dini radikalizm və ekstremizmlə mübarizə

NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən

Bu günün oğrusu, sabahın…..???


NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən


Başqa uşaqlar ana qayğısı ilə nəvasiş görəndə, anası onu “get pul qazan gətir” deyə çölə atdı…

Başqa uşaqlar dəcəllik edəndə, o, dilənib, qazanmağa çalışdı…

Başqa uşaqlar yediyi yeməyi bəyənməyib, kapriz göstərəndə, o, bir qab yeməyə həsrət, ac qaldı…

Başqa uşaqlar oyuncaqları ilə oynayanda, o, dilənərək topladığı qəpikləri saymağı öyrəndi…

Başqa uşaqlar dostları ilə əylənəndə, o, qəpiklərini digər dilənçi uşaqlardan qorumaq üçün dalaşdı…

Başqa uşaqlar valideynləri ilə geyim davası gedəndə, bu köynəyi bəyənmirəm, yenisini al deyib, şıltaqlıq edəndə, o, çırıq paltarda, qışın soyuğunda, nazik geyimində üşüdü…

Başqa uşaqlar valideyin sığalı ilə əzizlənəndə, o, “niyə az pul gətirmisən” -deyə təpikləndi…

Başqa uşaqlar isti yataqlarında dincələndə, o, soyuq daşın üstündə diləndi…

Başqa uşaqlar atalarından dondurma pulu alanda, o, turistin 200 manatını oğurladığı üçün yerlərdə sürüdüldü…

Başqa uşaqlar kimi o da, dünya gəlməyi özü istəmədi, valideynlərini özü seçmədi, amma valideynləri ona bu həyatı məsləhət bilib, diləndirməyi, oğurluğa əl uzadacaq qədər tamahkar böyütməyi üstün tutdu…

İllər keçəcək, yerdə sürüdülərkən fotosu çəkilmiş və yayımlanmış oğlan böyüyəcək, əsgər olacaq və vətənə borcunu verəcək amma biz insanlar, cəmiyyətimiz “Ona olan insanlıq borcumuzu ödəyə biləcəyikmi?”

Nuray Dəniz

Oxunub: 954
Oxşar xəbərlər
SON XƏBƏRLƏR