» » Əliyev Böyükağa Cahangir oğlu

Əliyev Böyükağa Cahangir oğlu

Əliyev Böyükağa Cahangir oğlu
Cənub bölgəsinin mədəniyyət sahəsində çoxlu sayda dahi şəxsiyyələr elm adamları və ziyalıları olmuşdur.Bu ziyalılar mədəniyyət və elm sahəsində çoxlu əvəzsiz xidmətlər göstərmişlər.Onlar Azərbaycanımızın ədəbi irsinin bu günkü davamçılarıdır.Belə ziyalılardan biri də Lənkəranlı Əliyev Aqşin Böyükağa oğludur.Əliyev Böyükağa Ca¬han¬gir oğlu 1950-ci ildə Lənkəran rayonunun Kər¬gə¬lan kəndində dəmir¬çi- mis¬çi ailəsindən anadan olmuşdur. 1956-c ildə Ləj ibtidai məktəbdə 5-ci sinifə qədər təhsil almışdır. Sonra orta təhsilini haftoni qəsəbə orta məktəbində davam etmişdir. Lakin səkkizinci sinifdən 1965-cı ildə Lən¬kəran şəhə¬rin¬dəki 34 nöm¬rəli texniki peşə məktəbinə gedib və orada malyar peşəsinə yiyələnmişdir. Əliyev Böyükağa Cahangir oğlu eyni zamanda 1970 ci ilə qədər də orta təhsilini qiyabi bitirmişdi. 1970-ci ildə hərbi xidmətə çağrılıb və 1972-ci ildə tərxis olunub. Əliyev Böyük¬ağa Cahangir oğlu 1973-1977-ci illərdə Şağlakücə kəndində tikilmiş Respub¬lika Həmkarlar İttifaqı Mədəniyyət evinin direktoru olmuşdur. (hal-hazırda şadlıq evidir) 1977 ci ildən haftoni qəsəbə dövlət klubunda kütləvi işçi 1985-ci ildən 2015-ci il no¬yabr ayına qədər müdir vəzifəsində çalışmışdır və 2015 ci ilin noyabr ayında təqaüdə çıxmışdır. Mədəniyyət sahəsində bu günə qədər olan xidmətlərinə görə çoxlu fəxri fərmanlar, təşəkkür¬namələr və diplomlarla təltif olunmuşdur. Əliyev Böyükağa Cahan¬gir oğlu Ləj kəndində ilk dəfə olaraq ”Bahar bayramı” şənliyini kənd meydançasında keçirmş və burada lotoreya oyun¬ları, şeir və mahnılarla müşaiət olunan bayram proqramı təşkil edib. Ayrıca Əliyev Böyükağa Cahangir oğlu Ləj kəndinin tari¬xində ilk dəfə olaraq “Ömrün bir anı” adlı sənədli səssiz kino filim çəkmiş və bu filimdə Ləj kəndini 1970-ci illərdən baş¬la¬yaraq mədəni həyatını əks etmişdir. O, həmdə çox gözəl fotoqraf olmuşdur. Əliyev Böyükağa Cahangir oğlu ali təhsillidir, ailə¬lidir və 6 övladı var. Əliyev Böyükağa Cahangir oğlunun atası Əli¬yev Cahangir Həsən oğlu əslən Lerik rayonunun Mistan kən¬dində dəmirçi-misçi ailəsində anadan olmuş və sonralar Lən¬kə¬rana köçmüşdür. Əliyev Böyükağa musiqi sənəti ilə hələ öz uşaqlıq illərində Ləj kəndində, 1960-cı illərdə başlamışdır. Əli¬yev Böyükğa Cahangir oğlu bir neçə musiqi alətində ifa etmiş¬dir. Belə ki, o, ilk əvvəl ”nağara” və sonralar isə qarmon”gitara ”və ”iyo¬ni¬ka” musiqi alətlərində ifa etmiş və bu sənət növləri üzrə sonralar öz klubda musiqi dərsləri tədris etmişdir. O, sonralar bu sənəti öz övladları Əliyev Elşad Böyükağa oğluna (İyonka alətində ifa) və Əliyev Nail Böyükağa oğluna (Sin¬te¬za¬tor, tar, saz və gitara alətində ifa etmə) ötürmüşdür. Övladlarıda bu sənət növlərini zaman-zaman davam etdirərək kənd toyla¬rında ifa etmişlər. 1987-ci ildə Əliyev Böyükağa Cahangir oğu Azərbaycan İncə¬sə¬nət Universitetinə daxil olmuş və 5 ildən sonra oranı müvəfə¬qiy¬yətlə bitirmişdir. Ali məktəbi bitirdikdən sonra o, Haftoni dövlət klubunda uzun müddət müdir vəzifə¬sində çalışmı və Lənkəran mədəniyyət sahəsinə öz töhvələrini vermişdir. Klubda işlədiyi müddət ərzində o, çoxsaylı kənd tədbirlərinin və bayram şənliklərnin təşkilatçısı olmuş, güclü ssenarilər yazmışdır. Hal-hazırda təqaüdçüdür və xalq təbabəti elmi ilə məşğuldur.

Aqşin Misanlı
Tədqiqatçı-tarixçi
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930