» » VALİDEYN MƏSULİYYƏTİ

VALİDEYN MƏSULİYYƏTİ

VALİDEYN MƏSULİYYƏTİ
Atam işdən çıxarıldıqdan sonra spirtli içkilər qəbul etməyə başladı fikrindən. Hər gün içib gəlməklə evdə söz söhbət salıb anama demədiyi sözlər qalmırdı, anam isə heçnə olmamış kimi hərəkət edirdi evdə. Fikirləşirdi ki, məni qoyub heç yerə gedə bilməzdi və nə vaxtsa atamın düz yola gəldiyini bilirmiş kimi səbr edib dözürdü. Anam mənim ehtiyaclarımı ödəmək üçün qonşuların evində ev işlərini görürdü, mən isə evimizdə ev işləri ilə məşğul olurdum. Bəzən anam özü yeməyib məni yedizdirirdi ki, kasıbçılığımızı hiss etmiyim. Kəndimizin axundu nə qədər atamı düz yola çəkmək istəsə də bacarmırdı. Yaşım artdıqca atamın hərəkətlərini götürə bilmirdim, çünki məktəbdə və yaşıdlar içində həmişə sıxılırdım, hamı atasının vəzifəli həyatından danışanda mən heçnə danışa bilmirdim atam içki aludəçisi olduğundan. Günlərin birində qonşuluqda olan Elcan (ad şərtidi) sevgisini mənə bəyan etdi, nə deyəcəyimi bilməyib, qarşısında başımı aşağı sallayaraq sakit durdum. Evə gəldiyimdə qonşu oğlunun mənə etiraf etdiyi sevgisini anama deyəndə anam həm sevindi, həmdə kədərləndi. Sevindi ona görə ki, ağ gəlinlik paltarında məni qonşumuza gəlin olaraq köçürdəcək, kədərləndi ona görə ki, gəlin köçəndə cehizlik xərclərini qarşılaya bilməyəcək. İsti yay günlərinin birində qonşumuz Cahan xala (ad şərtidir) məni özlərinə gəlin etmək üçün qohumları ilə birgə bizə elçi gəlib, HƏ cavabını aldıqda sevincləri birə-beş artdı və Cahan xalagil mənə böyük nişan gətirdilər. Bir müddət nişanlı qaldıqdan sonra günlərin birində atamla-anamın normal danışığına qulaq asdım. Anam atama deyirdi artıq qızımız nişanlanıb, bu gün sabah toy edəndə cehiz verə bilməyəcəyik, el içində biyabır olacağıq, hamı deyəcək qızına cehiz verə bilmədilər. Anamın sözlərindən təsirlənən atam üz tutdu paytaxta işləmək üçün və paytaxtda olarkən Allah ailəmi elin içində utandırmamaqdan ötrü zavodda işləməyi atama nəsib etdi. Atam işləyib, aylıq əmək haqqısını aldıqca evə göndərərdi, anam da mənim cehizliyimi hissə-hissə alırdı. Artıq anam sevinirdi atamın düz yolda olmağına. Cahan xalagil toy etmək istədiklərini bizə bildirəndə anam göz yaşlarına hakim ola bilmədi, çünki bir anlıq anamın gözləri önündən özünün gəlinlik paltarında gəlin köçdüyü gün gəldi keçdi. Cahan xala anama dedi bacı narahat olma gəlnimi qızım kimi sevəcəm, ona istədiyi həyatı bəxş edəcəm, təki oğlumu xoşbəxt etsin. Aylar keçdi, toyum oldu, Cahan xalagilə gəlin gəldim. Elcanla (ad şərtidi) bir-birimizə olan sevgimizdən şirin bir oğlumuz oldu. Bir gün oğlum xəstələnərkən qorxu dolu anlar yaşayanda bildim ki, uşaqlar narahat olanda valideynlər nələr çəkirmiş.

SAMİN TAĞIYEV
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728