» » QƏLBLƏRDƏ YAŞAYANLAR ÖLMÜRLƏR

QƏLBLƏRDƏ YAŞAYANLAR ÖLMÜRLƏR

QƏLBLƏRDƏ YAŞAYANLAR ÖLMÜRLƏR
Bu gün demək olar ki, gecəni yata bilmədim, sübhün açılmasın izlədim. Səhər Aygün qızımızın cənnətə gəlin getməsinin bir həftəsi idi. Analar qızların gəlin köçürərkən qızının arxasıycan sovqat aparar, gəlin qohumların üzünə çıxarılar, məhz 7-ci gün. Mən də Aygün qızımızı görməyə gedirdim. Onu həyatda tanımadım Aygünü mənə ölümündən sonra (yox, ölüm deyil əbədi yaşayışına qovuşduğundan sonra) dayısı həmkarım Mirzə Əliyev tanıtdı, mən bu qızı cənnət mələyi olaraq sevdim. Beləcə Aygünün onsuz olan mərasiminə yol aldım. Mərasim evinin qarşısında Mirzə qardaş məni görcək göz yaşların saxlaya bilmədi hönkürtüylə ağladı, kövrəlsəmdə özümü ələalmağa çalışdım başsağlığı verib qadınlar üçün ayrılmış salona daxil oldum. Səliqə ilə bəzədilmiş süfrə də belə hüzün vardı, insan axını davam edirdi. İlk diqqətimi çəkən Aygünün anası və bacısı oldu, onlar yan-yana əyləşmişdilər, Aygünün anası kiçik qızının əlini-əlinə almışdı sanki bu qızıda ondan qaçaraq gedər deyə bərk-bərk əlindən tutmuşdu.Uxun illər keçməsinə baxmayaraq bu səhnə mənə çox tanış idi, 9 il 10 ay 2 gün bundan öncə olan o müdhiş gecədə keçməsinə baxmayaraq həmin gün gözlərim önündə canlandı, mən də İlahəm üçün mərasim verərkən eləcə kıçık qızımla baş-başa verərək ələ -ələ tutmuşduq. İlahi talehlər necədə oxşar olarmış. Aygün də ailənin ilk övladı idi İlahə də, Aygün də həyat dolu, şən, məqsədi uğrunda mübarizə aparan, hərkəs tərəfindən sevilən , iş kollektivində hörmət qazanan perespektivli gənc idi İlahə də.Nə qədər oxşar talehlər var Allahım. Bağrımın başı yandırdı amma bunu nə görən vardı nə də duyan, beləcə mərasimdə məclisi aparan mərsiyəxanın" Gözüm yolda niyə balam gəlmədi" mərsiyyəsinə kimi özümü sakit aparsamda bu sözlərdən sonra artıq dözə bilməyib özümü mərasim zalından dəhlizə güclə atdım. Yenə Mirzə qardaş ilə qarşılaşdım göz yaşlarımı saxlaya bilmirdim, bu vaxt bizə Şükür həkim yaxınlaşdı ona da başsağlı ver. Məni sakitləşdirməyə çalışdıqları zaman bir ağsaqqalı bizə yaxınlaşaraq dedi:Siz Almaz xanımsız deyəsən, mən sizin Aygün haqqında yazdığınız məqaləni oxudum və sosial şəbəkədə paylaşdım. Mən isə təşəkkür etməyə dəyməz dedi.
Beləcə Aygün qızımızın artıq yeddi mərasimi başa çatdı. 7 gün 7 gecə doğmaları Aygünsüz səhərin açılmasın izlədilər, səslədilər, yalvardılar amma geri dönmədi ya da dönmək istəmədi. Axı o gözəlliklərin mələyi olaraq qarşılandı, kim o gözəlliydən imtina edər ki, Aygündə ordan dönə. Mən bu illərdən bu qənaətə gəldim Mələklərçün ağlamazlar onlar Allahın seçdikləridirlər. Biz analarda cənnət üçün seçilmiş mələklərin analarıyıq.
Mənsə üzümü Ayğün qızımın anasına tutaraq deyirəm :-Ağlama gözü yaşlı ana ağlama, biz xoşbəxt anayıq əbədi dünyada bizi gözləyib qarşılayacaq övladıarımız var. Vaxt və zaman gəldikdə deyəcəklər Mələk Aygünün anası gəldi, bax o gün sən övladınla fəxr edəcəksən.
P. S. Asan kamunal mərkəzinin əməkdaşı olan Aygün torpağa tapşırılan gün çalışdığı sahədə vəzifəyə yüksələcəyi gün idi. Amma Allah onu daha da şərəfli bir vəzifəyə layiq görərək cənnəti ilə müjdələdi. Aygun qızım qəbrin nurla dolsun, rahat uyu, Allah qoysa axirətdə görüşəcəyik.

Almaz İlahə
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728