» » AYDIN`ULUSOY-un`Baxış`bucağı

AYDIN`ULUSOY-un`Baxış`bucağı

İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA


AYDIN`ULUSOY-un`Baxış`bucağı


Rusiyalı elm adamları uzunmüddətli planetlərarası uçuşlar edən kosmonavtların “qış yuxusu”na getməsini təmin edəcək dərman vasitəsi üzərində işləyir.

Gələcək üçün Araşdırmalar Fondunun həyata keçirdiyi layihənin komanda başçısı professor Anatoli Kovtun araşdırma haqqında geniş məlumat verib.

Professor bildirib ki, insanı dərin yuxuya vermək metodu Günəş sisteminin ən uzaq planetlərini araşdırma texnologiyalarının inkişaf etdirilməsi üçün istifadə oluna bilər. Çünki bu texnologiyalar kosmonavtların oksigen qəbul etməsi prosesini azaltmasını tələb edir.

Araşdırmanın ali məqsədi isə insanın ayıların qış yuxusuna bənzəyən süni yuxuya verilməsi üçün xüsusi dərmanlar hazırlamaqdır.

Anatoli Kovtun aparılan sınaqlar əsnasında dərmanlar vasitəsilə müəyyən bir müddət süni qış yuxusuna göndərilən heyvanların bədən tenperaturunun aşağı düşdüyünə, qan dövranı və ürək döyüntülərinin yavaşladığına, orqan və toxumaların oksigen qəbul etməsinin önəmli ölçüdə azaldığına diqqət çəkib.

Professor bildirib ki, dərmanın təsiri keçdikdən sonra heyvanlar 10-24 saat içində təbii qaydada normal həyatlarına geri qayıdır. Təsir müddəti dərmanın tərkibi və miqdarına görə dəyişə bilir.

Aydın`Ulusoy
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031