» » NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən

NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən

Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb dollar aparırlar


NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən


Son bir neçə aydırtürkmənlərinBakıya axını başlayıb. Aşqabaddan gəmi ilə Bakıya gələn türkmənlər daha çox dəniz limanı ərazisində və onun ətrafında alver edirlər. Bakıya qızıl və pal-paltar, trikotaj malları gətirərək satır, əldə etdikləri pulu dollara çevirərək vətənlərinə dönürlər.
Türkmənlərin bu alveri onların ölkəsində hökm sürən sosial-iqtisadi vəziyyətlə bağlıdır.İqtisadi böhran Türkmənistanda dollar satışının faktikiləğv olunmasına gətirib çıxardığındantürkmənlər Bakıda aldıqları dolları ölkələrində qara bazarda rəsmi məzənnədən 5 dəfə baha dəyişirlər.
Türkmənləri Bakıya axın etməyə vadar edənsəbəbləri, onların dolanışıqlarını, Bakıda əldə etdikləri qazancları araşdırmaq üçünBakı Dəniz Vağzalının ərazisində soyu soyumuzdan, kökü kökümüzdən olanların bir qrupu ilə söhbətləşməyə imkan tapdıq.
Əslində Bakı Dəniz Vağzalında seyrəklikdir.GəmilərƏlət limanına yan aldığından vağzal əvvəlki funksiyasını çoxdan itirib. Hərçənd Türkmənistan gəmisi ara-sıra bu limana yan alır. Vağzal binasının son vaxtlar otelə çevrilmiş hissəsində də əsasəntürkmənlər qalır. Elə ona görə də taksi sürücüləriburanı öz aralarında "türkmən otel” adlandırırlar.
Foyedə oteldə gecələmək istəyən bir neçə türkmənlə qarşılaşırıq. Amma mətbuata danışmaq istəmədiklərini deyərək söhbət etməkdən imtina edirlər. Ölkələrindəki sərt, qapalı rejim onları xaricdə də ehtiyatlı olmağa məcbur edib: "Bilirsiniz, biz müsahibə verə bilmərik. Siz bizə çətinlik yaradarsınız. Yaxşı olar ki, liman ərazisinə, gəminin dayandığı yerə gedin, orada daha çox türkmən var, onlarla danışın”, - deyə nisbətən yaşlı türkmən yarı türk, yarı rus dilində izah edir.
Jurnalistləri görəndə əşyalarını yığışdırıb qaçırlar...
Ağ Şəhər Bulvarından limana yan almış gəmiyə tərəfgedən yolda milli geyimli türkmən qadınları dəstə-dəstə qarşımıza çıxır. Əslində çox mehriban və söhbətcil olan türkmənlərlə də jurnalist kimi danışmaq cəhdimiz baş tutmur. Onlar nəinki şəkillərini çəkməyə, heç adlarını soruşmağa da imkan vermirlər. Təxminən 5 dəqiqə ərzində artıq liman ərazisində bütün türkmənlər jurnalistlərin gəlişindən xəbər tutmuşdular. Haqqin.az və virtualaz.org saytlarının əməkdaşlarını aralıdan görən kimi mallarını tələsik yığıb uzaqlaşırdılar. Qaçmayıb yerlərindəqalanlarisə yaşmaqlanır və üzlərini çevirirdilər ki, fotolarını çəkə bilməyək.
Amma aralarında nisbətən cəsarətliləri də tapıldı, bilet tapa bilmədiklərindən şikayətləndi."Sizin gəmilərə bilet ala bilmirik. Çünki gəminin vaxtını heç kim bilmir. Gəlirik, günlərlə gözləyirik, deyirlər nə vaxt gəmi yüklə dolacaq onda yola çıxacaq. Amma insanlarınız da, şəhəriniz də, çox gözəldir. Bakı Aşqabaddan daha gözəldir...”, -Sinaqul adlı həmsöhbətimiz bildirir.
