» » “ANAMIN KİTABI” DRAMI

“ANAMIN KİTABI” DRAMI

“ANAMIN KİTABI” DRAMI
Allah Cəlil Məmmədquluzadəyə qəni-qəni rəhmət etsin, amin!..........
O, həqiqətən də böyük mücahid, ziyalı vətəndaş, şəxsiyyət, cəfakeş, fədai və fədakar bir insan idi. Biz onu belə tanıya və dəyərləndirə bilmərik. Amma ki, 1920-ci ildə yazdığı “Anamın kitabı” dramı onu hər cəhətdən tamamlayır. XX əsrin əvvəllərində Azərbaycanımızın ictimai həyatında çoxlu iyrəncliklər, çatışmamazlıqlar, xoşagəlməz əməllər hökm sürürdü. Osmanlıpərəst, iranpərəst, firəngpərəst və ruspərəstlər var idi ki, onlar Vətənimizi parçalamışdılar. Lori dillə desək, sanki vətənimiz bu saxtakar insanların vasitəsilə onların təsiri altına düşdüyü böyük imperialist dövlətlərin işğalına düşmüşdü. Biz bunu “Anamın kitabı” əsərində açıq-aşkar görürük. Rəhmətlik Cəlil Məmmədquluzadə bu eybəcər halı adını çəkdiyim möhtəşəm əsərdə Rüstəm bəyin(ruspərəst), Mirzə Məhəmmədəlinin(iranpərəst) və Səməd Vahidin(osmanlıpərəst) timsalında, yəni ki, onların obrazında çox gözəl və böyük ürəkacısı ilə təsvir etmişdir. Həmin adamlar öz doğma dillərində-Azərbaycan türkcəsində danışmır, ali təhsil aldıqları ölkələrin təsiri ilə, məhz onların dili ilə danışırlar. Bu adamlar doğma qardaş olduqları halda bir-birlərinə qarşı yad, soyuqqanlı və düşmən kimidirlər. Hətta bacıları olan Gülbaharı ərə vermək məsələsinə gələndə də bir-birləri ilə mübahisə edirlər. Rüstəm bəy onu Aslan bəyə(rus intelligenti), Mirzə Məhəmmədəli onu Mirzə Bəxşəliyə(elmi-ilahi müəllimə) və Səməd Vahid isə onu Hüseyn Şahidə(türk-dili müəllimi) vermək istəyir. Bu da ki, onların arasında olan düşmənçilikdən daha betər bir düşmənçilik ortaya çıxardır. Gülbahar üçün meydana çıxan bu namizədlər də öz dillərində danışmırlar. Misal üçün dramda təşkil olunmuş “Xeyriyyə cəmiyyəti”-ndən kiçik bir səhnəni nəzərinizə çatdırıram:
“Hüseyn Şahid(durur ayağa) – Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim. Arkadaşlar, şimdi həpimiz tanrımızın buyruğu ilə iştə köyümüzdə torpağa borcunu ödəməkdən qaçacaq tək bir kişi olmaz; onu hay cift sürərkən tər olaraq əlimizdən tökmüşüz, yetər!
Zəhrabəyim (Gülbahara) – Qızım, bu adamlar nə danışırlar?
Gülbahar cavab vermir, çünki, mürgüləyir”.
Bəli, Zəhrabəyim ana obrazı Vətənimizin simvoludur. Bu üç qardaş obrazı isə vətəndaşların simvoludur. Vətəndaş, Vətənin övladı sayılır. Bu üç qardaşın bu hərəkəti, Zəhrabəyim ananın ürəyini parça-parça edərərək hər tikəsini bir tərəfə atır. Həmin ürəkağrıdan səhnənin mənası budur ki, Vətənizimin hər torpağı bir Xarici dövlətin işğalındadır. Bunun da ki, baiskarları bizim həmin sadəlövh “intelligent” gənclərimizdir. İndi də belədir. Öz dilində(Azərbaycan türkcəsində) danışa bilməyənlər durub Anadolu(Türkiyə), fars(İran) ləhcəsində və rus dilində danışırlar. Dil bilmək yaxşı haldır, amma ki, milli dili unutmaq isə yalnız və yalnız milli-mənəvi faciədən başqa bir şey deyildir.

Ərtoğrul Mehdizadə
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031