» » AYDIN`ULUSOY-un`Baxış`bucağı

AYDIN`ULUSOY-un`Baxış`bucağı

Azərbaycan adları ruslaşdırılır...


AYDIN`ULUSOY-un`Baxış`bucağı


Son vaxtlar ölkəmizdə milli adların ruslaşdırılması tendensiyası müşahidə olunur.

Bəzi valideynlər Azərbaycan adlarını və ya dilimizə doğmalaşmış adları təhrif edərək və ya bəzi hərfləri dəyişərək övladlarına rus adları qoyurlar. Bu zaman Nanə adı Nana-ya, Lalə adı Lala-ya, Samirə adı Samira-ya, Fatimə Fatyaya çevrilir.

Sosioloq Rəşad Əsgərov deyir ki, bu hal valideynin hansı ölkənin təsiri altında olduğunu göstərir.

Statistika göstərir ki, milli adların ruslaşdırılmasına tez-tez rast gəlinir. Məsələn, son 5 ildə Azərbaycanda Mədinə adı 89 nəfərə Madina, Səfurə adı 72 nəfərə Safura, Aliyə adı 63 nəfərə Aliya, Fatimə adı 48 nəfərə Fatima, Səbinə adı 37 nəfərə Sabina, Səidə adı 27 nəfərə Saida, Samirə adı 23 nəfərə Samira, Gülnarə adı 10 nəfərə Gülnara, Xədicə adı 6 nəfərə Xadica kimi qoyulub. Bundan başqa, bəzi adlar da uşaqlara qısaldılmış formada verilib. Belə ki, 15 nəfərə Elya, 5 nəfərə Ema, 1 nəfərə isə Ayka adı qoyulub.

Sosioloqların fikrincə, bu hal sonradan həmin adları daşıyan insanların sosial-psixoloji problemlərlə qarşılaşmalarına gətirib çıxara bilər.

Dilçi alimlər də uşaqlara ad qoyarkən Azərbaycan dilinin qrammatik tələblərinin qorunmasının vacibliyini vurğulayırlar.

Rəyini soruşduğumuz əksər paytaxt sakinləri də milli adların yadlaşdırılaraq uşaqlara verilməsini düzgün hesab etmədiklərini deyiblər.

Aydın`Ulusoy
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930