» » Əlizamin Arifoğlunun söz dünyası...

Əlizamin Arifoğlunun söz dünyası...

Əlizamin Arifoğlunun söz dünyası...
İnsan bəzən ümidləri ilə yaşar, bəzən yaşamaq üçün ümidlənər. Bəzən elə an olar ki, özünlə danışmaqdan belə çəkinər insan. Fikir səni aparar, uzaqlaşdırar özündən. Duyğuların dilə gələr və duyğu dili insanın dilini susdurar, danışdırar keçmişi. Bir anlıq əllərini qələmə sarılı görərsən. Düşünmədən sıfırdan həyata başlamış kimi ağappaq vərəqin qələmin mürəkkəbi ilə bir anın içində qapqara görünər. Amma o mürəkkəblə qaralmış ağ vərəqi oxuduqca hiss edərəsən oradakı rəngarəngliyi. Həyat axar qələminin ucundan.
Bir filoloq, ədəbi hissləri olan bir insan kimi deyə bilərəm ki, bu ilahi istedad hər kəsin nəsibi olmur. Əlbəttə, o insan xoşbəxtdir ki, onun bu aləmdə dərdlərini bölməyə, sevincinə şərik olmağa bir yaxını var. Təbii ki, hər kəsin belə bir dostu ola bilməsi normal bir haldır. Biz şairlərin isə öz qələmi özündən də irəlidir. Əlizamin Arifoğlunun şeirlərini oxuduqca duyğuların göy qurşağından keçir insan. Bəzən xüsusi asilik, bəzən məhəbbət, bəzən reallıq, bəzən romantizm və hisslərin çata bildiyi ən yüksək mərtəbədən özünü bir başa dünyaya tamaşa edirmiş kimi görürsən.
Əziz dostum, öz qələmi ilə neçə-neçə oxucu kütləsinə özünü sevdirən, insanlıq keyfiyyətləri ilə hörmət sahibi olan gənc şair Əlizamin Arifoğlu gələcəyin zülmət qaranlığına işıq tutan şeirləri ilə ədəbiyyatımızın əldən verə bilməyəcəyi bir yaradıcıdır.

Arifoğlu, qəlbini qoy vərəq üstə,
Qoy ruhun sarılsın öz qələminə.
Dillərin əzbəri olsun sözlərin,
Allah uğur versin söz qələminə. ( E.Ağazadə)

Sözünün qüdrəti sınmasın, şair!

Biləsuvar Rayon Təhsil Şöbəsinin əməkdaşı Elşən Ağazadə
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930