim yunanlar və misirlilər Amerika barədə məlumatlı idilər və orada olublar? 1970-ci ildə məşhur səyyah Tur Xeyerdal 6 nəfərlik heyət ilə "Ra II” adlı gəmi ilə Mərakeşdən Barbadosa 57 günə çatdılar. Bu səfər sübut etdi ki, zəncirli qayıqlar okean səfərlərinə tab gətirir və qədim dünya sakinləri Atlantik okeanını üzüb keçə bilərdilər.
Qədim Afinada qadınlar hərbi xidmətə çağırılıb
Müasir dövrdə qadınların silahlı qüvvələrə cəlb edilməsi adi hala çevrilib. 2500 il əvvəl isə yunanlar üçün bu gülməli sayılardı. Platonun şagirdi Aristotel deyirdi: "Susmaq qadının şərəfidir”.
Amma eramızdan əvvəl 9500-cü ildə Afinada vəziyyət başqa idi. Platonun fikrinə görə, savaşda qadınlar və kişilər eyni cərgədə idilər. Bəlkə də Platon ideal dövlət arzulayırdı. Bəlkə də eramızdan əvvəl 9500-cü ildə afinalılar düşməni məğlub etmək üçün hər yola atıblar.
Platon insanları okeandan uzaq saxlamağa çalışırdı
Əgər yunanlar Aralıq dənizinin sərhədlərindən kənarda nə olduğunu bilsəydilər, digər insanların da bunu bilməsini istəyərdilərmi? Mümkündür ki, yox. Bəlkə də bu səbəbdən Platon yazırdı ki, Atlantik okeanını üzüb keçmək mümkün deyil.
Alim yazırdı: "Amma sonra güclü zəlzələ və subasma oldu. Bir günün içində kişilər yerin dibinə getdilər. Atlantida adası da dənizin dibinə gömüldü”.
Platonun fikrinə görə, bunun nəticəsində Hibraltar boğazında palçıq yarandı. Bu isə boğazı keçməyə imkan vermirdi. Alim iddia edirdi ki, okeanı keçmək mümkün deyil. Bəlkə Platon insanları okeandan uzaq saxlamağa çalışırdı? Bəlkə Atlantik okean həqiqətən çox çirkli idi və onu qayıqla keçmək mümkün deyild? Əgər qayıqlar çox kiçik idisə, piyada niyə keçmək mümkün deyildi?
Bəşəriyyət məhv olub və bir neçə dəfə də məhv olacaq
Misirli kahin Solona deyib ki, onun heç bir hekayəsi elə də qədim deyil. Çünki Solonun qədim həqiqətlərdən xəbəri yox idi. Bəşəriyyət məhv olmuşdu, yenə də məhv olacaq.
"Bəşəriyyət müxtəlif səbəblərdən məhv olacaq. Bu səbəblərdən biri su və od olacaq. Tanrılar Yeri su ilə təmizləyəndə dağlarda yaşayan çobanlar sağ qalacaq”.
Əgər kataklizmalardan sonra sağ qalan insanlar dağ sakinləridirsə, uzaq keçmişlərini bilmirlər...


Nuray Dəniz
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930