O, Bakıya geyim, parça gətirib satan onlarla türkməndən biridir. Əslən Nevitdağdan olan qadın deyir ki, onlar Bakıya qrup şəklində Türkmənistana məxsus "Bəxtiyar” gəmisi ilə gəlirlər. Amma həmin gəmidə gediş haqqı bahadır – 60 dollardır. Sərfəli olsun deyə, qayıdarkən Azərbaycan gəmilərindən biri ilə yola düşürlər, çünki bu gəmilərə bilet cəmi 10 dollaradır.
Məlum olur ki, Türkmənistanın tekstil fabrikinin istehsalı olan geyimlər, alt paltarları və dəsmallar Bakıda yaxşı satılır. Müsahibim qarşısına tökdüyü malları eşələyərək altdan çıxardığı pambıq köynəyi göstərir: "Bax bunun qiyməti 3 manatdır. Təmiz pambıqdır, camaat ən çox bunu alır. Sizdə mağazalarda 10-15 manata aldığınız hamam dəsmallarını biz burada 5 manata satırıq. Əlbəttə, bizə burada alver eləmək sərf eləyir”.
"İnternetdə şəkli çıxsa, Türkmənistanda həbs oluna bilər”
Türkmənistandan Bakıya turist kimi gələn Məhəmməd isə Marı vilayətindəndir. Ana nənəsi əslən azərbaycanlı olan həmsöhbətimiz deyir ki, bura qohumlarını görmək üçün turist kimi gəlib. Həmsöhbətimiz türkmənlərin mətbuatdan qaçmaqlarını ölkəsində olan ağır şərtlərlə əlaqələndirir. Onun sözlərinə görə, Türkmənistanda əhali fikrini sərbəst ifadə edə bilmir. Burada dedikləri hər sözə görə Türkmənistanda cavab verməlidirlər. Əks halda onları ölkədən xaricə çıxa bilməmək kimi cəza gözləyir.
"Sizə buradakı türkmənlərdən heç kim heç nə deməyəcək. Bizdə belə şeylər yoxdur, hamı danışmağa qorxur. Əgər kimsə nəsə desə, gələn dəfə onu bura buraxmazlar. Pasportuna möhür vurular və 5 il ölkədən çıxması mümkün olmur. Hətta internetdə şəkli çıxarsa, həbs edə bilərlər. Bizdə indi vəziyyət çox çətindir, ölkə iqtisadi böhran içərisindədir. Adətən xaricə gedəndə hamıya dollar lazım olur, amma bizdə banka getsəniz, bank bağlanıb və dolları heç kimə vermirlər. Dollar almaq istəyirsənsə, qara bazara gedirsən. 5 qat baha qiymətə alırsan. Məsələn, buradan 100 dollar alırsan, onu aparıb Türkmənistanda 500 dollar edirsən”.
Məhəmməd deyir ki, Bakıya gələn türkmənlərin əsas məqsədi alver deyil, dollar almaqdır. Yüz dollar türkmən manatı ilə 350 manatdır. Ona görə hətta əksər tacirlər gətirdikləri malları elə öz ölkələrindən aldıqları qiymətə də satırlar. Qızıl satdıqlarını isə heç kim etiraf etmək istəmir.
"Biz çox yaxşı yaşayırıq...”
Müsahibimiz deyir ki, bir müddət dolanmaq üçün Bakıdan onlara təxminən 1000 dollar almaq da kifayət edir. Təxminən bir aya yaxın Bakıda qalan türkmənlərin çoxu isə otel deyil, kirayə evləri seçirlər. Onların əksəriyyəti Xətai rayonunda, adam başına 5 manat verərək otaq kirayələyirlər. Çoxu yeməklərini də özü ilə gətirir.
Adını söyləmək istəməyən digər bir türkmən isə ölkəsinin iqtisadi vəziyyəti haqqında deyilənləri iftira adlandırır: "Türkmənistanda hər şey var, dolanışığımız yaxşıdır. İnternetdən istifadə edə bilirik, elə bileti də online alırıq. Bizdə heç nə baha deyil, hətta kommunal xidmətlərə görə haqq ödəmirik, onlar bizdə pulsuzdur. Baxmayın ki, burada alver edirik, biz çox yaxşı yaşayırıq... ”
Elə bu vaxt kimsə gəminin bir saata yola düşəcəyi xəbərini gətirir. Türkmən tacirlər tələsik əşyalarını yığışdırmağa başlayırlar. Onlara əlavə problem yaratmamaq üçün biz dəvağzaldan uzaqlaşırıq...
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930