» » Cəngəmiran toponimi və Xəlifə Zəkəriyyə daş-qutu qəbirləri

Cəngəmiran toponimi və Xəlifə Zəkəriyyə daş-qutu qəbirləri

Cəngəmiran toponimi və  Xəlifə Zəkəriyyə  daş-qutu qəbirləri

Azərbaycan tarixinin ən keşməkeşli dövürlərindən biri də antik antik çağlardır..Bu dövürlərdə Azərbaycan ərazisi köçərilərin basqınlarına məruz qalmış və onların cəng meydanına çevrilmişdir.Zaman-zaman yurdumuz Asiyadan Avropaya köç etmiş yadellilərin aramsız hücumlarına məruz qalmış,el-obalarımız talan edilmiş və insanlarımız isə əsir götürülərək qula çevirmişlər.Lap qədim zamanlardan bəri həm təbii fəlakətlərin həmdə köçərilərin yürüşlərini nəzərə alaraq əcdadlarımız yadellilər üçün əlçatmaz olan dağlarda məskən salmış və elə oradaca öz mədəniyyətini yaratmışlar.Dağ yerlərindəki həyat tərzinə uyğun olaraq əcdadlarımız qoyunçuluq və maldarlıqla məşğul olmuş və bu sahələrə üstünlük verərək onu öz həyat şəraitinə uyğunlaşdırmışlar.Belə ki,qoyunçuluqla məşğul olan insanlarımız qoyunu öz dini inanclarına və mənəvi dəyərlərinə qədər aparmış və onun bir parçasına çevirmişlər.Bu cür inanc növü onlara aid olan və antik dövürlərdə mövcud olmuş qəbir daşlarında da özünü əks etdirir.Bunlara qoç fiqurlu qəbir daşları deyilir.Belə qəbir daşları yurdumuzun hər yerində mövcuddur və bu tipdə olan qoç fiqurlu qəbir daşlarına cənub bölgəsində daha çox rast gəlinir.Bu da şübhəsiz ki,cənub regionu əhalisinin ta qədim zamanlardan bəri oturaq qoyunçuluqla məşğul olduğunu göstərir.Belə qədim qəbirsanlıqlarından biri də Lerik rayonunun Cəngəmiran kəndindəki qoç fiqurlu daş qutu qəbirlərdir.Cəngəmiran kəndi dağlıq ərazidə yerləşir.(Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü.Məlumat toplusu.Bakı-2013-cü il.488-ci səhifə.)Kəndin əhalisi 1419 nəfərdir.(Azərbaycan respublikası əhalisinin siyahıyaalınmasıl 2009-cu il .I cild.Bakı -2010-cu il.).Cəngəmiran kəndi 38 dərəcə 45`35 şm e.48 dərəcə 2626`21 ş.uzunluğunda yerləşir.KJənd mərkəzinin hündürlüyü 1599 metrdir.Cəngəmiran kəndinin saat qurşağı UTC+04-00-dir.Poçt indeksi AZ4300-dür.Cəngəmiran kəndi Lerik şəhərindən 1km aralıda,dağlıq ərazidə yerləşir.Cəngəmiran kəndi Talış mahalının ən qədim kəndlərindən biridir.Cəngəmiran kəndinin adı tarixi mənbələrdə XII əsrdən bu yana çəkilir.Orta əsrlərdə buradan şərq ölkələrinə karvan yolları olmuşdur.Bəzi tarixçilərin Cəngəmiran adını talışca Cənqəmiyon-döyüş meydanı kimi vermişlər.Onlar bunu Əmir teymurun qoşunu ilə gedən muharibələrə görə vermişlər.(Vikipeiya).Digər tarixçilərin fikrincə isə bu kəndə Cənqəmiyon adı məhz Babəkin ərəb işğalçılarına qarşı Talış dağlarında apardığı döyüşlərdən birinin məhz bu kənd ərazisində baş verdiyinə görə vermişlər.Bəzi tarixçilər hesab edirlər ki,Əmir Teymur cəngəmiranda heç vaxt olmayıb.XVIII əsrdə,Talış xanlığının dövründə buradan Rusiya ilə ilə əlaqə saxlanılırdı.Dırıq həkimlərinin iqamətgahı da məhz bu kənddə olmuşdur.Mənim fikrimcə Cəngəmiran kəndinin adının digər iki varıantı da var.Birincisi ,,Cəng-e Əmiran-yəni Əmirlərin cəngi,, ,ikinci variant isə ,,Cəng-e Miran,, - yəni ,,ilanların cəngi ,, dir.