Главная > tehsil > Ümumi orta ümumtəhsil məktəbində ştat sayının müəyyən edilməsi qaydası açıqlanıb
Ümumi orta ümumtəhsil məktəbində ştat sayının müəyyən edilməsi qaydası açıqlanıb31-07-2020, 08:49. Разместил: djbaz |
![]() İbtidai ümumtəhsil məktəblər, Ümumi orta ümumtəhsil məktəblər, Ümumi orta ümumtəhsil məktəblər və Tam orta ümumtəhsil məktəblər üzrə meyarlar müəyyənləşib. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar"da əksini tapıb . İbtidai ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır: -ümumi təhsilin ibtidai təhsil səviyyəsini əhatə etməsi; -tədrisin dövlət standartları və proqramları əsasında təşkili; -məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi; -ştat sayının “Azərbaycan Respublikası dövlət ümum-təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi. Ümumi orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır: -ümumi təhsilin ibtidai və ümumi orta təhsil səviyyələrini əhatə etməsi; -tədrisin dövlət standartları və proqramları əsasında təşkili; -məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi; -ştat sayının “Azərbaycan Respublikası dövlət ümum- təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi. Tam orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır: -ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi; -tədrisin dövlət standartları və proqramları əsasında təşkili; -tam orta təhsil səviyyəsində təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) tədrisin təşkil edilməsi; -ştat sayının “Azərbaycan Respublikası dövlət ümum- təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi. Вернуться назад |