» » ÇAĞIRIR MƏNİ

ÇAĞIRIR MƏNİ

ÇAĞIRIR MƏNİ
Bir səs çağırır məni,
Dünyanın o başından.
Özü yetişə bilmir,
İncə yalvarışından
Qəm yağır baxışından.
Aman Allah bu səsin,
Məlahəti nə gözəl.
Vurnuxan ciyərparəm,
Özü nə yaman özəl.
Bu səsdə var bir qəzəl
Məni eylədi xəzəl.
Büründüm dərd kədərə,
Yandım, füsünkar gözəl.
O dünyadan gələn səs,
Əs dayanmadan əs.
Lap küləyin özü tək,
Lap fələyin gözü tək.
Bax gözümün içinə,
Yandır kül eylə məni.
Söndür oyna bu közlə,
Mən onsuz oynayıram,
Sönən ocaq közüylə.
O dünyadan gələn səs.
Gəl gedək bir sahilə,
Seyr edək hey dənizi.
Qağayılar şütüsün
Sən ol sevgi dənizi,
Al məni, bu dünyadan
Arzulara qovuşum.
Mənim arzum səninlə,
Mən arzuma qovuşum.
Al məni, bu dünyadan
Sənlə qala bilməsəm,
Ver cəhənnəm oduna.
Sən cənnət mələyisən,
Qızınmaram oduna.
Qoy ot alım o otdan,
Onsuz yanıram inan.
Şükran olmaqla deyil,
Bu dünyamdır cəhənnəm.
Qoy cəhənnəm odunda ,
Yansın bağrımın başı.
Onsuz ağır olubdur
Çoxlarına bu daşı
Daşımaq ağır olur
Almaz İlahə daşı.
Qoy gəlim o dünyaya,
Cənnət-cəhənnəm yaxın.
Yer üzünün cənnəti
Mənə zatən cəhənnəm.
Alıb başımı dərddən,
Üz tuturam yanına.
Çevirmə gəl geriyə.
Yeriməyir ayağım
Yaşam olan geriyə.
Gəl vüsal adlı gülüm
O atlıya mən minim.
Dadın heç bilməmişəm
Əlli olsada sinnim
Hey həsrətdə yanmışam
Külüm sovrulub göyə.
Göynəltisi çox acı,
Yandırıbdır hər gecə.
Qoy birləşim səninə,
Saçlarımda dənimlə
Ağız açıram sənə.
Geri çevirmə gülüm,
Dağ vüqarlı ananın
Qar ələnmiş telinə.
Sığalına möhtaçdı
Zülfünün hər birinə.
Qoy mışıl-mışıl yatım .
Səndən sonra bu gözlər.
Şirin yuxu yatmayıb,
Hər gecə bir dərd çəkib.
O gecələr yatmayıb,
Uyuyaq bir dənizdə.
Sənin ləpələrində,
Qərd olum mən dənizdə!


Almaz İlahə
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031