Əmirlərin orada olmamasını nəzərə alsaq ikinci variant daha həqiqətə uyğundur.Beləki,kəndin adının ,,Cəng-e Miran,, yəni ,,ilanların cəngi,, mənasını verməsi daha həqiqətə yaxındır.Məsələn Əmir Teymurun oğlunu çox qəddar olduğuna görə farsca ,,Miran şah,, yəni ,,ilanlar şahı ,, adlandırırdılar.Cəngəmiran kəndi çox səfalı və mənzərəli yerdir.Kənddən qərağda yerləşən qədim qəbirsanlıq sübut edir ki, bu kəndin tarixi çox qədimdir.Tarixi mənbələrdən bizə aydın olur ki, cəngəmiranlılar döyüşkən tayfa olmuş, hərb sənətinə yiyələnib,onu yaxşı mənimsəmişlər.Bu qoç fiqurlu qəbirl daşları Cəngəmiran kəndinin ,,Xəlifə Zəkəriyyə,, adlı qədim qəbirsanlığında yerləşir.Qeyd etməliyəm ki,bu tip qoç fiqurlu qəbir daşları təkcə Cəngəmiran kəndindəki Xəlifə Zəkəriyyə qəbirsanlığında deyil,Bobogil qəbirsanlığında,Orand kəndindəki ,,köhnə Orand ,, adlı ərazinin ,,kələkubə,, adlı qəbirsanlığında,Astara rayonundakı Maşxan qəbirsanlığında,Yardımlı rayonunun Şiləvəngə kənd qəbirsanlılğında və Laçın rayonunun Malıbəyli kənd qəbirsanlığında da rast gəlmək olur.Lerikin Cəngəmiran kəndindəki ,,Xəlifə Zəkəriyyə ,, qəbirsanlığındakı qəbirləri öz dəfnetmə xüsusiyyətinə görə 5 yerə bölmək olar.
1.Hündürlüyü 40sm olan və üst hissəsi üç dairəvi oval formasında çıxıntısı olan və üzərində müxtəlif astronomik işarələr olan qəbir daşları.
2.Hündürlüyü 40 sm olan və aşağı hissəsi dairəvi və günəşi əks etdirən dişli dairə formasında olan və üst hissəsi isə daha az dairə formasında olan orta əsr Səfəvi-Sufi qəbirlərinə oxşar qəbir daşları.
3.Hündürlüyü 80sm olan və üzərində saçaqlı günəş və ortasında Davud peyqəmbərin 6 güşəli ulduzunu xatırladan 6 güşəli ulduz işarəli qəbir daşları.
4. Hündürlüyü 30 sm olan və üzərində müxtəlif cür döyüş silahlarının şəkli olan qoç fiqurlu qəbir daşları.
5.Hündürlüyü 20sm olan və dairəli formada insan başlı qəbir daşları.Bu tip qəbir daşları digər qədim qəbirsanlıqlarda rast gəlinmir..
Beləki bu qəbir daşlarının heç birinin üzərində ərəb yazıları yoxdur və bu qəbir daşlarının hamısı qiblənin əksinədir.Bu da bu qəbirlərin islamaqədərki dövürə aid qəbirlər olduğunu göstərir.Bundan əlavə bu qəbir daşları üzərində Əhəməni və Sasanilər dövürlərinə aid və zərdüştlik dininin simvolu olan od işarələri olmadığından bu ərazilərin bu iki imperiyanı siyasi təsirinin az olmasını göstərir.Çünki bu qəbirsanlıqlarda bu iki imperiyanın mədəniyyətinin təsirlərinə rast gəlinmir.Qəbir daşlarının üzərindəki,qılınc,xəncər və qayçı təsfirləri isə bu şəxslərin qoyunçu tayfalardan olan döyüşçü olmasına işarədir.Çünki, qayçı döyüş silahı deyil.Qayçı qoyun yununu qırxmaq üçün istifadə olunan alətdir.Bu tip qəbirlərə biz Bobogil və Orand qədim qəbirsanlıqlarında da rast gəlirik.Qəbir daşlarının üzərində,yuxarı hissədə üç ovalın olması və bu ovalların işərisində kainatı və günəşi əks etdirən işarələrin olması bu qəbir daşlarının erkən dəmir dövrünə aid olduğunu sübut edir.Çünki səma cisimlərinə sitayiş məhz erkən dəmir dövrndə olmuşdur.Bundan əlavə qəbir daşlarının üzərində Davud peyqəmbərin 6 güşəli ulduzunu xatırladan 6 güşəli ulduzun olması burada daha bir qədim dini inanca nəvaxtsa sitayiş edilməsindən xəbər verir.Çünki bu tip işarəli qəbir daşları həm Bobogil qəbirsanlığında,həm Bobo Rəhmon qəbirsanlığında və ümumiyyətlə cənub bölgəsinin bütün qədim qəbirsanlıqlarında rast gəlinir.Bu da İudaizmin nə vaxtsa bu yerlərdə bir islamaqədərki dini inanc olmasına işarədir.
