dini radikalizm və ekstremizmlə mübarizə

NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən

Yuxuları qaçıran `Sui-qəsd nəzəriyyəsi` və ya suya niyə flüor qatılır



NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən


1900-cü illərin əvvəlində ABŞ-ın Kolorado ştatında işləyən diş həkimi uşaq xəstələrin dişlərində qəribəlik hiss etdi. Uşaqların dişlərində daha sonradan "Kolorado ləkəsi" adı verilən ləkələr əmələ gəlmişdi. Ancaq bu barədə aparılan araşdırmalar daha da maraqlı vəziyyət yaratdı. Çünki bu ləkələr dişlərdə nə qədər çoxalsa, dişlər də o dərəcə daha az çürüyürdü. Aparılan araşdırmalardan sonra məlum oldu ki, dişdəki ləkələrin səbəbi o bölgədəki dağın qayalarındakı təbii kimyəvi maddələrdir. Yaz aylarında, qarlar əridikdə dağlardan gələn su daşlardakı həmin kimyəvi maddəni qəsəbəyə gətirir və bunu içən uşaqların dişlərində ləkələr əmələ gəlirdi. Suyu araşdıran mütəxəssislər onda cüzi miqdarda flüor olduğunu ortaya çıxardılar.

İllər keçdikcə Amerika hökuməti bu məsələ ilə əlaqədar araşdırma apardı və dişlərin çürüməsinə mane olacaq miqdarda suya flüor qatılması fikri ortaya çıxdı.

Həmin dövrdə faşist Almaniyası da flüorun başqa tərəfini ölüm düşərgələrində sınaqdan çıxarmışdı. İçməli suya atılan yüksək miqdarda flüor məhkumları öldürür, həmçinin onları sakitləşdirirdi.

Eyni şəkildə SSRİ-də də içməli suya yüksək miqdarda flüor qatılıb və xalq illərlə yüksək miqdarda flüor qəbul edib.

FLÜOR NİYƏ ZƏRƏRLİDİR?

Bəs bütün diş pastalarında istifadə olunan flüor maddəsi haqqında nə üçün təhlükəli iddialar var? Floridin təhlükəli kimyəvi maddə olduğu həqiqətdir. Yüksək dozada qəbul edilərsə, ölümcül təsirlərə səbəb olur. Bununla yanaşı mütəxəssislər floridin orqanizmdə toplandığı və beyinə zərər verdiyini sübut ediblər. Xüsusilə hazır və qazlı içkilər olmaqla bir çox hazır yemək və körpə qidalarında da istifadə olunan flüor maddəsi üzərində aparılan araşdırmalarda, flüorun sümük əriməsindən başlayaraq, qalxanabənzər xəstəliklərə, hormonal pozuntulardan, revmatizmə və erkən yetkinliyə qədər bir çox əhəmiyyətli xəstəliyə səbəb olduğu ortaya çıxarılıb. Bundan əlavə, suyun tərkibində flüorun normadan çox olan ərazilərdə məhsuldarlığın aşağı düşdüyü ortaya çıxıb.

BƏS NİYƏ BU QƏDƏR ZƏHƏRLİ MADDƏ HƏR YERDƏ İSTİFADƏ EDİLİR?

"Bəs niyə hökumətlər və dövlətlər xalqlarını bilərəkdən zəhərləyir" sualı ortaya çıxdıqda isə çox maraqlı iddialar səslənməyə başlayır. Suya flüor qatılması haqqında ən güclü iddia isə az miqdarda və tez-tez qəbul edilən flüor maddəsinin insan beynindəki müəyyən bir bölgəni tədricən keyləşdirərək mübarizə gücünü zəiflətdiyi və boyun əyməsinə səbəb olmasıdır. Yəni insanlar sakitləşir, flüor sayəsində fərdlərin nüfuzuna rahatlıqla boyun əyir. İnsanların zəiflədilməsi və zəhərlənməsi ilə yanaşı nəzəriyyəçilərin üstündə dayandığı əsas məsələ məhz budur. Mütəxəssislər bildirirlər ki, insanların daim darıxdırıcı, depressiv və mübarizə ruhunu itirmiş şəkildə olmalarına səbəb suya atılan flüor, istifadə edilən diş məcunu kimi əsas "silah"dır.

Flüor maddəsi sakitləşdirici kimi də anti-depressantların tərkibində 20 faiz miqdarında istifadə edilir.

Bu gün Amerika xalqının təxminən 70 faizi flüorlu su içir, nəticə isə göz qabağındadır. İllərdir "terrorizmlə mübarizə" adı altında ABŞ-dan min kilometrlərlə uzaqda işğal siyasətinin aparılması, minlərlə əsgərin itirilməsi, dövlət büdcəsindən müharibələrə milyardlarla dolların ayrılması, güclü iqtisadiyytdan danışılmasına baxmayaraq, ölkənin xarici dövlət borcunun 20 trilyona çatması və bütün bunlara cəmiyyətin susqun yanaşması.

Nuray Dəniz

Oxunub: 1 027
Oxşar xəbərlər
SON XƏBƏRLƏR