» » Sinovli kurqanları

Sinovli kurqanları

Sinovli kurqanları

Cənub bölgəsi öz abidələrinin çoxluğu ilə digər rayonları geridə qoymaqdadır.Beləki Sovet dövründə Azərbaycanın demək olar ki,hər bölgəsində arxeoloji qazıntılar və tədqiqatlar aparılsa da, təəsüflər olsun ki,cənub bölgəsi həmişə kölgədə qalmışdır.Azərbaycan müstəqil olandan sonra vəziyyət yaxşılığa doğru dəyişmişdir.İndi artıq Azərrbaycanımızın hər bölgəsində olduğu kimi cənub rayonlarında da elmi araşdırmalar aparılır.Yaşadığım Lənkəran rayonu öz qədim kurqanları ilə diqqət çəkir.Belə ki,bu kurqanlar biri-birinə bənzər və müəyyən hündürlükdə olan oxşar təpələrdən ibarətdir.Bu təpələr əsasən rayonun dağ ətəkləri ilə cənubdan şimala doğru eyni xətt boyunca yerləşir.Beləki bu kurqanlar rayonun Astara ilə sərhəd ərazilərindən başlayaraq dağətəyi ərazi boyunca Masallı rayonuna bitişik ərazilərə qədər sanki bir silsilə təşkil edir.Buna misal olaraq Lənkəran rayonunun Haftoni,yuxarı Nüvədi,Şağlakücə,Osakücə, Sinovli və sair kəndlərdə mövcud olan təpə kurqanlarını misal göstərmək olar.Bu təpələrin hər birində son tunc və ilk dəmir dövrünə aid silahlar və ya o dövürlərin dəfnetmə adətlərinə uyğun qəbir abidələrinə rast gəlmək olur.Belə abidələrin yerləşdiyi kəndlərdən biri də,Lənkəran rayonunun Sinovli kəndi ərazisində yerləşən ,,se təpə,,(talışca –se-üç,təpə-təpə) adlı təpə kurqanlarıdır.O kənddə kurqanların mövcudiyyəti haqqında Osakücə kəndinin tarix müəllimi olan Firavan müəllimdən məlumat aldım.Bir gün sonra isə oraya getdim.Orada məni Firavan müəllim və kənd sakini Əhmədov Mahir məni qarşılayaraq o kurqanlara apardı.Məlum oldu ki,kənd camaatı bu kurqanlardan ocaq və ziyarətgah kimi istifadə edir..Belə ki,Sinovli kəndində bu tipdə olan ən böyük təpə kurqanı var ki, yerli sakinlər onları ocaqlar adlandırır.Bu ocaqların biri kəndin şimal hissəsində,kənd məscidinin arxa tərəfində yerləşir.Bu ocaqda qədim qəbirsanlıq yerləşir.Bu qəbirsanlıq hündür bir təpənin üzərində yerləşir.Bu təpənin hündürlüyü aşağıyla götürsək 150-200 metrdir.Lakin kənd səviyyəsi ilə götürəndə isə 20-30 metrdir.Həmən bu qəbirsanlıqda günümüzdə də kənd sakinləri öz ölülərini dəfn edirlər.Ama qəbirsanlığın şimal-şərq hissəsində isə qədim qəbirlər var.B ocağın orta hisəsində ,şimşad ağaclarının yanında bir qəbir daşı var.Bu qəbir daşı qiblənin istiqamətinə olmaqla baş hissəsi yumru,aşağı hissəsi isə ona nisbətən dar və uzunsofdur.Bu qəbir daşının hündürlüyü 60sm-dir.Bu şübhəsiz ki,Orta əsr Səfəvilər dövrünə aid şiə qəbirləridir.Bu tip qəbir daşlarına cənub bölgəsinin bir ?ox k?hnə qəbirsanlıqlarında rast gəlmək olur.O qəbir daşının arxa hissəsində isə şimşad ağaclarına müxtəlif rəngdə parçalar ağaca bağlanmışdır.Mahir Əhədovun dediyinə görə məhərrəm aylarında yerli sakinlər bu qəbir daşını kütləvi ziyarət edirlər.Bundan başqa həmən qəbirsanlığın şimal-şərq hissəsində üzərində heç bir yazı olmayan və qədim dövürlərə aid qəbirləri var.Bu qəbirlər qiblənin sol istiqamətində,üzü dəniz tərəfədir.Bu qəbirlərin baş tərəfində hündürlüyü 10sm olan və üzərində heç bir yazı olmayan qəbir daşı var.Qəbirin ətrafında isə 5 cüt çay daşları düzülüb.Bu qəbir lər ehtimal ki,atəpərəst qəbirləridir.Çünki bu tip qəbirlər Lənkəran və Lerik rayonlarının qədim qəbirsanlıqlarında rast gəlinir və bu qəbir daşlarının üzərində heç bir ərəb yazıları yoxdur.Sinovli kəndində yerləşən ikinci təpə kurqanı isə kəndin qərb hissəsində yerləşir. Bu ocaq hündür bir təpənin üzərində yerləşir.Təpənin hündürlüyü 200 metrdir.Təpənin üstünə qalxdıq və orada üç tipdə qəbir daşlarına rast gəldik.
