Главная > video > Boyu 2.1 metr olan gənc yatmağa çarpayı tapmır - Video

Boyu 2.1 metr olan gənc yatmağa çarpayı tapmır - Video


6-01-2018, 10:20. Разместил: djbaz
Boyu 2.1 metr olan gənc yatmağa çarpayı tapmır - Video
Boyunun uzun olması bəzi məsələlərdə işinə yarasa da, geyimdə və digər işlərdə ona çətinlik yaradır.

Djb.az “Xəzər xəbər”ə istinadən bildirir ki, Azərbaycanın ən uzun insanlarından biri 21 yaşlı Elçin Hümbətlidir. Bərdənin Lək kəndində yaşayan Elçinin boyu 2 metr 10 sm-dir. Onun boyu son 6 ildə daha sürətlə artıb.

Elçinin hündürboy olması bəzən işinə yarasa da, bir çox hallarda çətinlik yaradır. Xüsusilə də, satışda ayaqqabı və paltar tapa bilmir. Ona görə də geyimlərini adətən dərziyə tikdirir.

Uzun boyunun digər çətinliyini isə yatanda yaşayır. Çünki nə çarpayı, nə də yataq dəsti boyuna uyğun gəlir.

İndi Elçin Hümbətli boyunun daha da uzanmasının qarşısını almaq istəyir ki, gələcəkdə sağlamlığında problemlər yaranmasın.

Вернуться назад