» » Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana və Milli Konservatoriyanın birgə layihəsi olan "Sirlər xəzinəsi"nin növbəti tədbiri Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə respublikamızda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin, Milli Kitabxananın və Milli Konservatoriyanın"Sirlər xəzinəsi" adlı layihəsinin bu tədbiri Qazax şəhərindəki Ədəbiyyat muzeyində reallaşıb .
Tədbirdə respublika ictimaiyyətinin nümayəndələri, elm adamları, şairlər, yazıçılar, poeziyasevərlər, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyublar, sonra Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış olublar. Yuxarı Salahlı kəndində M.P.Vaqifin və S.Vurğunun heykəlləri ziyarət edilib, S.Vurğunun Poeziya Evində qonaqlara böyük şair haqqında məlumat verilib.
Tədbiri RİH-in başçısı Rəcəb Babaşov açıb. Tədbirin aparıcısı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, şair Barat Vüsal, Qarabağ filialının sədri, professor Ənvər Əhməd, AZƏRTAC-ın müxbiri, şairə Zərəngiz Dəmirçı Qayalı, şair Zaməddin Ziyadoğlu çıxış edərək Vaqifin yaradıcılığının xarakterik xüsusiyyətləri haqqında fikirlərini bölüşüblər. İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının ifasında tədbir boyu M.P.Vaqifin şeirləri səslənib.
Milli Konservatoriyanın müəllimləri Firuz Səxavətin və Vüqar Əliyevin ifaları alqışlarla qarşılanıb. Gənc aşıq Samir Allahverdiyev Vaqif yaradıcılığından şeirlər söyləyib, sazda aşıq havaları ifa edib. /Modern.az/
Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031