» » 2017-ci ilin ədəbiyyat hadisələri və “ədəbi mükafatları” – SİYAHI

2017-ci ilin ədəbiyyat hadisələri və “ədəbi mükafatları” – SİYAHI

2017-ci ilin ədəbiyyat hadisələri və  “ədəbi mükafatları” – SİYAHI
Artıq 2017-ci ilin bitməsinə sayılı günlər qalıb. Qısa müddətdən sonra yeni təqvim ili – 2018-ci il start götürəcək. Yola saldığımız zaman müddəti bir çox hadisələrlə yadda qaldı. Hər sahədə olduğu kimi ədəbiyyatda da pozitiv-neqativ hallar yaşandı. Amma ili ədəbiyyatımız üçün bir o qədər də uğursuz adlandıra bilmərik.

Modern.az 2017-ci ilin ədəbi mənzərəsini xüsusi “nominasiya”larla əks etdirməyə çalışıb. Amma xüsusi olaraq qeyd edək ki, bu “nominasiya”lar və onların əsasında verilən “mükafatlar” yazı müəllifinin fərdi fikridir. Hörmətli oxucu həmin göstəricilərlə, seçimlərlə razılaşmaya bilər və buna haqqı da çatır. Lakin biz bununla yola saldığımız ilin yalnız ədəbi mənzərəsini azacıq da olsa, əks etdirməyə çalışdıq:

2017-ci ilin 3 ən yaxşı nəsr əsəri: "Arzulardan sonrakı şəhər" (Şərif Ağayar), “Taclı” (Nəriman Əbdürrəhmanlı), “Balıq gülüşü” (Mübariz Örən).

2017-ci ilin 3 ən yaxşı təbliğatçı-qurumu – AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyi, Yaradıcılıq Fondu;

İlin hələlik lazımı dəyərini ala bilməyən nəsr, nəzm və publisistika kitabı – “Heykəl tənhalığı” (Salam Sarvan), “Dərdin sarı çəpkəni” (Zahir Sarıtorpaq), “Kinopovestlər” (Orxan Fikrətoğlu);

İlin ədəbi faciəsi- Gənc yazar Mövlud Mövludun vaxtsız vəfatı;

İlin debütü – Gənc yazar Mövlud Mövludun “Çətirsiz” hekayələr kitabı. Ölümündən sonra Yaradıcılıq Fondu tərəfindən çap edildi;

İlin ədəbi kəşfi – Bircənin “Cəhənnəmdən qaçmış mələk” romanı;

Ədəbiyyatı ən çox təbliğ edən 2 mətbuat orqanı – “525-ci qəzet” və “Kaspi” qəzeti;

İlin ədəbi oyanışı – “Ədəbiyyat qəzeti”;

İlin ədəbi skandalı – AYB-nin binasında yerləşən “26-lar” kafesi ətrafında baş verənlər;

Ən çox müzakirə olunan ədəbiyyat layihəsi – “Xalqın şairi” müsabiqəsi;

Ən çox müzakirə olunan “ədəbiyyat nümunələri” – Elza Seyidcahanın şeirləri;

Ədəbi itkilər – İlyas Tapdıq, Camal Yusifzadə, Aşıq Ədalət və başqaları...(Allah hamıya rəhmət eləsin);

İlin ən yaxşı tərcümə əsərləri – Migel Delibes “Seçilmiş əsərləri” (Saday Budaqlı), Vladimir Nabokov "Rus ədəbiyyatından mühazirələr” (Qismət), Culian Barns "Aqibət duyğusu (Seyfəddin Hüseynli);

Ən peşəkar tərcümələr – Azərbaycan Tərcümə Mərkəzi və Mərkəzin “Xəzər” jurnalı;

İlin ən aktiv ədəbi tənqidçiləri – İradə Musayeva, Elnarə Akimova;

İlin ədəbi ideyası– Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı bədii mətnlər (müəllif Natiq Məmmədli);

İlin ədəbi məkanları– Azərbaycan Yazıçılar Birliyi, Yaradıcılıq Fondu, kitabevim.az, “Azərkitab”;

İlin bestseller müəllifləri – Rövşən Abdullaoğlu ( “Relslər üzərində uzanmış adam” və “Bu şəhərdə kimsə yoxdur”), Çingiz Abdullayev və Elxan Elatlı (dedektiv əsərlərinə görə);

İlin ədəbi yubileyi – “525-qəzet”in 25 illiyi;

Ciddi materiallarına görə fərqlənən ədəbiyyat saytları- simsim.az, aydınyol.az;

Ən yaxşı ədəbiyyat proqramı – “Məclisi-üns”;

İlin ən böyük beynəlxalq ədəbi mükafatı – Yoxdur!
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031