» » Vladimir Kliçkonun son döyüşündə geyindiyi xalat hərracda 215 min dollara satılıb

Vladimir Kliçkonun son döyüşündə geyindiyi xalat hərracda 215 min dollara satılıb

Vladimir Kliçkonun son döyüşündə geyindiyi xalat hərracda 215 min dollara satılıb
Ukraynalı peşəkar boksçu Vladimir Kliçkonun karyerasında sonuncu döyüşü zamanı geyindiyi xalat hərracda 215 min dollara satılıb.

"Report” xəbər verir ki, 41 yaşlı idmançı bu barədə şəxsi “Twitter” hesabında yazıb.

V.Kliçkonun britaniyalı Entoni Coşua ilə döyüş zamanı geyindiyi xalatın satışından əldə olunan vəsait xeyriyyəçiliyə yönəldiləcək. Bu missiyanı isə “Kliçko Fondu” yerinə yetirir.

Qeyd edək ki, Vladimir Kliçko bu ilin avqustunda peşəkar boksçu karyerasını bitirdiyini açıqlayıb. O, superağır çəkidə Ümumdünya Boks Təşkilatının (WBO, 2000-2003, 2008 - 2015), Beynəlxalq Boks Federasiyasının (IBF, 2006 - 2015), Ümumdünya Boks İttifaqının (WBA, 2011 - 2015) versiyalarına əsasən çempion olub. Ukraynalı boksçu 2015-ci ilin noyabrında britaniyalı Tayson Fyuriyə uduzub və 3 dünya çempionu titulunu itirib. Vladimir Kliçko son döyüşünü bu il aprelin 27-də Entoni Coşuaya qarşı keçirib və 11-ci raundda texniki nokautla məğlub olub. O, karyerası ərzində 53-ü nokautla olmaqla, 64 görüşdə qalib gəlib və 5 dəfə uduzub.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031