dini radikalizm və ekstremizmlə mübarizə

Murovun dağ yolu ilə Kəlbəcərə doğru – Video

Murovun dağ yolu ilə Kəlbəcərə doğru – Video

Murovun silsilə dağlarının yolu ilə uzun illərdən sonra işğaldan azad olunan Kəlbəcər gedirik.

Yol boyu bizi Murov yüksəkliyində 44 günlük Vətən müharbəsinin izləri qarşılayır.

Murovun ən hündür zirvəsinə çatırıq - dəniz səviyyəsindən 3260 metr yükləklikdə olan Ömər aşırımına. O Ömər aşırımı ki, burada Azərbaycan hərbiçilərinin qəhrəmanlıq dastanı yazılıb.

Buradan artıq Kəlbəcərə yol başlayır. Dumanlı dağların əhatəsindən keçərək Kəlbəcərə daxil oluruq. Yol boyu qarşımıza erməni vəhşliyinin izləri çıxır: dağıdılan, yağmalanan azərbaycanlıların evləri. Mina təhlükəsi olduğundan ancaq nəzərdə tutulan cığırla hərəkət edirik. Gördüyümüz mənzərə bir daha ondan xəbər verir ki, düşmən 30 ilə yaxın müddətdə hər şeyi məhv edib, oğrulayıb, talayıb.

Nəhayət, rayon mərkəzinə çatırıq. Erməni vandalizmi, ermənilərin çirkin xisləti Kəlbəcərin mərkəzində özünü daha aydın şəkildə göstərir. Burada heç bir tikili qalmayıb. Ermənilər kəlbəcərlilərə məxsus bütün evləri yandırıb.

Erməni vandalizminin mənzərəsi nə qədər ağır olsa da, bu gün qürurluyuq. Çünki artıq bu torpağın əsl sahibləri qayıdır. Vətənimiz düşməndən azad olunub. Ali Baş Komandanın dəmir iradəsi, hərbçilərimizin şücaəti sayəsində erməni zülmünə son vermişik.

Bundan sonra Kəlbəcərdə həyat başlayacaq...

Oxunub: 2 381
Oxşar xəbərlər
SON XƏBƏRLƏR