» » ÜRƏYİMƏ BİR SIĞAL ÇƏK...

ÜRƏYİMƏ BİR SIĞAL ÇƏK...

ÜRƏYİMƏ BİR SIĞAL ÇƏK...

Dən səpmisən, dənli başım,
Tələmi qurduğun yerdi.
Gözümdəki ümidsizlik,
Dizimi yorduğun yerdi...

Həsrətimdə heyin qalıb,
Sızıltımda neyin qalıb.
Dodağımda göyün qalıb,
Qanımı sorduğun yerdi...

Duz basmışdın, indi bal çək,
Qanımdan alnına xal çək...
Ürəyimə bir sığal çək,
Yarası vurduğun yerdi.

Yay suçunu, hər kəsə yay...
Atılmış tək salma haray!
Dünyan köksümdə bir saray,
Kölgəsi durduğun yerdi.

Yaşar QAFQAZLI
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031