dini radikalizm və ekstremizmlə mübarizə

Səadət Butanın poeziya dünyası

Səadət Butanın poeziya dünyası

Anam
Gözümə bir çimir yuxu gedəndə,
Ayağının ucunda gəzərdi anam.
Qəlbimdən keçəni mən deməsəm də,
Baxıb gozlərimdən sezərdi anam.

Bala bələnmişdi dili-dodağı,
Oxşar, əzizlərdi gələn qonağı.
Süfrəyə düzərdi balı, qaymağı,
Sallanıb xanımtək gəzərdi anam.

Gah xalça toxudu, gah tikmə tikdi,
Yazda yer bellədi,yay bostan əkdi.
Nə vəsmə tanıdı,nə sürmə çəkdi,
Göyçək gözlərinnən gözəldi anam.

Ağlasa ağısı daş yandırardı,
Laylası dünyanı dolandırardı.
Atamı könlünə sultan sanardı,
Eşqiynən ömrünü bəzərdi anam.

Verməzdi ovlaya o səyyad məni,
Qıymazdı apara o ayat məni.
Bilsə yandıracaq bu həyat məni,
Butanın bəxtini pozardı anam,
Butalı bəxtini yazardı anam.


Ayrılıq

Əl götur yaxamdan, aman ayrılıq,
Nə verdin qəlbimə yaradan ayrı.
Könlümün xalısı əlvan toxudum,
Sən boya bilmədin qaradan ayrı.

Bəsti yrtər yolum,yoldaşımsanmı?
Yaxınım, qohumum, sirdaşımsanmı?
Yoxsa dədəm oğlu qardaşımsanmı?
Biz ki, doğulmuşuq anadan ayrı.

Alnıma yazılan qismət, qədərsən,
Qorxuram qəbirə mənnən gedərsən.
Göyərib ruhumla birgə bitərsən,
Qoy Buta yaratsın yaradan ayrı.


İstəyim
Yetər Qarabağın kədəri, yetər!
Xocalı betərdən betəri, yetər!
Hər dərddi-bəlası bizəmi qaldı?
Tanrının qisməti, qədəri yetər.

Bir istək yaradın özünüzdən cavan,
Bir sevgi yaradın dünyadan qoca.
Bir birlik yaradın Allah eşqinə,
Əl catıb un yetməz göylərdən uca.

Birləşin, amandı, elə birləşin,
Fələklər baş açıb bilə bilməsin.
Dünyanı riyazı hesablayanlar,
Bizi toplasa da bölə bilməsin.

Oxunub: 933
Oxşar xəbərlər
SON XƏBƏRLƏR