1.Birinci tip qəbirlər dağın üstündə dağ boyunca yerləşir.Bu qəbirlərə dağın üst hissəsində uzanaraq 500m məsafə boyunca yerləşmişlər.Yerli sakinlərin dediklərinə görə bu qəbirlər hələ bu kəndin camaatının buraya gəlməsindən çox-çox əvvəl mövcud olmuşdur.Bu qəbirlərin baş tərəfində hündürlüyü 10sm olan baş daşı var.Bu qəbirlər qiblədən sağ istiqamətində yerləşirlər.Bu məzarların hər birinin ətrafında 5 cüt çay daşları düzülüb.Bu qəbirlər son tunc və erkən dəmir dövrünə aiddirlər.Çünki,burada yaşayan sakinlər zaman-zaman bu qəbirlərin bəzilərini dağıtmış və oradan tuncdan silahlar çıxmışdır.
2.Bu təpənin üstündə olan ikinci tip qəbir daşları hündürlüyü 60sm olan və üzərində dairə və onun içində də 6 künclü ulduz olan qəbir daşları var.Bu qəbir daşının üzərindəki 6 künclü ulduzun sağ və sol hissələrində biri-birinə perpendikuliyar və paralel və əks istiqamətdə oaln ??bucaqlar mövcuddur.Bu tip qəbir daşlarına Bobogil,Orand,Cəngəmiran,Soru və digər qədim qəbirsanlıqlarda rast gəlinir.Bu qəbir daşı şübhəsiz ki antik orta əsrlər dövrünə aiddir.Çünki bu qəbir daşı qəblənin sağ istiqamətindədir və üzərində he? bir ərəb yazısı yoxdur.Bu qəbir daşı islamaqədərki qəbir daşlarına aiddir.
3.Bu təpənin üstündəki 3-cü tip qəbir daşı isə uzunsof,hündürlüyü 60sm-dir və üst hissəsi yumrudur.Bu orta əsrlərdə mövcud olmuş Səfəvilərə aid şiə qəbirləridir.Bu tip qəbir daşları cənub bölgəsindəki bir ?ox qədim qəbirsanlıqda var.
Sonra isə biz bu kənddə olan üçüncü ocağa getdik.Bu ocağ da hündürlüyü 200 metr olan bir dağ təpəsində yerləşir.Bu təpənin üstündə də əvvəlki iki ocaqda olan və son tunc və ilk dəmir dövrünə aid qəbirlər və digər iki tipdə olan qəbir daşları və qo? fiqurlu qəbir daşları var.Bu təpədəki qəbir daşlarını 4 hissəyə bölmək olar.
1.Birinci tipdə olan qəbir daşları hündürlüyü 60sm olan və orta əsr Səfəvilər dövrünə aid olan qəbir daşları.
2.hündürlüyü 10sm olan və üzərində heç bir yazı olmayan və ətrafında 5 cüt çay daşı düzülmüş qiblənin sağ istiqamətinə olan qəbir daşları.
3.Hündürlüyü 50sm olan və qırmızı gil rəngli qoç fiqurlu qəbir daşı.Bu qəbir daşının qıraqlarında biri-birinə əks və paralel üçbucaqlar var.
4.Hündürlüyü 50 sm olan və üst hissəsində ən yumru dairə olan qəbir daşları var.Bu qəbir daşının yuxarı yumru hissəsində olan dairələrin i?ərisində,hərəsində bir ədəd altıkünclü ulduz və ortasında da böyük altıkünclü ulduz var.Bu qəbir daşının üzərində heç bir yazı yoxdur.Ehtimal ki,antik orta əsrlərə aiddir.Belə qəbir daşları cənub bölgəsinin bütün qədim qəbirsanlıqlarında var.
Sinovli kəndinin adının mənşəyinə gəldikdə isə kənd ağsaqqalları deyirlər ki, bu kənddə dağlardan axıb süzülən ən böyük ,,nov,,(bulaq-arx) var və bu üç arxa talışca ,,se novli,,-yəni üç arx (talışca se-üç,nov-arx deməkdir) sözündən əmələ gəlmişdir.
Lakin bəzi versiyalara görə burada ən kurqan və ya üç ocaq olduğuna görə bu yerə belə ad verilib.Sinovli oykoniminin ən yayılmış digər versiyalarından biri də,,.sinovli,, dir.Beləki,bəzi kənd ağsaqqalları isə əvvəllki versiyaların əksinə olaraq Sinovli sözünü Siobil adının təhrif olduğunu qeyd edirlər.Elmi ədəbiyyatda isə si (doymuş) və biovil (su daşqını) sözlərindən ibarətdir və mənası “su daşqınından doymuş yer” kimi izah edilir.( Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh). Talış dilində “üzmək” mənasında sınov sözü də işlənir.Sinovli kəndi Sinovil — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənddir.( Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.).Kəndin əhalisi 799 nəfərdir.( Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.).Sinovli kəndinin əhalisinin 70 faizi Lerikin Mondigah və30 faizi isə Lerikin Bılaband kəndindən buraya k???b gələnlər təşkil edir.Kəndin kordinatları -38°50′16″ şm. e.48°41′29″ ş. u.Koordinatlar: 38°50′16″ şm. e. 48°41′29″ ş. u.,saat qurşağı isə UTC+04:00-dır.

Aqşin Mistanlı
Tədqiqatçı-Tarixçi

Sinovli kurqanları
Sinovli kurqanları
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930