» » BİR GÜN ÖLƏRSƏM ƏGƏR AĞLAMA...

BİR GÜN ÖLƏRSƏM ƏGƏR AĞLAMA...

BİR GÜN ÖLƏRSƏM ƏGƏR AĞLAMA...
Bir gün ölərsəm əgər qürur edib ondada göz yaşını saxlama. Bir gün ölərəmsə əgər, davam eyləyir həyat, mənimlə bir gəlmədin bu dünyaya əzizim mənimlə bir gedəsən!

Bir gün ölərəmsə əgər, dərd eyləmə özünə bircə Almaz deyil ki, sığal çəkə üzünə. Bitməyir ki, mənimlə nə yaşayış nə həyat. Əyləş yenə əzizim o gözəl sevdiyin köhlən ata qırata, yollan yenə dağlara o həsrətin çəkdiyin ata baba yurduna.

Bir gün ölərəmsə əgər, məzarımın başında durmağını istərəm, qürur edib demədiyin son sözünü gözlərəm. O zaman hər kəs kimi səndə titrək səsinlə söylərsən ki, çox yaxşı adam idi, ölməlilər çox ikən kaş ki o ölməyəydi. Deməyinlə dəyişməz nə yazımız nə qismət, Allah verdi həyatda yaşamağı əmanət.

Geri aldı nə olsun, arzularım düzülən kitab kimi çinlənibdir rəflərə. Nə olsun ki, xoşbəxtlik üzümə arsız kimi sadəcə gülümsəyib. Axarlı olmayan səadətdə kəm düşüb. Nə olsun ki, Yaradan yaratdığı bəndəsi hər kəsdən kövrək düşüb. Nə olsun ki, dərdləri veribdir qucaq- qucaq, söyləyibdi deyəsən bu bəndəm axı şükran! Nə olsun ki, zil qara züülfləri qar olubdur, həsrət adlı düşməni ona yar olubdur. Nə olsun ki, cənnət anaların üzünə gülüş ilə çıxacaq. Orda balası olan yüz analar gəzəcək. Nə olsun ki, dostlarım gedişimə yanacaq 40 gün keçib gedəcək hər kəs unudulacaq. Arada söhbət düşsə onda xatırlanacaq.

İndi ölsəm əzizim qəlbimdə bir sevinc var İlahəmə çatacam. Amma yerdə qoyduğum min bir arzu nağıl var.

Ölsəm daha ağlama demişdim indi ağla.

Sən ağlasan ay gülüm, torpağım daşım ağlar Sən gək qalmısan deyə göydə göz yaşım ağlar. Sən ağlasan əzizim, ölmüş ürəyim yanar.

Sən mənsiz qaldın deyə,qəbrim od tutar yanar. Sən ağlasan...

Almaz İlahə
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031