Главная > tehsil > Akademik borcu olan tələbələrə təkrar imtahan şansı veriləcək

Akademik borcu olan tələbələrə təkrar imtahan şansı veriləcək


21-05-2020, 07:17. Разместил: djbaz

Bu semestrdə akademik borcu yaranmış tələbələr ödənişsiz və limitsiz olaraq bütün fənlərdən imtahan verə bilər”.

Bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov mətbuat konfransında deyib. Sektor müdiri bildirib ki, əvvəllər hər hansı tələbəyə yalnız iki fəndən təkrar iştirak etmək şansı yaradılırdı:

“Tələbə ənənəvi qaydada növbəti semestr başlayana kimi maksimum iki fəndən imtahanda iştirak edə bilərdi. İndi yeni qərarlara əsasən bu şərt aradan qaldırılıb. Məsələn, tələbə 3,4 və ya daha çox fənlərdən də imtahan verə bilər.

Bundan başqa, aşağı kursdan da kəsri olan tələbələr də imtahan verə bilər. Ancaq bu zaman limit var və maksimum iki fəndən imtahan verilə bilər. Bu şərait tələbələrə sentyabr ayının 15-nə kimi yaradılıb”.

Yaşar Ömərovun sözlərinə görə, tələbələrə imtahan sessiyasında da müəyyən güzəştlər olunub:

“Əgər tələbə imtahan sessiyasına özünü hazır hesab etmirsə, bu halda da həmin tələbələr üçün onların müraciəti əsasında 2-3 həftəlik icmal dərsləri təşkil oluna bilər”. //Qafqazinfo.az
Вернуться назад