dini radikalizm və ekstremizmlə mübarizə

Modelyer Saida Məmmədova: “Mən harada varamsa, orada yenilik var”

Modelyer Saida Məmmədova: “Mən harada varamsa, orada yenilik var”


Saida xanım, necə oldu ki, modelyer oldunuz?
– Mən uşaqlıqda özümə qapanıb ancaq şəkil çəkirdim. Deyirdim ki, rəssam olacağam. Amma zaman keçdi, öz fantaziyalarımı daha da genişləndirdim. Bunun nəticəsi olaraq, 14 yaşımda ilk dəfə paltar tikdim. İlk əl işimdən sonra anıadım ki, mən məhz rəssam-modelyer olmalıyam.

– Oldunuz… Artıq neçə ildir ki, bu sahədəsiniz?
– İyirmi ildir ki, bu işlə məşğulam.

Modelyer Saida Məmmədova: “Mən harada varamsa, orada yenilik var”


– İlk paltarınızı tikdikdən sonra hansısa modelyerdən dərs aldınızmı?
– Mən rəssam-modelyer fakültəsini bitirmişəm. Amma qeyd etməliyəm ki, sənətin bütün sirlərini mənə rəhmətlik əmim Heybət Camalov öyrədib. O, dünyaca məşhur modelyer olub.

– Sizcə, bir modelyerdə olması vacib olan nədir?
– Modelyerin ilk növbədə fantaziyasi güclü olmalıdır.

– İşlə bağlı xarici ölkələrdən təkliflər almısınızmı?
– Bəli, çox təklifər almışam. Hələ oxuduğum vaxtlarda məni oxuyub-işləmək üçün İtaliyaya göndərirdilər. İmtina etdim. Kaş gedərdim. Hərdən fikirləşirəm ki, mənim yerim Azərbaycan deyil. İndinin özündə də bir çox ölkələrdən mənə təkliflər gəlir, amma hələ heç yerə getmək barədə düşünmürəm.

Modelyer Saida Məmmədova: “Mən harada varamsa, orada yenilik var”


– Avropada çalışan modelyerlərlə bizim modelyerlər arasındakı fərqi nədə görürsünüz?
– Avropa modelyerləri deyəndə mənim ağlıma rəgarənglik gəlir. Təəssüflər olsun ki, bizimkilərin adını çəkəndə gözümün önündə ağ-qara canlanır. Mənim üçün həyat daha rəngarəngdi. Bu baxımdan, ərsəyə gətirdiyim paltarları da bacatdığım qədər rəgarəng hazırlayıram.

– Rəqabətdə olduğunuz bir modelyer varmı?
– Mən demirəm ki, kimdənsə güclüyəm, ya da zəifəm. Bircə onu deyə bilərəm ki, dünyaca məşhur modelyer olan əmim bu sənətim bütün sirlərini nəslimizdə yalnız mənə verib.

– Məşhur insanlarda da sizə müraciət edənlər var. İndiyə qədər işinizdən narazı qalanlar olubmu?
– Xeyr, indiyə qədər belə bir hadisə ilə qarşılaşmamışam.

– Bildiyimə görə, ölkəmizdə keçirilən tədbirlər üçün milli geyimlərin əksəriyyətini siz hazırlayırsınız. Çətin olmur sizim üçün?
– Heç bir çətinliyi yoxdur. Əksinə, mən öz işimdən zövq alıram. Onu da deyim ki, milli geyimlərlə yanaşı dünya xalqlarının geyimlərini də tikməyi bacarıram. Təlabata görə deyə bilərəm ki, Azərbaycanda bunu edə biıəcək yeganə modelyer mənəm bəlkə də.


Modelyer Saida Məmmədova: “Mən harada varamsa, orada yenilik var”



– Öz geyimlərinizi də özünüz hazırlayırsınız?
– Bəli.

– Ola bilərmi gələcəkdə öz hazırladığınız paltarlardan ibarət bir geyim mağazası açasınız?
– Əlbəttə, var. Yaxın zamanlarda bu fikri həyata keçirtməyi planlaşdırıram.

– Xarici ölkərədən sizə sifarişlər gəlirmi?
– Gəlir, dünyanın bir çox ölkləsinin səfirliklərindən dəfələrlə sifarişlər götürmüşəm və götürməkdə davam edirəm.

– İdarəçilik sizin üçün çətin deyilmi?
– Heç bir çətinliyi yoxdur. Çünki mən oxuduğum illərdə artıq birinci kursdan öz atelyemi açmışdım.

– Məndə olan məlumata görə, bu yaxınlarda yeni bir atelye açmaq fikriniz var. Doğrudurmu?
– Doğrudur, təlabat çox olduğuna görə, atelyemizi böyütmək qərarına gəlmişik.

Modelyer Saida Məmmədova: “Mən harada varamsa, orada yenilik var”




– Başqa nə yeniliklər gözlənilir?
– Yeniliklər çox olacaq. Mən harada varamsa, orada yenilik var (gülür). Amma qoy, hələ sürpriz olaraq qalsın.

– Azərbaycanda modelyerlik sahəsində çatışmayan cəhətlər hansılardır?
— Bizdə bir problem var. Modelyerlərimiz deyirlər ki, bu il filan rəng, filan paltar dəbdə olacaq. Mən bunu qəbul etmirəm. Mənim üçün belə bir anlayış yoxdur. Dəb, yaraşanı geyinməkdir. Şəxsən mən özüm bütün rəngləri sevirəm və hamısından istifadə edirəm.

– Sonda, bir modelyer olaraq xanımlarımıza nə məsləhət görürsünüz?
– Özlərinə yaxşı fikir versinlər və evdən çıxanda ən azı bir dəfə çevrilib güzgüyə baxsınlar.

Cavidan Abdullayev

Oxunub: 1 599
Oxşar xəbərlər
SON XƏBƏRLƏR