» » Əli ayaq izləri(/Əli lınqa riz)

Əli ayaq izləri(/Əli lınqa riz)

Əli ayaq izləri(/Əli lınqa riz)
Azərbaycanın hər qarışı bir qədim abidlərlə doludur.Bu abidələr xalqımızın keçmişini özündə əks etdirir.Bu abidələr siyahısına qalalar,ibadətgahlar,ocaqlar,pirlər,qədim qəbirsanlıqlar və qədim yaşayış məskənləri daxildir.Bütün şərq ölkələrində olduğu kimi Azərbaycanda tarixi bilinməyən vaxtlardan son orta əsrlərə qədər dini abidələrin çoxluğu bu xalqın tarixində dinin dərin bir iz buraxdığı özünü göstərir.Hələ VII əsrdən başlayaraq ,642-ci ildəki Nəhavənd və Həmədan döyüşlərindən sonbra Ərəblərin Azərbaycana ilk yürüşləri başlamışdır.Belə\ki,ilk ərəb ordusu 642-ci ildə Abdullah ibn Ukbənin və digər sərkərdələrin başçılığıə ilə baş vermiş və onlar Muğana daxil olanda ,o zamanlar çökməkdə olan Sasanilər imperiyasının Muğan mərzbanı olan İsfəndiyar və onun qardaşı ilə sülh muqavilələri bağlamışlar.Bu yürüşlər Raşidi xəlifələri dövründə baş vermişdir.Elə bu səbəbdən də onların gətirdikləri dini ideologiya nə süni,nə də Şiə məhzəbləri üzərində qurulmamışdır.Bu ideologiya sırf İslam funtamentalizmi əsasında yayılırdı.Ərəblər bu əraziləri tutandan sonra bu əraziləri ardı-ardınca işğal etdilər və özlərinə etnik dayaq yaratmaq üçün buraya ərəb ailələri köçürdülər.Hələ 656-cı ildə xəlifə Əlinin dövründə Bəsrə və Kufə şəhərindən buraya ərəb ailələri köçürülmüşdür.Onlar bu ərazilərə gələn kimi öpz dini əqidələrioni yaymışlar.Belə ərazilərdən biri də cənub bölgəsidir.Cənub bölgəsi sərhədə yaxın ərazilərdə yerləşdiyi üçün buraya axın çox olmuşdur.Elə bu bölgədə peyqəmbərimizin Əhli-beytinin nəsillərinin məzarlarının olması bunu sübut edir.Beləki,bu müqəddəs şəxslər raşidi xəlifələrdən sonra hakimiyyətdə olmuş həm Əməvi,həm də Abbasi sülaləsinin hakimiyyətləri dövründə hakimiyyətdən uzaqlaşdırılmış və təqib olunmuşlar.Bu şəxlərin çoxu qətl olunmuş və bəziləri də zəhərləndirilərək öldürülmüşdür.Bu cür ocaqlardan biri də Lənkəran rayonunun Haftoni qəsəbəsinin ,,İbadi,, adlanan dağ meşəsində yerləşən ,,Əli ayaq izləri(talışca –Əli lınqə riz) ocağıdır.Bu ocaq Lənkəran rayon mərkəzindən 12 km qərbdə ,dağlarda yerləşir.Bu ocaq dağlar arası vadidə ,qurumuş dağ bulağının yanındadır.Beləki mən bu ocağa hələ uşaq vaxtlarımda gedib ziyarət etmçişdim və bunun mahiyyətini belə dərk etmirdim.Lakin illər ötdükcə bu ocağın tarixinə marağım artdı.Beləki burada sifri qaval daşa bənzər daşlar üzərində insan ayaq izləri,at ayaq izləri,müxtəlif ölçüdə qabların alt hissəsinin çala şəkilindıə daşlaşmış forması vardır.Bundan başqa bu ocağın yanılnda bir ağac var və bu ağaca yerli sakinlər müxtəlif cür rəngli parçalardan lentlər bağlayır və buraya öz niyyətlərinə uyğun pul bağlayırlar.Əvvəllər buraya insanların axını olmuş,lakin indi buraya demək olar ki ,tək-tük insanlar gəlir.Bu ağaca gəldikdə demək olar ki,bu formada ağac rayonun şağlakücə kəndində yerləşən ,,seyidəpir,, ocağındada var və insanlar buraya eyni formada rəngli parçalar bağlayır və öz diləklərini oxuyurlar.Ehtimal ki,bu cü ibadət forması əcdadlar sitayişin və təbiət qüvvələrə sitayişin sonrakı muasirləşmiş formasıdır.Talış regionunda bu tipdə olan ocaqlara rast gəlmək mümkündür.
Lakin daşlaşmış insan ayağı və at ayağı izlərinə gəldikdə isə yerli sakinlər bu ayaq izlərini şiə imamı və dördüncü islam xəlifəsi Hz.Əli əlehissalama aid edirlər və ona ziyarət edirlər.Lakin qeyd etməliyəm ki,dördüncü xəlifə Əlinin hakimiyyəti dövrü islam tarixinin ən bəlalı dövrüdür.O,dövürdə hz.Əlinin çoxlu düşmənləri və çoxlu problemləri var idi və onun bu qədər problem içində bu dağlara qədər gəlməsi həqiqətdən uzaqdır.Tarixi mənbələr göstərir ki,hz Əli ömrü boyu heç bir zaman Azərbaycan torpaqlarında olmamışdır.Azərbaycan torpaqlarının xilafət tərkibində olmasına baxmayaraq bu xəlifə heçş bir zaman və heç bir səbəblə bu torpaqlara ayaq basmamışdır.O Kufə şəhərində ömrünün sonuna qədər yaşayıb və qətl olunmuişdur.Odur ki, bu tip ocaqlar nəinki Azərbaycanda hətta qonşu islam ölkələrində də var.Məsələn Əfqanıstan respublikasınını Məzari ŞÇərif şəhərində hz.Əlinin məzarı olduğunu əfqanlar iddia edirlər.Üstəlik bu şəhəri onun xatirəsinə Məzari şərif(bax-əfqanca Şərif qəbir) adlandırırlar.Lakin tarixə görə hz.Əli heç bir zaman Əfqan torpaqlarına ayaq basmamışdır.Onun məzarı da İraqın Kufə şəhərindədir.Beləki,Lənkərandakı Əli ayaq izi ocağıda bu qəbildədir.Bütün bu ocaqlar böyük bir tarixin əsrarəngiz nümunələridir.Zaman keçdikcə abidlərimiz və ocaqlarımız öz tarxini və funksiyalarını dəyişir.

Aqşin Əliyev
Tarixçi-tədqiqatçı
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930