dini radikalizm və ekstremizmlə mübarizə

Nəğmələrdə,misralarda ucalan ömür payı

Nəğmələrdə,misralarda ucalan ömür payı
İnsanlar da çiçəklər kimi rəngarəng olurmuş.Elə arzular da.Bu sözləri haqqında sohbət açacagım,elə bir insan haqda deyirəm ki,illər öncəsi efirdən,mətbuatdan,xəbərlərdən tanıdığım bu dəyərli Azərbaycan övladı ilə bir gün rastlaşacağımı heç ağlıma gətirə bilməzdim. Dostluğumda olsa da bir kəlmə nə mən,nə də o insan mənə salam da yazmamisdiq,O, da mənimçün adı dostluqda yer tutub səsi çıxmayan dostlardan biri idi.Amma şəxsiyyətinə bələd olmasam da bu insan mənim nəzərimdə saf bir sima kimi qəlbimdə özünə böyük bir yer tutmuşdu.Azərbaycan Radiosunda dəyərli dostum,qardaşım övlad qədər əziz olan Ötərxan Eltac müəllimin "Yurda Sarı" verilişində kəndimizin toponimləri barədə mənim musahibəmi dinləyən,veriliş qurtaran kimi mənə verilişdən aldığı xoş təəssüratlarını bildirib,minnətdarlığını edən,və vaxt keçir folkloru toplamaq lazımdır,yaşlı nəsil azalır deyən,və ikinci dəfə də həmin radio dalğalarında"Vətən Yaşasın" rubrikasında həmyerlimiz Şəhid Faiq Sıxəliyevə həsr olunmuş verilisi də dinləyən kimi ilk olaraq həmin insandan mesay aldım!Və həmin insan öz diqqətcilliyi ilə gözümdə daha da ucaldı.Dogrusu bir çox dostlardan təbrik mesajları alsam da hər iki verilisdən sonra mənə dərhal minnətdarlıq edən məhz həmin insan həmin bu vaxtadək adi bir seirimə bəyənmə etməyən bu insan indi verilişi bəyəndiyini yazıb təşəkkür edirdi.Nəhayet mətləb üstə gəlim əziz dostlar,saf ürəkli pak düşüncəli dostlarım qardaşlarım arasında bu diqqəti ilə özünü sevdirən şeirə,poeziyaya dəyər verən ,diqqət ayıran bu insan mənimlə görüşmək istədiyini bildirdi ki,Bakıya gələndə görüşək,mən də Bakıda olduğumu yazdım və mən O insanın dəvəti ilə YAP -in Yasamal bölməsinə getdim,məni qarşılamaq üçün qarşıma maşın göndərən bu Şəxs illərlə məsul işlərdə çalışan, metronun rəisi isləyən,indiki zamanda YAP kimi mötəbər bir işdə sədr vəzifəsində xidməti işdə olan bu dəyərli insan Tağı Əhmədov idi.İnanin gözümdə özünü öz insanlığı ilə ucaldan bu geniş qəlbli insanı o gün qiymətli bir xəzinə olduğunu kəşf etdim.Mən daim məsul vəzifələrdə çalışan bu insanın şeirə,poeziyaya belə yaxın olmasını bilmirdim ki,demə Tağı Əhmədov kimi tanıdığım bu gözəl insan şagird illərindən şeirlər yazan Tağı Sadiq titulu ilə möhürlənmiş şair yazar neçə-neçə nəğmələrin müəllifi imiş. Mən bilməzdim ki,tanınmış el sənətkarlarının ifasında Elnarə Abdullayeva,Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva,Simarə İmanova,Təyyar,Nəzakət Teymurova,Zabit Nəbizadə,Aygün Bayramova,Gülyanaq xanımın və onlarla sayılıb seçilən müğənni və xanəndələrin ifasında səslənən mahnıların sozlərini yazan qocaman bir çinara bənzəyən bu insanin sinəsində bu qədər şeirlə nəfəs alan bir şair olduğunu hardan biləydim.
Bax burda ümummilli liderimiz mərhum Heydər Əliyevin bir sitatı gəlbimdə səslənir.Mən fəxr edirəm ki,Azərbaycanliyam!Bəli mən də fəxr edirəm ki,bu Vətənin qızıyam.Hər dasinin altinda bir tarix yatan, minlərlə şair,alım sərkərdələr yetiren Azərbaycanda doğuldum.Mən də həmin YAP ın üzvü olduğum üçün özümü xoşbəxt sayıram.Bir xeyli öz şeirlərindən oxuyub ,mənim yaradıcılığıma da böyük dəyər verən Məsul vəzifə sahibi kimi tanıdığım,köksündə şeirlər,nəğmələr yaşadan bu insanın qəlbinin necə də şeirə,ədəbiyyata bağlılığını gorub,yeni yeni şeirlər,yaradıcılıq və tutduğu bu böyük məsul vəzifədə,şəxsi həyatinda ugurlar diləyib çox gözəl təəssüratla ayrıldım,ayrılarkən doğma bacı-qardaş kimi,bu görüşü əbədiləşdirmək üçün xatirə fotoqrafi çəkdirdik,məsul vəzifə daşıyan bir insandan sinəsi sözlə dolu bir şairdən,gözəl ürəkli doğma bir qardaşdan ayrılan kimi ayrıldım,Uğurlu yollarla Azərbaycan oğlu,Qoy Məmməd Araz diyarı Ulu Naxçıvanın səninlə,adınla fəxr etsin!Sənin kimi oğullar yetirən yurduma,diyarima alqış!


Solmaz Şirvanlı
Azərbaycan Aşıqlar Birliyinin,"İraq-Türkmən" Yazarlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin,"İti Qələm"Respublika Ədəbi Birliyinin,"Beytus-Səfa"Dağ Çiçəkləri"Ədəbi Birliyinin üzvü, Şair.

Oxunub: 1 038
Oxşar xəbərlər
SON XƏBƏRLƏR