Главная > tehsil > Londonda Azərbaycan məktəbi açılır

Londonda Azərbaycan məktəbi açılır


26-09-2019, 10:22. Разместил: djbaz
Londonda Azərbaycan məktəbi açılır

Londonda Azərbaycan dilində tədris verən “Bilik” məktəbi fəaliyyətə başlayacaq.

APA-nın verdiyi xəbərə görə, “Bilik” məktəbinin əsas məqsədi Vətəndən uzaq olan həmvətənlərimizə dəstək olmaq, Azərbaycan dilini, mədəniyyətini və adət-ənənələrini aşılamaqdır.

Qeyd edək ki, “Bilik” məktəbi Londonda fəaliyyət göstərən "Znaniye" əlavə təhsil məktəblərinin birgə təşəbbüsü ilə yaradılıb. Məktəbin açılışı 6 oktyabrda olacaq. 4 yaşından etibarən uşaqlar məktəbə yazıla biləcək. Dərslər həftənin bazar günü keçiriləcək.
Вернуться назад