» » Haftoni kurqanları

Haftoni kurqanları

Haftoni kurqanları
Qafqaz üzrə tarixi abidələrin sayına və qədimliyinə görə doğma Azərbaycanımız birinci yerdə durur.Əcdadlarımızın tarixi bilinməyən əsrlərdən bu ərazidə yaşaması bu ərazilərin əsl yerli sakinləri olmasını göstərir.Qonşu Gürcüstan ,İran və Rusiya federasiyasının topaqlarımıza bitişik olan ərazilərində də aparılmış arxeoloji qazıntılarda xalqımızın mədıni tarxini əks etdirən abidələrə də aşkarlanmışdır.Ermənisatana gəldikdə isə orada aparılmış bütün arxeoliji qazıntılarda yalnız əcdadlarımızın tarixini əks etdirən çoxsaylı tarixi-memarlıq abidələri aşkarlanmış və bu abidələr saxtalaşdırılaraq erməniləşdirilmişdir.Lakin bu yolla onlar əcdadlarımızın tarixdəki izlərini yox edə bilməyəcəklər.Cünki vətənimiz Azərbaycanın hər bölgəsi bu cür tarixi abidələrlə zəngindir.Azərbaycanın hər bölgəsi bir tarixi əsərdr.Belə abidələr rayonlarda daha çox müşahidə olunur.Belə rayonlardan biri də Lənkəran rayonudur.Qeyd etməliyəm ki,Sovet dövründə burada demək olar ki, az sayda arxeoloji qazıntılar aparılmış və az miqdarda tarixi abidə tədqiq olunmuşdur.Belə abidələrdən biri də ,,Haftoni kurqanları,,dır.Haftoni kurqanları Lənkəran şəhərindən 12 km qərbdə Sumağ (talış dağları) dağı ətəklərinə yaxın düzənlik ərazidə yerləşir.Bu təpələrin sayı 7-dir.Bu təpələrin hər birinin sahəsi 0,60 ha￾dır,hündürlüyü isə bəzilərində 10 metr ,bəzilərin isə 15-20 metrdir.Bu kurqanların hər birinin digəri arasındakı məsafə 1km-dir.Bu kurqanlar sanki bil ki, xüsusi xətt boyunca yerləşir.Yerli əhalinin dediklərinə görə bu təpələrin tarixi hələ islamdan əvvəlki dövrlərə gedib çızxır.Burada tapılmış maddi￾mədəniyyət abidələri bunu sübut edir.Beləki həmən kəndin tarix müəllimi İlqar Rəhimovun dediklərinə görə hələ sovet dövründə təsərüfat işləri ilə bağlı aparılımş şumlanma işləri zamanı bu kurqanların bəziləri dağıdılmış və dağıntılar zamanı burada Tunc dövrünə aid maddi-mədəniyyət nümunələri(xəncər,təbərzinbaltalar,nizə və ox ucluqları ,saxsı qablar,ərzaq saxlamaq üçün gil küplər ) aşkar edilmişdir.Bu maddi mədəniyyət nümunələrin bir qismi hal-hazırda Haftoni qəsəbə orta məktəbinin tarix müzeyində saxlanılır,digər qismi isə məhv olub getmişdir.Bundan əlavə 1985-ci ildə həmən kurqanlardan biri çay plantasiyası salınması üçün dağıdılmış və oradan daşdan qoç fiquru,gil qablar ,boyalı və bəzəkli qab parçaları,müxtəlif cür küplər,bəstilər və küzələr tapılmışdır.Lakin onların çox hissəsi baxımsızlıq
ucubatından məhv olmuşdur.Bu təpələri seyr etdikdə belə bir qərara gəlmək olur ki,bu təpələr süni şəkildə insan əli ilə yaradılmışdır.Kənd sakinlərinin dediklərinə görə bu təpələr hələ islamdan əvvəl əcdadlarımızın o zamankı dini inaclarının ibadətgahı lmuşdur.Zaman-zaman insanlar bu təpələrdə öz ölülərini dəfn etmiş və bu təpələrə müqəddəs bir yer kimi baxmışlar.Çünki Haftoni kənd sakinlərinin bir qismi çox zaman öncə Lerikin Orand,Master,Buzeyir və Lənkəranın Tüədo kəndindən buraya köçüb gəlmişlər.Beləki,bu köçmələr qədim dövürlərdədə olmuşdur.Elə bu səbəbdən dağlardan bu ərazilərə köçüb gələnlər özləri ilə bərabər öz dini inaclarını və adət-ənənələrini də gətirmiş və burada davam etdirmişlər.Çünki Haftoni kurqanlarına yaxın olan ,,seyidəpr,, , Şağlakücə İmamzadə türbəsi və Lerikdəki ,,bobogil türbələrində də bənzər və oxşar dini inancların izləri aşkar edilmişdir.Bundan əlavə bu kurqanların yerləşdiyi qəsəbənin adının Haftoni olması və bu termində yeddi sözünün olması maraq doğurur.Lakin bəzi kənd ağsaqqaları bu kəndin adının Haft –Honi (bax talışca Haft –yeddi,honi-bulaq) sözündən əmələ gəldiyini və kənd ərazisində yeddi bulağın olması ilə əlaqələndirirlər.Lakin mən bu fikirlə
razı deyiləm.Qeyd etməliyəm ki, hal-hazırda kənd ərazisində yeddidən çox irili və xırdalı sərin bulaqlar var və bulaqların adları yalnız son dövürlərədə yaşayan insanlarla bağlıdır.Bu həqiqəti əks etdirmir.Lakin gəldiyim digər nəticəyə görə isə Haftoni sözü ,,yeddi bulaq ,, yox,,,yeddi təndir,, yeddi ocaq ,, və ya ,,yeddi atəşgah ,, sözündən yaranmışdır.Çünki bu təpələrdə qazıntı zamanı tapılmış maddi-mədəniyyət abidələri bu təpələrin islamdan qabaqkı dövrə aid olduğunu göstərir.Ehtimal ki,zərdüştilik dövründə əcdadlarımız oda,atəşə pərəstiş etdiyindən, bu yeddi təpənin başında ,,yedi ziyarətgah tikmiş və bu təpələrin hər birinin üstündə gil gərpicdən olan dörd dirək üstündə bir atəşgah tikilmişdir.Bu atəşgahlarda odu daimi saxlamaq saxlamaq üçün 7 təndir şəklində gil kürə tikilmişdir.Sonrada buranı ziyarətgaha çevirmişlər.Düşünürəm ki ,bütün bunları nəzərə alsaq ,demək olar ki, ,,Haftoni kurqanları,, vəHaftoni yaşayış məntəqəsi öz adını ,,yeddi bulaq,, sözündən yox, ,,yeddi təndir sözündən almışdır.Çünki Talışca Haft tənü sözü elə ,,yeddi təndir,, , və ya ,,yeddi ocaq ,, mənasını verir.Qeyd etmək istəyirəm ki,Haftoni kurqanları haqda mənbələrdə lazımi məlumatlar yoxdur.Bu kurqanlar bu günə qədər tədqiq edilməmişdir

Akşin Əliyev
tarixçi-araşdırmaçı
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930