Главная > tehsil > Nazir: "Gələn il məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur"

Nazir: "Gələn il məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur"


24-12-2019, 13:27. Разместил: djbaz
Nazir: "Gələn il məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur"

“5 yaşlı uşaqların ümumtəhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq təhsilinə cəlbi 2013-cü illə müqayisədə 24 faizdən 80 faizə qaldırılıb”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bununla da 100 mindən çox uşaq məktəbəqədər təhsilə cəlb edilib. "Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsil ucqar yaşayış məntəqələrində də təmin edilib. Növbəti ildə məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur ki, bu da inkişaf edən ölkələrin göstəricisinə uyğundur".
Вернуться назад