dini radikalizm və ekstremizmlə mübarizə

MƏN AŞİQ OLMUŞAM!

MƏN AŞİQ OLMUŞAM!
Çox kövrəyəm bu gün, səbəbini sormayın, nə deyə bilirəm nə də danışa bilirəm ancaq yazaraq söylərəm.
Mən aşiq olmuşam!
Sevginin müqəddəsliyini mənə anladana. Sevginin təmənnasızlığın və qarşılıqsızlığın mənə dərk etdirənə. Dar günümdə yanımda olana, heç kimin mənimlə mehriban olmadığı kimi mehriban olanıma.
Mən aşiq olmuşam!
Saxta təbəssümümü gülüşə çevirənimə. Dərdimə təbib, ağrılarıma loğman olanıma. Ruzusuz evimə ruzi olanıma.
Ədalətli olmağı mənə öyrədənimə, Mərdliydən dərs keçənimə.
Mən aşiq olmuşam!
Dərdlərə sinə gərməyin incəliklərini dərk etdirənimə. Yuxusuz gecələrimdə mənə lay-lay çalanıma. Başımı sinəsinə qoyaraq oxşayanıma, mənə həyatın gözəlliklərin sevdirənimə.
Mən aşiq olmuşam!
Kayinatın yaradıcısına aşiq olmuşam.

Almaz İlahə

Oxunub: 1 254
Oxşar xəbərlər
SON XƏBƏRLƏR