» » “Azərsell” uşaqları qoruyur - Foto

“Azərsell” uşaqları qoruyur - Foto

“Azərsell” uşaqları qoruyur - Foto
“Azərsell” kiber-təhlükəsizlik tədbirlərinə davam edir.

Axar.az xəbər verir ki, internetdə uşaqların müdafiəsinə xüsusi önəm verən və bu sahədə son illərdə bir sıra yeniliklərə imza atan Azərsell Telekom MMC daha bir layihəyə başlayıb.

Artıq bir müddətdir ki, şirkət Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlərə start verib. Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlığı çərçivəsində şirkət əvvəl Bakı şəhəri 6 saylı orta məktəbdə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirib. Qeyd edək ki, 2014-cü ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) yerli müəllimlər, məktəb liderləri və digər təhsil işçilərinə müasir tədris üsulları barədə təlimlər keçir, tədrisin bütün sahələrinə yönələn konfrans və tədbirlər təşkil edir.

Proqram ilk növbədə texnologiyadan “qaça” bilməyəcəyimiz gerçəkliyini vurğulasa da, bu reallıqda şagirdlər, məktəblər və ailələri gözləyən təhlükələr, bu təhlükələrin qarşısının alınması və ya problemlərin aradan qaldırılması yolları, şagirdlərin internetdən təhlükəsiz istifadəsi üçün praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi çox önəmli məsələlərə toxunaraq, müasir şagird, müəllim və valideynin ən çox ehtiyac duyduğu və məsləhət almaq istədiyi mövzuları işıqlandırıb. 12-16 dekabr tarixlərində baş tutan təlimlərə sonuncu gündə valideynlər də qatılıblar. Növbəti təlim 189-190 nömrəli məktəbdə planlaşdırılıb. Məlumat üçün bildirək ki, gələn ildən başlayaraq bu təlimlər regionlarda da keçiriləcək.

Qeyd edək ki, Azərsell Telekom MMC 2 il bundan əvvəl uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə” “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin yer aldığı “Azərsell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib.
“Azərsell” uşaqları qoruyur - Foto
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031