» » NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən

NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən

İnsanlar fərqində olmadan minlərlə böcək yeyir - ŞOK AÇIQLAMA


NURAY DƏNİZ- in Maraq Otağı silsiləsindən


İngilis tədqiqatçısı Emi Batler Qrinfield "Mükəmməl qırmızı” adlı kitabında qida texnologiyasının inkişafı fonunda insanların fərqində olmadan minlərlə böcək yediyini yazıb.

Xezerxeber.az BBC-yə istinadla xəbər verir ki, vətəni Cənubi Amerika olan böcəklər qida boyalarında istifadə olunur və bu məqsədlə çoxaldılır. Karmin böcəyi adlanan bu həşəratın izləri meyvəli yoqurtdan dondurmaya, rəngli içkilərdən keks kremlərinədək bir çox qida məhsullarında mövcuddur. Xüsusilə Peruda sənaye üsulu ilə artırılan böcəyin əzilməsindən əmələ gələn qırmızı boya qadınların istifadə etdikləri pomadalara da qatılır.

Tədqiqatçı müəyyən edib ki, Karmin boyasının əsas üstünlüyü onun dayanıqlı olmasıdır. İnsan sağlamlığı üçün heç bir təhlükə yaratmayan bu boya istiyə davamlıdır və rəngi solmur. Digər tərəfdən, mütəxəssislər böcəkdən əldə edilən qırmızı rəngin kimyəvi maddələrdən daha az zərərli olması qənaətindədirlər.

Emi Batler Qrinfieldin kitabında yazılır ki, qırmızı rəngli qida məhsullarının əlavələrinə diqqət etdiyiniz zaman "Karmin” sözünə rast gəlmək olar. Bəzi hallarda bu sözün əvəzinə Avropa İttifaqının kodu olan "E120” yazılır. Bir çox insanların bu boyaya allergiyası olsa da, ekoloji cəhətdən təmiz qatqı maddəsidir.

Hazırda dünyada Karmin böcəklərinin tədarükünün 95 faizi Peruya məxsusdur. Bu ölkədəki Karmin fermalarında 33 minə yaxın insan işləyir. Ötən il Peru 647 ton Karmin qida boyası ixrac edib və 46,4 milyon dollar gəlir əldə edib. Beş millimetr ölçüsündə olan bu böcəyi kaktus yarpaqlarından toplayırlar.

Nuray Dəniz
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930