» » Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT

Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT

Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT



Ani ölümdən qorunmaq mümkündürmü?
Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı sürətlə artır. Mütəxəssislər bildirir ki, son 20 ilə qədər ürək- damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Gənc və orta yaşlı nəsil arasında son dövrlər müşahidə olunan ölüm faktoru daha çox infarktla bağlıdır.
Bəs infarkt nədir?

İnfarkt qan dövranının pozulması nəticəsində toxumalarda yaranan nekrozdur. Etioloji cəhətdən infarktı işemiyanın nəticəsi hesab etmək olar. İnfarkt çox vaxt arteriyaların trombozu, emboliyası və uzun müddət davam edən spazmı nəticəsində əmələ gəlir. Bundan əlavə funksional gərginlik dövründə orqanlara gələn qanın müvafiq surətdə artmaması da infarkta səbəb ola bilir. Arteriya divarının zədələnməsi, qan dövranının zəif inkişafı, hüceyrədaxili mübadilənin zəifləməsi infarktın yaranmasına səbəb olur və onun gedişini zəiflədir.
İnfarktın əlamətləri nədir?

İnfarkt keçirməzdən əvvəl onun bəzi əlamətlərini müşahidə etmək mümkündür. Həkimlər bu əlamətlərdən birini müşahidə edən kimi dərhal mütəxəssisə müraciət etməyi məsləhət görürlər.
İnfarktın ilk əlaməti döş qəfəsində olan ağrılardır. Ancaq hər ağrı infarkt deyil. Bu ağrılar adətən daha öncə müşahidə edilməmiş, şiddətli ağrılar olur. Bəzən bu ağrılar qarının üst qismində də başlaya bilər. Qadınlarda isə infarktı göstərən əlamətlərdən biri süd vəzisində olan yanğılar ola bilər.
Xəstəliyin digər əlamətləri isə aşağıdakılardır:
Baş hərlənməsi – səbəb ürək döyüntülərinin pozulmasıdır.
Gücsüzlük – xüsusilə qadınlar ən yüngül şeyləri belə qaldırmaqda çətinlik çəkirlər.
Nəfəs darlığı - asma və ya ağciyərində problem olan adamlar kimi nəfəs alıb-vermək infarktın ilk göstəricilərindəndir. Mütəxəssislər bəzən infarktın döş qəfəsində ağrı ilə deyil, məhz nəfəsdə yaranan problemlərlə başlaya biləcəyini deyirlər. vanlaşır.
Öksürək - uzun müddət davam edən öskürək infarkt göstəricisi ola bilər. Buna səbəb ciyərlərdə qan dövranının pisləşməsidir.
Ağrılar - bir çox insanlarda infarkt zamanı ağrılar çiyin, qollar, çənə və ya başqa bölgələrdə olur. Kişilərdə daha çox sol qulaqda, qadınlarda isə qollar və çiyində ağrı müşahidə edilə bilər.
Yorğunluq - bu əlamətdən daim şübhələnmək lazımdır. Xüsusilə ilə vərdiş etmədiyiniz və daima sizi narahat edən yorğunluğunuz varsa, həkimə müraciət edin.
Tərləmə - soyuq tər şübhələnməli olduğunuz bir haldır. Oturduğunuz yerdə heç bir səbəb olmadan tərləyirsinizsə, bu infarkt göstəricisi ola bilər.
Ürək bulantısı və iştahsızlıq – infarktdan öncə ürək bulantısı və ya qusma tez-tez müşahidə edilən haldır.
Ürək döyüntüsü – tez-tez və nizamsız ürək döyüntünüz varsa. həkimə müraciət etməkdə tələsin.

Aydın Ulusoy
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930