Tarixçilərin bəziləri bu qoç fiqurlu qəbir daşlarını Ağqoyunlu və Qaraqoyunlu tayfalarına aid edir.Bu cür qəbir daşları Orand kəndindəki qədim qəbirsanlıqda olduğu kimi onlarıda Ağqoyunlulara aid edirlər.Lakin tarixşi Araz Qurbanov və tədqiqatçı Həşim Kəlbiyev bu qoç fiqurlu qəbir daşlarının Ağqoyunlu tayfalarına aid edilməsi fikrini düzgün hesab etmirlər.Tədqiqatçı H.Kəlbiyev qeyd edir ki, ,,bu qoç fiqurlu qəbir daşlarını Ağqoyunlu və Qaraqoyunlularla bağlamaq ,onların tarixini aşağılamaq deməkdir.Çünki,Ağqoyunlu və Qaraqoyunlu tarixi dövründə,yəni XV əsrdə yazı mədəniyyəti var idi və ədəbi əsərlər yaranırdı.Necə ola bilərdi ki,Ağqoyunlu və Qaraqoyunlu sərkərdələri,hökümdarlarının qəbri üstünə sənətkarların qoç heykəli qoyub və heç bir yazı yazmaması həqiqətdən uzaqdır,,.Azərbaycan tarixinin araşdırılmasına əsaslı dəlillər verən bu cür abidələr daha qədim hesab olunur.Bu qoç heykəlləri əsasən maldar və qoyunçu tayfalarına aiddir.Tarixçi Nəriman Ağazadə qeyd edir ki : ,,Beləki, bu məzarlıqda dəfn olunmuş şəxslər qoyunçuluqla məşğul olmuşlar.Şübhəsiz ki,qoyunçuluqla məşğul olan şəxslər qoyunçuluqdan əlavə ayrı peşəyə və sənətə malik olmuşlar.Ona görə də bu qoç heykəllərinin bəzilərinin böyürlərində müxtəlif cür əmək alətləri,xüsusilə silahlar təsfir edilmişdir.Bu qəbir daşları üzərində qılınc,nizə,qəmə və qayçı kimi müxtəlif cür əmək alətləri və silah təsvirlərinə rast gəlinir,,..Tarixçilər ərazidəki qoç fiqurlu və insan başına bənzər heykəllərin əksəriyyətini son tunc və erkən dəmir dövrünə aid edirlər.Bu qəbirlərin əksəriyyəti ikikameralıdır və burada lazımınca tədqiqat aparılmadığından bu qəbirlər haqqında qaneedici nəticəyə varılmayıb.Lakin onların arasında Səfəvi Sufi qəbir daşlarına da rast gəlmək olur.Səfəvilərə aid qəbir daşlarına Bobogil,Orand qəbirsanlığı,Bobo Rəhmon və Astaradakı Maşxan qəbiristanında da rast gəlmək olur.Cəngəmirandakı ,,Xəlifə Zəkəriyyə ,, qəbirsanlığında vaxtı ilə 10-dan çox bu tipdə qəbir daşı l olub,amma onlardan bir neçəsi bu günümüzə qədər qorunub saxlanılıb.Çünki,o zaman belə şayə gəzirdi ki,guya bu qoç fiqurlarının içərisində qızıl var və elə bu səbəbdən də yerli əhali tərəfindən bu qoç fiqurları ortadan sındırılaraq bərbad hala salınmışdır.Bundan əlavə bu qoç fiqurlu qəbir daşları o zamanlar sovet əsgərləri tərəfindən təlim zamanı məhv edilmişdir.Lakin yerli əhalinin etirazından sonra bu məsələ öz həllini tapmışdır.2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Cəngəmiran kəndindəki bu abidələr xüsusi muhafizə altına alınıb.

Akşin Mistanlı
Tarixçi, Araşdırmaçı

Cəngəmiran toponimi və  Xəlifə Zəkəriyyə  daş-qutu qəbirləri
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930